Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə30/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   26   27   28   29   30   31   32   33   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

84 



 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  hansı  bir 

məclisdə  oturub,  orada  Allahı  yad  etməyən  və  öz  Peyğəmbərinə  salavat 

gətirməyən bir camaat (Başqa rəvayətdə: Qiyamət günü) mütləq peşmançılığa 

məruz qalar. Sonra Allah istəsə onlara əzab verər, istəsə onları bağışlayar”

210


.  

 

 



 

Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim oturduğu (hər 

hansı) bir yerdə Allahı yad etməsə, Peyğəmbərinə salavat gətirməzsə Axirətdə 

Allah  onu  peşmançılığa  məruz  qoyar.  Onları  Cənnətə  yalnız  savabları  daxil 

edər»

211


.  

 

.



 

Abdullah  İbn  Muğəffəl    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər 

hansı  bir  qövm  bir  məclisdə  toplanıb  və  qalxdıqdan  sonra  Allahı  zikr 

etməzlərsə bu məclis Qiyamət günü olnlar üçün peşmançılıq olar”

212

.  


 

 

Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Kim oturduğu (hər 



hansı) bir yerdə Allahı yad etməsə, (Axirətdə) Allah onu peşmançılığa məruz 

qoyar.  Kim  uzandığı  (hər  hansı)  bir  yataqda  Allahı  yad  etməsə,  (Axirətdə) 

Allah onu peşmançılığa məruz qoyar»

213


.  

 

 



Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  «O  camaat  ki, 

məclisdən  Allahı  zikr  etməmiş  qalxırlar,  onlar  uzunqulaq  leşi  üzərindən 

qalxmış kimidirlər. Buna görə onlar peşman olacaqlar»

214


.  

                                                

210

 Tirmizi 3380, Nəsəi 10238, Əhməd 9842, 9843, 10249, əl-Albani “Səhihdə” 3359, 74.  



211

 Əhməd 9965, 9966, əl-Albani «Səhihul Cami» 5/342, “Səhihdə” 76, “Səhih Tərğib” 1513.  

212

 əl-Albani “Səhih Tərğib” 1515.  



213

 Əbu Davud 4848, 4856, 5061, 5059, əl-Albani “Səhihul Cami” 5/342.  

214

 Əbu Davud 4857, Əhməd 2/389, əl-Albani «Səhihul Cami» 5/176.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

85 



 

 

 



 

.



 

Suheyl İbn  Hənzalə    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  «Hər  hansı 

bir  qövm  (toplum,  camaat)  oturub  Allahı  zikr  etdikdən  sonra  qalxarlarsa, 

onlara  belə  deyilir:  «Qalxın;  Allah  günahlarınızı  bağışladı  və  günahlarınız 

savablarla əvəz edildi (savablara çevrildi)»

215


.  

 

 يبنلا ىلع ةلاصلا



 

نيب

 

ءاعدلا يدي

 

DUA ETMƏZDƏN ÖNCƏ PEYĞƏMBƏRƏ  SALAVAT 

 

.



 

 

Fudala  İbn  Ubeyd    rəvayət  edir  ki,  Peyğəmbər    bir  nəfərin  namazda 

(Təşəhhüddə)  dua  etdiyini  eşidir.  Lakin  Peyğəmbər    salavat  gətirmir. 

Peyğəmbər:  “Bu  adam  tələsdi”  deyə  buyurdu.  Sonra  onu  yanına  çağıraraq 

buyurdu:  “Sizdən  biriniz  namaz  qıldıqda  Allaha  həmd  və  səna  ilə  başlayıb, 

Peyğəmbərinə salavat gətridikdən sonra dilədiyi şəkildə duasını etsin”

216

.  


 



 

 



Əli    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  bir  dua  bağlıdır,  hətta 

Peyğəmbərə  salavat gətirilənə qədər“

217

.  


 

.

 



Ömər    deyir  ki:  “Dua  göy  ilə  yer  arasında  durar.  Peyğəmbər    salavat 

gətirilincəyə qədər o, duadan heç bir şey Allaha yüksəlməz”

218

.  


 

                                                

215

 Tabərani “Mucəmul Kəbir” 5907, əl-Albani «Sahihul Cəmius Sağir» 5610.  



216

 Tirmizi 3477, Əbu Davud 1481, 1483, əl-Albani “Səhih”.  

217

 əl-Albani “Səhihdə” 2035, “Səhih Cəmi” 4523, “Səhih Tərğib” 1675.  



218

 Tirmizi 486, əl-Albani “Səhih Tərğib” 1676.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

86 



 

 يبنلا ىلع ةلاصلا

 

ةعمجلا موي

 

CÜMƏ GÜNÜ PEYĞƏMBƏRƏ  SALAVAT GƏTİRMƏK 

 



 

 



 

Ənəs İbn Məlik   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Gümə günü və 

Cümə  gecəsi  mənə  olan  salavatınızı  çoxaldın.  Kim  mənə  bir  dəfə  salavat 

gətirərsə Allah ona 10 dəfə salavat (rəhmət) diləyər”

219

.  


 

(



 

 

Əus  İbn  Əus    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Günlərin  ən 



fəzilətlisi Cümə  günüdür.  O,  günü  Adəm  xəlq  edildi, o günü  (yaradılmış)  və 

canı alınmışdı, Nəfəxa və Səaqatu (birinci və ikinci Sura üfürmək) o günüdür. 

O, günü  mənə çoxlu salavat  gətirin.  Çünki sizin salavatınız  mənə ərz olunur. 

Səhabə:  “Yə  Rəsulullah!  Səndən  heç  bir  şey  qalmadığı  halda  (çürüdükdən) 

sonra  bizim salavatımız  necə sənə çatacaqdır?”  dedi.  Peyğəmbər:  “Həqiqətən 

Allah yer üzünə Peyğəmbərlərin cəsədini yeməyi haram etmişdir”

220

.  


 

.

 



 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cümə  günü  mənə  çoxlu 

salavat  deyin.  Həqiqətə  Cəbrail    Rəbbimin  yanından  gələrək  dedi:  “Yer 

üzündə elə bir müsəlman yoxdur ki, bir dəfə (sənə) salavat gətirməsin Mən və 

mələklərim ona 10 dəfə salavat deməyək”

221


.  

 

.



 

                                                

219

 əl-Albani “Səhih”1407.  



220

 Əbu Davud 1047, 1049, 1531, 1533, İbn Məcə 1636, əl-Albani “Səhihdə” 1527, “Səhih Tərğib” 1674.  

221

 əl-Albani “Səhih Tərğib” 1662.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə