Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə45/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   41   42   43   44   45   46   47   48   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

131 



 

(düşmənlərimə)  hiylə  qurmağa  kömək  ol,  (onların)  mənə  hiylə  qurmasına 

imkan  vermə.  Mənim  üçün  doğru  yola  yönəlməyi  asanlaşdır.  Mənə  qarşı 

azğınlıq edənə qalib gəlməyimə yardım et. Ey Rəbbim! Məni, Sənə çoxlu-çoxlu 

şükür edən, Səni tez-tez yad edən, Səndən qorxan, Sənə müti olan, Sənə boyun 

əyən,  (Sənə)  çox  yalvaran  və  (Sənə)  üz  tutan  bir  bəndə  et.  Mənim  tövbəmi 

qəbul  et,  günahlarımı  yu,  duamı  qəbul  et,  dəlilimi  möhkəmləndir,  qəlbimi 

haqqa yönəlt, dilimi doğruluğa öyrət və qəlbimin qara ləkəsini yox et”

348

.  


 

 

Müaviyə  İbn  Əbu  Süfyan    minbərdə  ikən  demişdir:  “



Lə  Mənia  Limə 

Əateytə Və  Lə  Mutiyə  Limə  Mənəallahu Və  Lə  Yənfəu  Zəl  Cəddi  Minhul Cəd, 

Və  Mən  Yuridilləhu  Bihi  Xayran  Yufəqqihhu  Fiddin  -

  Həqiqətən  də  Onun 

verdiyinə mane olacaq bir kimsə yoxdur. Allahın mane olduğunu da verəcək 

bir  kimsə  yoxdur.  Heç  bir  hörmət  sahibinə  Onun  yanında  hörməti  fayda 

verməz.  Allah  kimə  xeyir  nəsib  etmək  istəsə,  onu  dində  alim  edər.  Mən  bu 

sözləri Peyğəmbərdən  bu minbərin üzərində ikən eşitdim”

349

.  


 

:

.



 

Muaviyə İbn Əbu Sufyan  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Xeyir 

adətdir, şərr isə üzəndir. Allah kimə xeyir istəyərsə onu dində fəqih edər”

350


.  

 

 



 

Məabəd  əl-Cuhəni  deyir  ki,  eşitdim Muaviyə   Peyğəmbərdən    az hədis 

rəvayət edənlərdən idi. Xütbə verdiyi zaman bu hədisi zikr edərdi. Eşitdim ki, 

ki,  Peyğəmbər    buyurdu:  “Allah  kimə  xeyir  istəyərsə onu  dində fəqih  edər. 

                                                

348


 Əbu Davud 1510, 1512, 1513, İbn Məcə 3830, İbn Hibban 947, 948, Buxari “Ədəbul Mufrad” 665, əl-Albani 

“Səhih”.  

349

 Buxari “Ədəbul Mufrad” 666, əl-Albani “Səhih”.  



350

 İbn Məcə 221, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

132 



 

Bu mal şirindir gözəldir, kim onu haqqına götürərsə Allah ona bərəkət verər. 

(Bir-birinizi) Mədh (tərif) etməkdən çəkinin, həqiqətən o kəsicidir”

351


.  

 

 



Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  belə dua edərdi: “

Allahummə 

İnni  Əuzu  Bikə  Minəl  Fəqri  Vəl  Qilləti  Vəz  Zilləti  Və  Əuzu  Bikə  Min  Ən 

Əzlimə  Əu  Uzləmə  - 

Allahummə!  Fəqirlikdən,  (xeyrin)  azlığından,  zillətdən, 

zülm etməkdən və zülmə məruz qalmaqdan sənə sığınıram”

352


.  

 

.



 

 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Duada  ictihad 



(seçim)  etmək  istəyirsinizmi? 

Allahummə  Əinnə  Alə  Şukrikə,  Və  Zikrikə,  Və 

Husni  İbədətikə  –

  Allahım!  Səni  zikr  etmək,  Sənə şükür  etmək  və  Sənə gözəl 

tərzdə ibadət etmək üçün mənə yardım et!”

353

.  


 

)

(

 

 



Abdullah  İbn  Əbi  Əufə    rəvayət  edir  ki,  Peyğəmbər    belə  dua  edərdi: 



Allahummə Ləkəl Həmdu Miləs Səməvəti Və Miləl Ərdi Və Milə Mə Şitə Min 



Şeyin  Bəadu,  Allahummə  Tahhirni  Bis  Səlci  Vəl  Bəradi  Vəl  Məil  Bəridi, 

Allahummə  Tahhirni  Minəz  Zunubi  Vəl  Xatayə  Kəmə  Yunəqqas  Səvbul 

Əbyədu Minəl Vəsəxi (Minəd Dənəsi) -

 Allahım! Göylər dolusu, yer dolusu və 

bundan  sonra  dilədiyin  şeylər  dolusu  Sənə  həmd  olsun.  Allahım!  Ağ  paltar 

kirdən  təmizləndiyi  kimi,  məni  də  buzla,  qarla  və  soyuq  su  ilə  təmizlə. 

Allahım!  Günahlarımı  və  xətalarımı  təmizlə  necə  ki,  ağ  paltarı  kirdən 

təmizlədiyin kimi”

354

.  


 

                                                

351

 Əhməd 16949, əl-Albani “Səhih Silsilə” 1196.  



352

 Nəsəi 5460, 5462, Buxari “Ədəbul Mufrad” 678, Əbu Davud 1544, 1546, əl-Albani “Səhih”.  

353

 Əhməd 7982, 7969, əl-Albani “Səhihdə” 844.  



354

 Müslim 1097, 204/476, İbn Hibban 956, Əhməd 19118, 19141, Buxari “Ədəbul Mufrad” 684, 676.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

133 



 

.

 



Abdullah  İbn  Əbu  Aufə    rəvayət  edir  ki,  Peyğəmbər    belə  dua  edərdi: 



Allahummə  Tahhirni  Minəz  Zunubi  Və  Xatayə, Allahummə  Nəqqiniy  Minhə 



Kəmə  Yunəqqas  Səvbul  Əbyədu  Mind  Dənəsi,  Allahummə  Tahhirni  Bis  Səlci 

Vəl  Bəradi  Vəl  Məil  Bərid  –

  Allahım!  Məni  günah  və  xətalardan  təmizlə. 

Allahım! Məni bəyaz paltarın kirdən təmizlədiyin kimi təmizlə. Allahım! Məni 

qar, bolu və soyuq su ilə təmizlə”

355


.  

 

.



 

 

Abdullah  İbn  Əbi  Aufə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 





Allahummə Bərid Qalbi Bissəlci Vəl Bəradi Vəl Məi Bərid, Allahummə Nəqqi 

Qalbi  Min  Xatayə  Kəmə  Nəqqeytu,  Səubul  Əbyədu  Minəd  Dənəsi  -

 

Allahummə!  Qəlbimi  qar,  dolu  və  su  ilə  soyut.  Allahım!  Ağ  paltarı  kirdən 

təmizlədiyin kimi qəlbimi də günahlardan təmizlə”

356


.  

 

 



 

Abdullah  İbn  Amr  İbn  əl-Ass    rəvayət  edir  ki,  Peyğəmbər    belə 

buyurduğunu  eşitdim:  “Adəm  övladlarının  qəlbləri  Rahmənin  barmaqların-

dan  iki  barmağı  arasında  tək  bir  qəlb  kimidir.  Onları  istədiyi  kimi  dəyişir”. 

Sonra:  “

Allahummə  Musariffəl  Qulub  Sarrif  Qulubunə  Alə  Təatik  –

  Qəlbləri 

yönəldən Allahım, qəlblərimizi sənə itaət üçün yönəlt”

357


.  

 

 



 

Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    belə  dua  edərdi: 



Allahummə  İnni  Əuzu  Bikə  Min  Zəvəli  Nimətikə  Və  Təhəvvuli  Afiyətikə  Və 

                                                

355

 Nəsəi 402, 403, İbn Hibban 955, əl-Albani “Səhih”.  



356

 Tirmizi 3547, əl-Albani “Səhih”.  

357

 Müslim 6921, 2654.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə