Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə60/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   56   57   58   59   60   61   62   63   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

175 



 

 



 

 

Abdullah  İbn  Məsud    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  «İsra 



gecəsində  İbrahim    ilə  görüşdüm.  O  belə  dedi:  «Ey  Muhəmməd!  Məndən 

ümmətinə salam  söylə  və onlara xəbər  ver  ki,  Cənnətin torpağı  xoşdur,  suyu 

da  şirindir.  Cənnətdə  dümdüz  ərazilər  vardır.  O  ərazilərin  bitkiləri  isə 



Subhənəllah - Əlhəmdulilləh - Lə İləhə İlləllah - Allahu Əkbər –

dır”

483


.  

 

 



 

 



Aişə    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Şübhəsiz  Adəm 

oğullarından olan hər bir insanda üç yüz altmış oynaq yaradılmışdır. Hər bir 

kəs  üç  yüz  altmış oynaq  saymaqla:  “

Allahu  Əkbər  -  Əlhəmdulilləh  -  Lə  İləhə 

İlləllah - Subhənəllah - 

dediyi vaxt, Allahdan bağışlanma dilədikdə, insanların 

yolundakı  daşı  və  ya  tikanı  ya  da  sümüyü  götürüb  (atdığı),  yaxşı  işləri  əmr 

etdiyi,  pis  işlərdən  çəkindirdiyi  vaxt  o  gün  o,  özünü  Cəhənnəmdən 

uzaqlaşdıraraq  gəzər».  Əbu  Talhə  belə  dedi:  “Bəlkə  də:  “Uzaqlaşdıraraq 

gecələyər” – demişdir”

484

.  


 

   


 

 



Əbu  Zərr    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  «Sizin  hər  biriniz hər 

sümüyünün  bir  sədəqə  borcu  olduğu  halda  səhərə  çıxar.  Hər  Təsbih  - 



Subhənəllah 

- sədəqədir, hər Təhmid - 

Əlhəmdulilləh

 - sədəqədir, hər Təhlil - 

Lə  İləhə  İlləllah

  -  sədəqədir,  hər  Təkbir  - 

Allahu  Əkbər

  - sədəqədir. Yaxşılığı 

əmr etmək sədəqədir, pislikdən çəkindirmək sədəqədir. Duha vaxtı qılınan iki 

rükət namaz isə bunların hamısını əvəz edir»

485


.  

 



 

 



                                                

483


 Tirmizi 3462, 3798, əl-Albani “Səhih Cəmi” 5152.   

484


 Muslim 1007, 2377. 

485


 Muslim 720, 1181, 1704, İbn Məcə 3798.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

176 



 

Cabir İbn Abdullah  rəvayət edir ki, Allah Elçisi  buyurduğunu eşitdim: 

“Ən fəzilətli zikr - 

Lə İləhə İlləllah

 -, ən fəzilətli dua 

Əlhəmdulilləh

486



.  

 



 

 



Abdullah  İbn  Həbib    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  malı 

xərcləməyə xəsislik edərsə və gecə olanda həyəcan keçirsə, qoy: “



Subhənəllahi 

Və Bihəmdihi 

desin”

487


.  



 

 



 

Əbu  Uməmə    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Kim gecə olanda 

həyəcan  keçirsə  və  ya  malı  xərcləməyə  xəsislik  edərsə,  və  ya  düşmənlə 

vuruşmaqdan  qorxarsa:  “



Subhənəllahi  Və  Bihəmdihi  -

  Allah  pak  və 

müqəddəsdir  və  Ona  həmd  olsun!  -  deməyi  çoxaltsın.  Şübhəsiz  ki,  o  Allah 

yolunda dağ boyda qızılı xərcləməkdən Allaha  daha sevimlidir”

488

.  


 

.

 

 



Allah  Elçisi    buyurdu:  «Kim  bu  beş  kəlimə  ilə  dua  edərsə,  Allahdan 

istədiyi  ona  verilər:  “



Lə  İləhə  İlləllah  –  Vallahu  Əkbər  -  Lə  İləhə  İlləllahu 

Vahdəhu  Lə  Şəriykə  Ləhu  Ləhul  Mulku  Və  Ləhul  Həmdu  Və  Huvə  Alə  Kulli 

Şeyin  Qadir  –  Lə  İləhə  İlləllah  –  Və  Lə  Həulə  Və  Lə  Quvvətə  İllə  Billəh

”  – 

desin


489

.  


 



 

                                                

486

 Tirmizi 3383, 3711, İbn Macə 2/1249, Həkim 1/503, əl-Albani «Səhihul Cami» 1/362.  



487

 Əbu Nueym “Mərufətus Sahabə” 3627, əl-Albani “Sahihul Cəmius Sağir” 6377.  

488

 Tabərani “Mucəmul Kəbir” 7800, əl-Albani “Sahih Tərğib” 1541.  



489

 əl-Albani “Zəif Və Movdu Hədislər Silsiləsi” 5311.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

177 



 

Əbu  Dərdə    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Allah  sizin  üçün 

dörd  kəlam  seçmişdir.  Onlar  Quran  deyil,  lakin  Qurandandır: 

Subhənəllah  - 

Əlhəmdulilləh - Lə İləhə İlləllah - Allahu Əkbər

490



.  

 

ديمحتلا لضف  



HƏMD ETMƏYİN FƏZİLƏTİ 

 

“Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar 



etməyin!”. (əl-Bəqərə 152).  

 

 



“De:  "Özünə  heç  bir  övlad  götürməyən,  mülkündə  heç  bir  şəriki  olmayan, 

aciz  qalmamaqdan  ötrü  Özünə  kömək  edəcək  heç  bir  dosta  möhtac  olmayan 

Allaha həmd olsun!" Onu tərifləyərək uca tut”. (əl-İsra 111).  

 

 



“O  zaman  Rəbbiniz  bildirmişdi:  "Əgər  şükür  etsəniz,  sizə  olan  nemətimi 

artıraram,  yox  əgər  nankorluq  etsəniz,  bilin  ki,  Mənim  əzabım  şiddətlidir". 

(İbrahim 7).  

 

 



“De:  "Həmd  olsun  Allaha,  salam  olsun  Onun  seçdiyi  qullarına!  Allah 

yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız?”. (ən-Nəml 59). 

 

 

 



“De:  "Həmd  olsun  Allaha!  O  Öz  dəlillərini  sizə  göstərəcək,  siz  də  onları 

tanıyacaqsınız. Rəbbin sizin etdiyiniz əməllərdən xəbərsiz deyildir!". (ən-Nəml 

93).  

 

                                                



490

 əl-Albani “Səhih Və Daif Cəmius Səğir” 3457, “Daif Cəmi” 1533.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə