Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə54/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   50   51   52   53   54   55   56   57   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

158 



 

verildi.  Allah  Elçisi    namazı  yüngül  qıldırdı.  Salam  verdikdən  sonra  uca 

səslə:  «Sıralarda  olduğunuz  kimi  qalın!»  -  dedi.  Sonra  bizə  tərəf  dönərək 

buyurdu:  «Sübhə  gecikməyimin  səbəbini  sizə  söyləyəcəyəm.  Gecə  qalxıb 

dəstəmaz  aldım  və  mənə  təqdir  olunan  qədər  namaz  qıldım.  Birdən 

namazımda mürgülədim, hətta yuxum ağırlaşdı və mən bu arada Uca və Ulu 

Rəbbimi ən gözəl surətdə gördüm. O buyurdu: «Ey Muhəmməd!» Mən dedim: 

«Əmrinə  müntəzirəm,  ey  Rəbbim!»  Allah  buyurdu:  «Mələklər  nə  haqda 

mübahisə edirlər?» Mən dedim: «Bilmirəm!» Bunu üç dəfə təkrarladı. Rəbbim 

ovcunu  iki  çiynimin  (kürək  sümüyümün)  arasına  qoydu,  hətta  barmaq 

uclarının (Başqa rəvayətdə: əlinin) sərinliyini sinəmdə (köksümdə) hiss etdim. 

Hər şey mənə göründü və hər şeyi bildim (Başqa rəvayətdə: Məşriq və Məğrib 

arası  hər  bir  şeyi  bildim).  Allah  buyurdu:  «Ey  Muhəmməd!»  Mən  dedim: 

«Əmrinə  müntəzirəm,  ey  Rəbbim!»  Allah  buyurdu:  «Mələklər  nə  haqda 

mübahisə  edirlər?»  Mən  dedim:  «Kəffarələr  haqqında».  O  buyurdu:  «Nədir 

onlar?» Mən dedim: «Camaat namazlarına piyada getmək, namazlardan sonra 

məscidlərdə oturub növbəti namazı gözləmək, soyuqda dəstəmazı tam almaq 

(Başqa  rəvayətdə:  Kim  belə  edərsə  xeyirlə  yaşayar,  xeyirlə  ölər  və  hər  cür 

günah  və  xətalardan  uzaq  olaraq  anadan  doğulduğu  kimi  tərtəmiz  olar)». 

Allah buyurdu: «Sonra nə haqda?» Mən dedim: «Yemək yedirtmək, mülayim 

söz  söyləmək,  insanlar  yatdığı  vaxt  namaz  qılmaq».  Allah  buyurdu:  «İstə!» 

Mən  dedim:  «



Allahummə  İnni  Əs'əlukə  Fi'ləl-Xayrati  Və  Tərkəl-Munkərati 

Va Hubbəl Məsəkini (Və Əntə) Və Ən Təğfira Li Və Tərhəməni Və İzə Əradtə 

Fitnətə  Qaumin  Fətəvaffəni  Ğeyra  Məftunin,  Əs'əlukə  Hubbəkə  Və  Hubbə 

Mən  Yuhibbukə  Və  Hubbə  Aməlin  Yuqarribu  İlə  Hubbikə  -

  Allahım!  Səndən 

xeyir  işlər  görməyi,  pis  işlərdən  uzaq  olmağı,  kasıbları  sevməyi,  məni 

bağışlamağını,  mənə  rəhm  etməyini  və  hər  hansı  bir  qövmü  fitnəyə  salmaq 

istədikdə, fitnəyə düşməmiş canımı almağını diləyirəm. Səndən Sənin və Səni 

sevənin  məhəbbətini  qazanmağımı  və  məhəbbətinə  yaxınlaşdıracaq  hər  bir 

əməli  sevməyi  istəyirəm».  Allah  Elçisi:  «Bu  yuxu  haqdır,  bunları  yaxşıca 

öyrənin»


428

.  


 

 

 



Fudalə  İbn  Ubeyd    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “

Allahummə 

Mən Əmənə Bikə Və Şəhidə Ənni Rasulukə Fə Həbbib İleyhi Liqaəkə, Və Səhhil 

                                                

428

 Tirmizi 3233, 3234, 3235, 3543, Əhməd 22109, 22162, əl-Albani «Ziləlul Cənnə» 388.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

159 



 

Aleyhi  Qadaukə,  Və  Əqlilə  Ləhu  Minəd  Dunyə,  Və  Mən  Ləm  Yumin  Bikə, 

Vələm  Yəşhəd  Ənni  Rasulukə,  Fə  Lə  Tuhəbbib  İleyhi  Liqaəkə,  Və  Lə  Tusəhhil 

Aleyhi Qadaukə, Və Əksir Ləhu Minəd Dunyə  -

 Allahım! Kim Sənə İman etsə, 

Mənim  Sənin  Rəsulun  olduğuna  şahidlik  edərsə,  Səninlə  görüşməyi  ona 

sevdir,  Qədərini  ona  asanlaşdır,  Dünyadan  ona  azalt  (yəni:  dünyaya 

başlanmaqdan  onu  qoru),  Kim  Sənə  iman  etməzsə  və  mənim  Sənin  Rəsulun 

olduğuna şahidlik etməyənə Səninlə qarşılaşmağı ona sevdirmə,  Qədərini ona 

asanlaşdırma və dünyanı ona çoxalt”

429


.  

 

 



 

Əbu  Umamə  əl-Bəhili    rəvayət  edir  ki,  Peyğəmbər    əsaya  dayanmış 

olaraq  yanımıza  çıxdı.  Biz  onu  gördükdə  ayağa  qalxdıq.  Peyğəmbər:  “Əcəm 

(ərəb  olmaynların)  bir  birilərinə  təzim  edərək  qalxdıqları  kimi  Qalxmayın”. 

Biz: 

“Bizim 


üçün 

Allaha 


dua 

etməyinizi 

istəyirik” 

dedik. 


O: 



Allahumməğfirlənə  Vərhəmnə  Vərda  Annə  Və  Təqabbəl  Minnə  Vədxilnəl 



Cənnətə Və  Nəccinə  Minənnər, Və  Əslih  Lənə Şənənə  Kulluhu  –

  Allahım!  Bizə 

məğfirət et! Bizə mərhəmət et! Bizdən razı qal, (ibadət və duaları) bizdən qəbul 

et!  Bizi  Cənnətə  daxil  et!  Bizi  Cəhənnəmdən  qoru  və  bizim  hər  bir  halımızı 

islah et!” deyə dua etdi. Biz duanı artırmağını istədik. O: “Duamda sizin üçün 

hər bir şeyi cəm etmədimmi?”

430


.  

 

.



 

 

Əli  rəvayət edir ki,  Peyğəmbər   mənə buyurdu: “Sənə elə bir kəlimələr 



öyədimmi  söylədiyin  zaman  Allah  sənin  (kiçik  günahlarını)  bağışlasın, 

(halbuki  sən  böyük)  günahlardan  bağışlanmısan:  De:  “



Lə  İləhə  İlləlahul 

Aliyyul Azim, Lə İləhə İlləlahul Həlimul Kərim, Lə İləhə İlləllah Subhənəllah 

Rabbil  Arşil  Aziym  (Başqa  rəvayətdə:  Əlhəmdulilləhi  Rabbil  Aləmin)  – 

Aliyy  və 

Azim  olan  Allahdan  başqa  ibadətə  layiq  haqq  İlah  yoxdur,    Həlim  və  Kərim  olan 

Allahdan başqa ibadətə layiq haqq İlah yoxdur, Allahdan başqa ibadətə layiq haqq İlah 

                                                

429


 İbn Hibban 208, əl-Albani “Səhih Tərğib” 3488.  

430


 İbn Məcə 3836, Əhməd 22181, 22201, 22225, 22235, əl-Albani “Zəif”.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə