Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə26/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   22   23   24   25   26   27   28   29   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

72 



 

əməl  olmasına  dəlalət  edir"

165

.  Salman  Farisi    rəvayət  edir  ki,  Rəsulullah  



buyurdu:  «Həya  və  Kərəm  sahibi  olan  Rəbbimiz  əllərini  ona  tərəf  qaldıran 

qulunun əllərini geri boş qaytarmaqdan həya edər»

166

.  


 

 يبنلا ىلع ةلاصلا لضف



 



PEYĞƏMBƏRƏ  SALAVAT GƏTİRMƏYİN FƏZİLƏTİ 

 

 

 

“Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey 

iman  gətirənlər!  Siz  də  ona  xeyir-dua  verib  kamil  ədəb-ərkanla  salamlayın”. 

(əl-Əhzab 56). 

 

 

.



 

 

Əbul  Aliyə    deyir  ki:  “



Allah  və  Onun  mələkləri  Peyğəmbərə  xeyir-dua 

verirlər  – 

Allahın  salavatı  onu  həmd-səna  etməsi,  mələklərin  salavatı  isə 

Duadır”

167


.  

 

)



(

.

 



Dahhak  deyir ki: “Allahın salavatı rəhmət (Məğfirət), mələklərin salavatı 

isə Duadır”

168

.  


 

.

.



.

Mücahid   deyir  ki: 



«Sənin  ad-sanını,  şan-şöhrətini  ucaltmadıqmı?».  (əl-

İnşirah 4). 

(Yerdə, göydə səndən söhbət gedər, xütbələrdə adın çəkilər). «Mən 

xatırlanacaq  olsam  mütləq  sən  də  xatırlanacaqsan.  Şəhadət  edirəm  ki, 

Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və Muhəmməd Allahın qulu və 

rəsuludur».  Qatadə    deyir  ki: 

«Sənin  ad-sanını,  şan-şöhrətini  ucaltmadıq-

                                                

165

 "İrvalul Ğəlil" 2/182.  



166

 Əbu Davud 1488, Tirmizi 3551, İbn Məcə 3865, Musnəd 5/438, əl-Albani “Səhih”.  

167

 əl-Albani “Fadlu Salətu Alən Nəbiy” 95, “Səhih”.  



168

 əl-Albani “Fadlu Salətu Alən Nəbiy” 96, 97, “Zəif”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

73 



 

mı?».  (əl-İnşirah  4). 

Peyğəmbər    buyurdu:  “Ubudiyyə  (Qul)  ilə  başlamaq, 

Risalət ilə bitirmək”.  Mamər  deyir ki: “Şəhadət edirəm ki, Allahdan başqa 

ibadətə layiq haqq ilah yoxdur və Muhəmməd Allahın qulu – bu Ubudiyyədir 

və Rəsuludur – Qulu və Rəsuludur - deyilir»

169


.  

 



 

 

 



 

Əbu  Bəkr    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mənə  salavat 

göndərməyi  çoxaldın!  Həqiqətən,  Allah  qəbrimin  yanında  mənə  bir  mələyi 

müvəkkil  etmişdir.  Ümmətimdən  bir  kişi  mənə  salavat  göndərdikdə  həmin 

mələk  mənə  deyir:  “Ey  Muhəmməd!  Filankəsin  oğlu  filankəs  sənə  salavat 

göndərdi”

170

.  


 

.

.



 

 

Ammar  İbn  Yəsir    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah 



qəbrimin  yanında  bir  mələk  müvəkkil  etmişdir  ki,  ona  bütün  yaratdıqlarının 

adlarını  bildirmişdi.  Elə  bir  kəs  yoxdur  ki,  Qiyamət  gününə  qədər  mənə 

salavat  gətirsin  (mələk)  onun  və  atasının  adını  mənə  çatdırmış  olmasın. 

Filankəs oğlu filankəs sənə salavat gətirmişdir. (Başqa rəvayətdə: “Allahın bir 

mələyi  vardır  ki,  (Allah)  ona  bütün  məxluqatın  adlarını  vermişdir.  Qəbrimin 

üzərində  duraraq  kim  mənə  salavat gətirərsə  (mələk)  deyər:  Ey  Muhəmməd! 

Filankəs  oğlu  filankəs  sənə  savat  gətirir.  Allah  o,  kimsəyə  hər  bir  salavatına 

görə on dəfə salavat deyər)”

171

.  


 

 

                                                



169

 əl-Albani «Fadlus Saləti alən-Nəbi» 103, 104, “Səhih”.  

170

 Deyləmi 1/31, əl-Albani “Sahihul Cəmius Sağir” 1207, “Silsilətul Əhədisis Sahiha” 1530. 



171

 əl-Albani “Səhih Tərğib” 1667.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

74 



 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: «Qəbrimi  bayram 

yerinə  çevirməyin!  Mənə  salavat  gətirin.  Əlbəttə,  harada  olsanız  salavatınız 

mənə çatar!»

172

  

 



.

 

İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Həqiqətən də Allahın 



yer  üzünü  gəzib-dolaşan  mələkləri  vardır  ki,  ümmətimdən  mənə  salam 

çatdırırlar!»

173

.  


 

 

 



.

 

Amr  İbn  Rabia    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  «Mənə  salavat 



edən  elə  bir  bəndə  yoxdur  ki,  salavat  etdiyi  müddətdə  mələklər  onun  üçün 

dua etməsin. Bəndə bunu istər az etsin, istərsə də çox etsin»

174

.  


 

 



 

 

Ənəs İbn Məlik    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  «Kim  mənə  bir 



dəfə salavat gətirərsə, Allah ona (bunun sayəsində) on dəfə salavat edər, onun 

on günahını silər. Onun (Cənnətdəki) məqamını on dərəcə yüksəldər»

175

.  



 

.

 



Cabir  İbn  Abdullah    rəvayət  edir  ki,  Peyğəmbər    minbərə  qalxdı. 

Minbərin  birinci  pilləsinə qalxıb:  “



Amin!

”-  dedi. Sonra ikinci pilləsinə  qalxıb: 



Amin!

”-  dedi.  Sonra  da  üçüncü  pilləsinə  qalxıb:  “



Amin!

”-  dedi.  (Səhabələr) 

soruşdular:  “Ey  Allahın  elçisi!  Biz  sənin  üç  dəfə:  “

Amin!

”-  dediyini  eşitdik”. 

                                                

172


 Əbu Davud 2042, 2044, əl-Albani “Səhih”.  

173


 Həkim 2/421, əl-Albani “Mişkət” 924, “Fadlu Salətu Alən Nəbiy” 21.  

174


 Suyuti “Cəmius Sağir” 10891, Əhməd 15680, 15718, əl-Albani “Səhihul Cəmi” 5744.  

175


 Nəsəi 1297, Əhməd 11998, 12017, Buxari “Ədəbul Mufrad” 643, əl-Albani “Səhih”.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə