Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə47/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   43   44   45   46   47   48   49   50   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

137 



 

Əbu Hureyrə   rəvayət edir ki, Peyğəmbər   beş şeydən Allaha sığınaraq 

buyurdu:  “

Əuzu  Billəhi  Min  Azəbil  Qabri  Və  Min  Azəbi  Cəhənnəm  (Nər)  Və

 

Min Fitnətil Məhyə Vəl Məmət Və Min Şərri Məsihid Dəccəl - 

Qəbir əzabından 

Allaha  sığının,  Cəhənnəm  əzabından  Allaha  sığının,  həyatın  və  ölümün 

fitnəsindən Allaha sığının, Məsih Dəccəlin şərrindən (və ya fitnəsindən) Allaha 

sığının”


367

.  


 

.

 



Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “

Əuzu Billəhi Min 

Azəbilləh  Əuzu  Billəhi  Min  Azəbil  Qabri  Əuzu  Billəhi  Min  Fitnətil  Məsihid 

Dəccəl Əuzu Billəhi Min Fitnətil Məhyə Vəl Məmət - 

Allahın əzabından Allaha 

sığının, Qəbir əzabından Allaha sığının, həyatın və ölümün fitnəsindən Allaha 

sığının, Məsih Dəccəlin fitnəsindən Allaha sığının”

368

.  


 

 

İbn Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    bu  duanı  bizlərə  Qurandan  bir 



surə  öyrətdiyi  kimi  öyrədərdi:  “

Allahummə  İnni  Əuzu  Bikə  Min  Azəbi 

Cəhənnəm Və Əuzu Bikə Min Azəbil Qabri Və Əuzu Bikə Min Fitnətil Məsihid 

Dəccəl  Və  Əuzu  Bikə  Min  Fitnətil  Məhyə  Vəl  Məmət  -

  Allahım!  Cəhənnəm 

əzabından  Sənə  sığınıram,  Qəbir  əzabından  Sənə  sığınram,  Məsih  Dəccəlin 

fitnəsindən Sənə sığınıram, həyatın və ölümün fitnəsindən Sənə sığınıram”

369

.  


 

 

Aişə    rəvayət  edir  ki,  Peyğəmbər    bu  kəlimələrlə  dua  edərdi: 





Allahummə  İnni  Əuzu  Bikə  Min  Fitnətin  Nər  Və  Azəbin  Nər  Və  Min  Şərril 

Ğinə Vəl Fəqri -

 Allahım! Cəhənnəmin fitnəsindən və Cəhənnəmin əzabından, 

zənginliyin və fəqirliyin şərrindən Sənə sığınıram”

370


.  

                                                

367

 Nəsəi 5509, 5511, 5513, 5514, 5515, 5517, 5518, Tirmizi 3604, əl-Albani “Səhih”.  



368

 Müslim 1357, Nəsəi 5516, əl-Albani “Səhih”.  

369

 Müslim 1361, 590/134, Nəsəi 5512, Tirmizi 3494, İbn Məcə 3840, Əbu Davud 1542, 1544.  



370

 Əbu Davud 1543, 1545, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

138 



 

 

.



 

Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbərin  belə buyurduğunu eşitdim: 

“Kim  mənə  itaət  edərsə  Allaha  itaət  etmiş  olar,  Kim  də  mənə  üsyan  edərsə 

Allaha  üsyan  etmiş  olar”.  Sonra:  “



Yətəavvəzu  Min  Azəbil  Qabri  Və  Azəbi 

Cəhənnəm  Və  Fitnətil  Əhyəi  Vəl  Əmvət  Və  Fitnətil  Məsihid  Dəccəl  -

  Qəbir 


əzabından,  Cəhənnəm  əzabından,  həyatın  və  ölümün  fitnəsindən  və  Məsih 

Dəccəlin fitnəsindən Allaha sığınardı”

371

.  


 

.

 



Aişə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “

Allahummə  Rabbə 

Cibrailə  Və  Mikəilə  Və  Rabbə  İsrafilə  Əuzu  Bikə  Min  Hərrin  Nər  Və  Min 

Azəbil Qabri - 

Cəbrailin, Mikailin və İsrafilin Rəbbi olan Allahım! Cəhənnəmin 

qızğın atəşindən və qəbir əzabından Sənə sığınıram”

372


.  

 

.



 

Əbu Hureyrə  rəvayət edir ki, Əbu Qasımın  namazda belə dua etdiyini 

eşitdim:  “

Allahummə  İnni  Əuzu  Bikə  Min  Fitnətil  Qabri  Və  Min  Fitnətid 

Dəccəl  Və  Min  Fitnətil  Məhyə  Vəl  Məmət  Və  Min  Hərri Cəhənnəm  -

  Allahım! 

Qəbir  fitnəsindən,  Dəccəlin  fitnəsindən,  həyatın  və  ölümün  fitnəsindən  və 

Cəhənnəmin qızğın atəşindən Sənə sığınıram”

373

.  


 



)

(

 



Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    bu  üç  şeydən  Allaha 

sığınardı: 



“(Allahummə İnni Əuzu Bikə Min) Cəhdil Bələi Və Dərakiş Şəqai Və 

Suil  Qadai  Və  Şəmətətil  Əadəi 

-  Bəlanın  məşəqqətindən,  bədbəxt  olmaqdan 

                                                

371


 Nəsəi 5510, əl-Albani “Səhih”.  

372


 Nəsəi 5519, əl-Albani “Səhih”.  

373


 Nəsəi 5520, əl-Albani “Səhih”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

139 



 

(sapıqlığa  düşməkdən),  pis  qədərdən  (taledən)  və  düşmənlərin  bədxahlığın-

dan  (sevinməsindən)  Allaha  sığınardı”.  Süfyan  deyir  ki:  “Hədisdə  yalnız  üç 

şey  qeyd  olunmuşdur,  dördüncüsünü  isə  mən  özümdən  əlavə  etmişəm. 

Amma hansı sözü əlavə etdiyim yadımda deyil”

374


.  

 

.



 

Amr  İbn  Meymun  rəvayət  edir  ki,  Muhəmmədin    səhabələri  dedilər  ki, 

Peyğəmbər   bunlardan: 

“(Allahummə İnni Əuzu Bikə Min) Şuhhi Vəl Cubni 

Və Fitnətis Sadri Və Azəbil Qabri  -

 Qorxaqlıqdan, qəlbin fitnəsindən və qəbir 

əzabından Allaha sığınardı”

375


.  

 

)



(

 

 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “

Allahummə  İnni  Əuzu 

Bikə Minəl Aczi Vəl Kəsəli Vəl Cubni Vəl Buxli Vəl Hərami (Və Suil Kibri) Və 

Əuzu Bikə  Min  Azəbil  Qabri  Və  Əuzu Bikə  Min  Fitnətil  Məhyə  Vəl  Məmət  -

 

Allahım!  Acizlikdən,  tənbəllikdən,  qorxaqlıqdan,  paxıllıqdan,  qocalığın  rəzil 



çağından Sənə sığınıram. Qəbir əzabından Sənə sığınıram, Həyatın və ölümün 

fitnəsindən Sənə sığınıram”

376

.  


 

Sad İbn Əbu Vaqqas  Peyğəmbərin  bu beş şeylə (dua) etməsini rəvayət 

edir  ki,  Peyğəmbər    buyurdu:  “

Allahummə  İnni  Əuzu  Bikə  Minəl  Buxli  Və 

Əuzu  Bikə  Minəl  Cubni  Və  Əuzu  Bikə  Ən  Uraddə  İlə  Ərzəlil  Umri  Və  Əuzu 

Bikə  Min  Fitnətitd  Dunyə  Və  Əuzu  Bikə  Min  Azəbil  Qabri  - 

Allahım! 

Paxıllıqdan  Sənə  sığınıram,  qorxaqlıqdan  Sənə  sığınıram,  rəzil  ömür 

sürməkdən,  Dünyanın  fitnəsindən  Sənə  sığınıram,  qəbir  əzabından  Sənə 

sığınıram”

377


.  

                                                

374

 Buxari 6616, 6242, 6347, 5987, Müslim 7052, 2707, İbn Hibban 1016,  Buxari “Ədəbul  Mufrad” 669,  Nəsəi 



5491, 5492, əl-Albani “Səhih”.  

375


 Nəsəi 5482, əl-Albani “Zəif”.  

376


 Buxari  2668,  2823,  2668,  6006,  6367,  Müslim  7048,  50/2706,  Əbu  Davud  1540,  1542,  Tirmizi  3485,  Nəsəi 

5448, 5451, 5452, 5457, 5459, 5495, 5489.  

377

 Buxari 6009, 6370, Nəsəi 5445, 5447, 5478, 5496, Əbu Davud 5350, İbn Hibban 1004.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə