Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə68/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   64   65   66   67   68   69   70   71   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

199 



 

راهنلا يفرط راكذأ 

SƏHƏR VƏ AXŞAM ZİKRLƏRİ 

 

 



 

“Onların  dediklərinə  səbir  et.  Günəş  doğmamışdan  və  batmamışdan  əvvəl 

Rəbbini  həmd-səna  ilə  təriflə,  gecənin  bəzi  saatlarında  və  gündüzün  iki 

başında Ona təriflər de ki, bəlkə razı qalasan”. (Ta ha 130).  

 

 

 

“Səbir  et!  Həqiqətən,  Allahın  vədi  haqdır.  Günahının  bağışlanmasını  dilə, 

axşamüstü və sübh çağı Rəbbini həmd ilə təriflə”. (Mumin 55).  

 

 

 

“Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından 

qovma. Nə  sən  onların verəcəkləri  hesabata  azca  da olsa  cavabdehsən,  nə də 

onlar sənin verəcəyin hesabatında azca da olsa cavabdehdirlər. Onları qovsan 

zalımlardan olarsan”. (əl-Ənam 52). 

 

 

 

 

“Səhər-axşam  ürəyində  yalvararaq  və  qorxaraq,  səsini  qaldırmadan 

Rəbbini yad et və qafillərdən olma”. (əl-Əraf 205).  

 

 

 

“Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə 

izin verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (ən-Nur 36).  

 

 

 

“Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə 

Allahın şəninə təriflər deyirdilər”. (əs-Sad 18).  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

200 



 

 



 

,



 

)

(

 

Səhər  Və  Axşam:  İbn  Məsud    rəvayət  edir  ki,  Peyğəmbər    hər  dəfə 

axşamladığı  zaman  buyurardı:  «

Əmsəynə  Və  Əmsəl  Mulku  Lilləhi  (Səhər  Isə: 

Əsbəhnə Və Əsbəhəl Mulku Lilləhi) Vəlhəmdulilləh, Lə İlahə İlləllahu Vəhdahu 

Lə Şərikə Ləhu, Ləhul Mulku Və Ləhul Həmdu Və Huvə Alə Kulli Şeyin Qadir, 

(Allahummə  İnni)  Rabbi  Əs'əlukə  Xayr  Mə  Fi  Həzihil  Leyləti  Və  Xayra  Mə 

Bə'dəhu,  Və  Əuzu  Bikə  Min  Şərri  Mə  Fi  Həzihil  Leyləti  Və  Şərri  Mə  Bə'dəhu, 

(Səhər İsə: Allahummə İnni Və Ya Rabbi Əs'əlukə Xayr Mə Fi Həzəl Yəumi Və 

Xayra  Mə  Bə'dəhə,  Və  Əuzu  Bikə  Min  Şərri  Mə  Fi  Həzəl  Yəumi  Və  Şərri  Mə 

Bə'dəhə), Rabbi Əuzu Bikə Minəl Kəsəli Və Suil Kibəri, Rabbi Əuzu Bikə Min 

Əzabin Fin Nari Və Əzabin Fil Qabr -

 Axşama çıxdıq, hökm də Allahın olaraq 

axşama çıxdı. Allaha  həmd olsun! Allahdan  başqa  ibadətə  layiq haqq  məbud 

yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər 

şeyə  Qadirdir!  (Allahım)  Ey  Rəbbim!  Səndən  bu  gecənin  xeyrini  və  bundan 

sonrakı  xeyri  diləyirəm.  Bu  gecənin  şərindən  və bundan sonrakı  şərdən  Sənə 

sığınıram.  Ey  Rəbbim!  Tənbəllikdən  və  pis  qocalıqdan  Sənə  sığınıram.  Ey 

Rəbbim! Cəhənnəmdəki əzabdan və qəbirdəki əzabdan Sənə sığınıram!»

552

.  


 



 

 

Səhər Və Axşam: Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  səhabələrini 

öyrədərək  buyurdu:  “

Allahummə,  Bikə  Əsbəhnə,  Və  Bikə  Əmsəynə,  Və  Bikə 

Nəhyə, Və Bikə Nəmutu, Və İleykən Nuşur  -

 Sizdən biriniz sabahladığı zaman 

desin:  Allahım!  Sənin  sayəndə  səhərə  çıxdıq,  Sənin  sayəndə  axşama  çıxdıq, 

Sənin  sayəndə  yaşayırıq,  Sənin  sayəndə  ölürük!  Qayıdış  Sənədir!”.  Axşam  - 



Allahummə,  Bikə  Əmsəynə,  Və  Bikə  Əsbəhnə,  Və  Bikə  Nəhyə,  Və  Bikə 

Nəmutu,  Və  İleykəl  Məsiyr  -

  Allahım!  Sənin  sayəndə  axşama  çıxdıq,  Sənin 

sayəndə səhərə çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Dönüş 

Sənədir!”

553

.  


                                                

552


 Müslim 2723, 7083, “Muxtəsər Müslim” 1894, Əbu Davud 5071, 5073, Tirmizi 3390, Nəsəi 9851.  

553


 Əbu Davud 5068, 5070, Tirmizi 3391, İbn Məcə 3868, əl-Albani “Səhihdə” 262.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

201 



 

 





)

 (

 



 

Səhər Və Axşam: Səddəd İbn Əus  rəvayət edir ki, Peyğəmbər  buyurdu: 

“İstiğfarın 

(Allahdan 

bağışlanma 

diləməyin) 

ağasını 


öyrədimmi?: 

«

Allahummə, Əntə Rabbiy Lə  İlahə  İllə Əntə, Xaləqtəniy Və Ənə Abdukə, Və 



Ənə  Alə  Ahdikə  Və  Və'dikə  Məs  Tətə'tu,  Əuzu  Bikə  Min  Şərri  Mə  Sanə'tu, 

Əbu'u  Ləkə  Bini'mətikə  Aleyyi,  Və  Əbu'u  Ləkə  Bizənbiy,  Fəğfir  Liy  Fəinnəhu 

Lə Yəğfiruz Zunubə İllə Əntə -

 Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa 

ibadətə layiq haqq məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. 

Gücüm  çatan  qədər  Sənə  verdiyim  əhdə  və  vədə  sadiqəm.  Etdiklərimin 

şərindən  Sənə  sığınıram.  Mənə  verdiyin  neməti  etiraf  edirəm  və  günahımı 

boynuma  alıram.  Məni  bağışla!  Şübhəsiz  ki,  günahları  yalnız  Sən 

bağışlayırsan!".  (İstiğfarın  ağası)  Kim  bu  kəlimələri  yəqin  olaraq  sabahladığı 

zaman  söyləyərsə  və  həmən  günü  axşamdan  qabaq  ölərsə  o,  kimsə  Cənnət 

əhlindəndir. Həmçinin kim bu kəlimələri yəqin olaraq axşam vaxtı söyləyərsə 

və  sabahlamamışdan  qabaq  ölərsə  o,  kimsə  Cənnət  əhlindəndir.  (Başqa 

rəvayətdə:  Sizdən  biriniz  bunu  axşam  deyərsə,  sübhə  qədər  ölüm  ona 

gəldikdə,  Cənnət  ona  vacib  olar.  Səhər  deyərsə,  axşama  qədər  ölüm  ona 

gəldikdə, Cənnət ona vacib olar)»

554


.  

 



 

 



Səhər Və Axşam: Ənəs b. Məlik  rəvayət edir ki, Peyğəmbər  Fatimə  

buyurdu: “Mənim sənə vəsiyyət etdiyimi eşitdirməyə nə mane olur? Səhər və 

Axşam  de:  “

Ya Həyyu,  Ya  Qayyum, Birahmətikə  Əstəğiysu,  Əslih  Liy  Şə'niy 

Kulləhu  Və  Lə  Təkilniy  İlə  Nəfsiy  Tarfətə  Aynin  -

  Ey  (əbədi)  Yaşayan,  Ey 

Qəyyum! Mərhəmətinlə  kömək  diləyirəm. Mənim  bütün  işlərimi  yoluna qoy! 

Məni bir göz qırpımı belə başlı-başına buraxma!»

555

.  


 

                                                

554

 Buxari 5947, 6306, Muxtəsər Buxari 2420, Əbu Davud 5070, 5072, İbn Məcə 3872, Tirmizi 3393, 3721, Nəsəi 



5522.  

555


 Nəsəi 10405, əl-Albani “Səhih Tərğib” 661.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə