Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə65/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   61   62   63   64   65   66   67   68   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

190 



 

gördüyü  son  məsafəyə  qədər  olacaq.  Sonra  Allah    buyuracaq:  “Bunlardan 

hansınısa  inkar  edə  bilərsənmi?  (Əməlləri)  yazan  gözətçi  mələklərim  sənə 

zülm  ediblərmi?”.  O:  “Xeyr,  ey  Rəbbim!”-  deyə  cavab  verəcək.  Bu  qədər 

kitabın  qabağında  sənin  savabın  ola  bilərmi?  (Bəlkə  üzürün  var?)”.  O,  qorxu 

içində: “Xeyr!”- deyə cavab verəcək. Allah: “Əksinə, dərgahımızda sənin üçün 

savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək”. Bu vaxt onun qarşısına 

içində  “



Əşhədu  Əllə  İləhə  İlləllah  Və  Ənnə  Muhəmmədən  Abduhu  Və 

Rəsuluhu

”  yazılmış  bir  kağız  parçası  qoyulacaq.  O  deyəcək:  “Ey  Rəbbim!  Bu 

qədər  kitabın  qabağında  bu  kağız  parçası  nə  fayda  verə  bilər?”  Allah:  “Sənə 

zülm  olunmayacaq!”  Sonra  kitablar  tərəzinin  bir  gözünə,  kağız  parçası  isə 

digər gözünə qoyulacaq. Bu kağız parçası ağır gələcəkdir. Bu gün Allahın İsmi 

ilə yanaşı heç bir şey ağır gələ bilməz (kitablar havaya qalxacaq)”

534

.  


 

.

 



 

Abdullah  İbn  Amr    rəvayət  edir  ki,  biz  Peyğəmbərin    yanında 

oturmuşduq. Bədəvilərdən olan bir kişi gəldi. Onun əynində yaşıl atlasdan bir 

cübbə  var  idi.  O  gəlib  Peyğəmbərin    başının  üstə  durub  dedi:  “Sizin 

qardaşınız  hər  bir  adlı-sanlı  adamı  alçaldır,  yaxud  hər  bir  adlı-sanlı  adamı 

alçaltmaq  istəyir  və  hər  bir  çobanı  ucaldır.  Peyğəmbər    onun  cübbəsinin 

ətəyindən  tutub  dedi:  “Məgər  mən  sənin  əynində  ağılsız  adamın  geydiyi 

libasın  olduğunu  görmürəm?”  Sonra  (sözünə  davam  edib)  dedi:  “Allahın 

peyğəmbəri  Nuh    vəfat  edərkən  oğluna  belə  demişdi:  “Mən  sənə 

vəsiyyətimi  söyləyirəm:  Sənə  iki  şeyi  əmr  edir  və  iki  şeyi  qadağan  edirəm. 

Sənə  

Lə  İlahə  İlləllahi

  əmr  edirəm.  Əgər  yeddi  göy  və  yeddi  yer  tərəzinin 

bir gözünə və 



Lə İlahə İlləllah

 digər gözünə qoyulsaydı, bu tövhid kəlməsi 

ağır gələrdi. Və əgər yeddi göy və yeddi yer ucsuz bucaqsız bir halqa olsaydı, 





Lə  İlahə  İlləllah

  onu  sındırardı.  (Həmçinin) 

Sübhanəllah  Və  Bihəmdihi

 

                                                



534

 Tirmizi 2639, İbn Macə 4300, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

191 



 

kəlmələrini  (əmr  edirəm).  Çünki,  bu  kəlmələr  hər  şeyin  duasıdır.  Bunun 

sayəsində hər şeyə ruzi verilir. Və iki şeyi sənə qadağan edirəm: (Allaha) şərik 

qoşmağı və təkəbbürlük etməyi. (Peyğəmbərə ) deyildi ki: “Ey Allahın Elçisi! 

Bu  şirki  bildik.  Bəs  təkəbbürlük  nədir?  Məgər  birimizin  özündə  olan  (gözəl) 

əbasını  geyməsi  təkəbbürlükdürmü?”  (Peyğəmbər  ):  “Xeyr”-  deyə  cavab 

verdi. (Kişi) dedi: “Məgər birimizdə gözəl qaytanlı gözəl ayaqqabıların olması 

təkəbbürlükdürmü?”  (Peyğəmbər  ):  “Xeyr”-  deyə  cavab  verdi.  (Kişi)  dedi: 

“Məgər  birimizin  minəcək  heyvana  sahibi  olması  təkəbbürlükdürmü?” 

(Peyğəmbər  ):  “Xeyr”-  deyə  cavab  verdi.  (Kişi)  dedi:  “Məgər  birimizlə 

oturub-duran  dostların  olması  təkəbbürlükdürmü?  (Peyğəmbər  ):  “Xeyr”- 

deyə  cavab  verdi.  (Kişi)  dedi:  “Bəs  təkəbbürlük  nədir,  ya  Rəsulallah?” 

(Peyğəmbər ) dedi: “Haqqı danmaq və insanlara xor baxmaqdır”

535


.  

 

 



Ubadə  İbn  Samit    Ölum  ayağında  ikən,  onun  yanına  getdim.  Sonra 

ağladım, o məndən: “Bir dayan, niyə ağlayırsan?” deyə soruşdu və belə dedi: 

“And  olsun  Allaha!  Şahidlik  etmək  tələb  olunsa  sənin  üçün  şahidlik  edərəm. 

Şəfaətçilik etmək tələb olunsa sənin üçün şəfaət edərəm, bacarsam sənə faydalı 

olam,  olaram”.  Sonra:  “And  olsun  Allaha!  Peyğəmbərdən    eşitdiyim,  sizin 

üçün xeyirli olan hər bir hədisi sizin üçün danışdım, yalnız bir hədisdən başqa, 

onu  da  sizə  bu  gün  danışacağam.  Artıq  nəfəsim  kəsilib,  ölüm  məni 

haqlayıbdır.  Peyğəmbərin    belə  dediyini  eşitdim:  “Kim  Allahdan  başqa 

ibadətə layiq haqq  İlah olmadığına  və Muhəmmədin  Onun  Rəsulu olduğuna 

şəhadət edərsə, Allah ona Cəhənnəmi haram edər”

536

.  


 

 

                                                



535

 Buxari "Ədəbul Mufrad" 548, əl-Albani «Səhih Tərğib» 1530, 1543.  

536

 Müslim 151.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

192 



 

Əbu Zərr  rəvayət edir ki, bir dəfə Peyğəmbər  əynində ağ paltar yatmış 

ikən mən onun yanına gəldim. (Mən onun yatdığını görüb çıxıb getdim və bir 

müddətdən)  sonra  yenə  onun  yanına  gəldim.  O  artıq  oyanmışdı.  (Məni 

görəndə) buyurdu: “

Lə İlahə İləllah

”– deyib ölən hər bir  qul mütləq Cənnətə 

daxil olacaqdır!”. Mən: “Zina və oğurluq etsə də belə?”. Peyğəmbər: “Zina və 

oğurluq  etsə  də  belə”.  (Yenə)  soruşdum:  “Zina  və  oğurluq  etsə  də  belə?”. 

Peyğəmbər:  “Zina  və  oğurluq  etsə  də  belə”.  (Bir  daha)  soruşdum:  “Zina  və 

oğurluq  etsə  də  belə?”.  O:  “Zina  və  oğurluq  etsə  də  belə,  Əbu  Zərin  xoşuna 

gəlməsə  də  belə”.  Əbu  Zərr    hər  dəfə  bu  hədisi  danışarkən  deyərdi:  “Əbu 

Zərin xoşuna gəlməsə də belə!”

537

.  


 

 

Peyğəmbər:  “Ey  Əbu  Hureyrə:  “Ayaqqabılarımla  get,  divarın  arxasında 



qarşılaşdığın,  Allahdan  başqa  ibadətə  layiq  haqq  İlah  olmadığına  qəlbi  ilə 

yəqin  olaraq  şəhadət  verən  hər  bir  kəsi  Cənnətlə  müjdələ.”  Ən  birinci 

qarşılaşdığım  Ömər    oldu.  Mənə:  “Ey  Əbu  Hüreyrə,  bu  ayaqqabılar  nədir” 

deyə  soruşdu?  Dedim  ki:  “Bunlar  Peyğəmbərin    ayaqqabılarıdır,  bunları 

mənə  verərək  divarın  arxasında  qarşılaşdığım,  Allahdan  başqa  ibadətə  layiq 

haqq ilah olmadığına qəlbi ilə yəqin olaraq şəhadət verən hər bir kəsi Cənnətlə 

müjdələmək  üçün  göndərib.  Əbu  Hureyrə:  “Ömər    mənim  sinəmin 

ortasından  elə  vurdu  ki,  arxam  üstə  oturdum”.  O  mənə:  “Ey  Əbu  Hüreyrə, 

qayıt” deyə əmr etdi. Peyğəmbərin  yanına gələrək hönkür-hönkür ağlamağa 

başladım.  Ömər    də  mənim  arxamca  gəlib  çatdı.  Peyğəmbər:  “Ey  Əbu 

Hureyrə,  sənə  nə  olub?”  deyə  məndən  soruşdu?  Ona  belə  cavab  verdim: 

“Ömərlə    qarşılaşdım,  sənin  mənə  əmr  etdiyin  kəlamı  ona  xəbər  verdikdə 

mənim  sinəmin  ortasından  elə  vurdu  ki,  arxam  üstə  oturdum,  sonra  mənə 

qayıtmamı əmr etdi.” Peyğəmbər: “Ey Ömər, səni belə etməyə nə vadar etdi?” 

deyə ondan soruşdu. O belə cavab verdi: “Ey Allahın Elçisi, atam, anam sənə 

                                                

537

 Buxari 5827, Müslim 283, İbn Hibban 169,  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə