Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə22/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   18   19   20   21   22   23   24   25   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

63 



 

 

Cabir  İbn  Səmura    rəvayət  edir  ki,  Kufəlilər  Ömərə    Sad  İbn  Əbu 



Vəqqasdan    şikayət  etdilər.  Buna  görə  də  Ömər    onu  (bu  vəzifədən) 

kənarlaşdırdı  və yerinə  Əmmar İbn Yasiri    hakim  təyin  etdi.  Kufəlilər  (çox) 

şikayət  etdilər,  hətta  (Sadın)  namazı  lazımı  qaydada  qılmadığını  belə  iddia 

etdilər. Belə olduqda, Ömər  adam göndərib onu yanına çağırtdırdı və dedi: 

“Ey Əbu İshaq! Bunlar iddia edirlər ki, sən namazı lazımı qaydada qılmırsan”. 

Əbu  İshaq:  “Mənə  gəlincə,  vallahi  ki,  mən  onlara  Peyğəmbərin    namazını 

qıldırmışam  və  bundan  (heç  bir şey)  əskiltməmişəm. İşa namazını qıldıranda 

ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam”. Ömər: “Mən elə belə də 

bilirdim, ey Əbu İshaq!”– dedi, sonra da onunla birlikdə Kufəyə bir və ya iki 

adam  göndərdi  ki,  gedib  kufəlilərdən  onun  barəsində  soruşsunlar.  (Kufədə) 

elə  bir  məscid  qalmadı  ki,  (göndərilən  adam)  onun  barəsində  soruşmasın. 

Hamı  onu  təriflədi.  Axırda  həmin  adam  Abs  oğullarının  məscidinə  gəldi. 

Oradakılardan Əbu Sədə ləqəbi ilə tanınan Usamə İbn Qətadə adlı birisi ayağa 

qalxıb  dedi:  “Madam  ki,  and  verib  bizdən  soruşdun,  (onda  bil  ki,)  Sad  (heç 

vaxt) döyüşə gedən dəstəyə qoşulmayıb, (qənimətləri) düzgün bölüşdürməyib 

və şəriət məsələlərində ədalətlə hökm verməyib”. Sad: “İndi ki belə oldu, onda 

vallahi ki, mən də üç şeylə bağlı (Allaha) dua edəcəyəm: “Allahım! Əgər sənin 

bu  qulun  yalançıdırsa,  üstəlik  bunu  özünü  göstərmək  və  ad  qazanmaq 

məqsədi  ilə  edirsə,  onda  onun  ömrünü  uzat,  yoxsulluğunu  artır  və  onu 

bəlalara  düçar  et!”.  (Uca  Allah  onun  duasını  qəbul  etdi).  Sonralar  həmin 

adamdan (onun halı barədə) soruşanda deyərdi: “Mən başıbəlalı bir qocayam, 

məni  Sadın  bədduası  tutub”.  AbdulMəlik:  “Sonralar  mən  o  adamı  gördüm, 

qocalığından qaşları gözlərinin üstünə düşmüşdü, özü də küçələrdə cariyələrə 

əl atırdı”

130

.  


 

5) Səid İbn Zeydin  Duası  

 

                                                



130

 Buxari 755, Müslim 453.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

64 



 

 

Hişam  İbn  Urva  atasından  rəvayət  edir  ki,  Ərva  Binti  Uveys,  Səid  İbn 



Zeydin torpağından bir parça almış və (özünün olduğu) iddiası ilə Mərvan İbn 

Həkəmə  şikayət  etmişdir.  Səid:  “Mən  Peyğəmbərin    bu sözlərini  eşitdikdən 

sonra  heç  onun  yerindən  bir  şey  alarammı?”  dedi.  Mərvan:  “Sən 

Peyğəmbərdən  nə eşitdin?” dedi. Peyğəmbərdən  eşitdim: “Hər kim zülm 

yolu  ilə  bir  qarış  yer  alarsa  (Qiyamət  günü)  yeddi  qat  qarşılığında  Qiyamət 

günü  yeddi  qat  yer  onun  boynuna  dolanacaqdır”.  Mərvan:  “Bundan  sonra 

səndən  hər  hansı  bir  sübut  istəmirəm”  dedi.  Səid:  “Allahım!  Əgər  bu  qadın 

yalan  danışırsa  gözlərini  kor  et,  (həmən)  torpaqda  da  canını  al!”  dedi.  Ravi 

deyir: “Bu qadın kor olmadan ölmədi, öz yerində dolaşdığı zaman bir çuxura 

düşərək öldü”

131

.  


 

 حسم

لا

ءاعدلا دعب هجولا ىلع نيدي

 

DUA ETDİKDƏN SONRA ƏLLƏRİ ÜZƏ MƏSH ETMƏK 

(SÜRTMƏK) BARƏSİNDƏ RİSALƏ 

 

Həmd  ancaq  Allahadır,  Ona  həmd  edir,  Ondan  yardım  və  məğfirət 



diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah 

kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç 

kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah 

yoxdur.  O,  təkdir,  şəriki  də  yoxdur  və  şəhadət  edirəm  ki,  Muhəmməd  onun 

qulu və elçisidir.  

Sonra:  Bu  risaləyə  başlamamışdan  öncə,  Fiqh  və  Hədis  elimində  bir  neçə 

qaydalara toxunmağı mühüm bildik. Toxunacağımız məsələlərin bu mövzu ilə 

birbaşa əlaqəsi vardır. Allahın izni ilə bu qaydaları bilmək nəinki bu mövzuda, 

hətta digər şəri məsələləri başa düşüməkdə yardım edəcəkdir. 1. İbadət sayılan 

(adlandırılan)  istənilən  bir  əməl  və  ya  söz,  hansı  ki,  onun  vasitəsilə  insan 

Allaha  yaxınlaşmağı  və  Onun  rəhmətini  qazanmağı  istəyir  vacibdir  ki,  Şəri 

dəlilə  əsaslansın.  Şəri  dəlil isə  ya  Qurani  Kərim, ya  da Peyğəmbər   Sünnəsi 

olmalıdır.  Möminlərin  anası  Ummu  Abdullah  Aişə



132

   rəvayət  edir  ki, 

Peyğəmbər   buyurdu: «Kim  bizim  bu  işimizdə  (dinimizdə)  ondan  olmayan 

                                                

131

 Müslim 1610, 4219, Buxari 2452.  



132

 Ummu Abdullah – Abdullahın anası. Aişənin  öz uşağı yox idi. Peyğəmbər  onu bacısı Əsmənin  

oğlunun adı ilə çağırardı. Abdullah İbn Zubeyr. 



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

65 



 

bir yenilik edərsə o, rədd olunandır (Başqa bir rəvayətdə:  «Kim bizim işimizə 

uyğun olmayan bir əməl edərsə o, (əməl) rədd olunandır)»

133


. Hafiz İbn Rəcəb 

 deyir ki: "Bu hədis İslam dinində böyük bir yer tutur və onun özüllərindən 

biridir.  O,  sanki  əməllərin  zahiri  tərəfini  ölçmək  üçün  bir  meyardır  (ölçü 

vahididir), halbuki - Möminlərin Əmiri Əbu Həfsə Ömər İbn əl-Xəttab  deyir 

ki, mən Peyğəmbərin  belə buyurduğunu eşitdim: «Əməllər ancaq niyyətlər 

ilədir  və  hər  bir  kimsə  üçün  ancaq  niyyət  etdiyi  bir  şey  vardır.  Hər  kimin 

hicrəti

134


 Allah  və  Rəsulu  ücündürsə,  onun  hicrəti  Allah  və  Rəsulu  ücündür. 

Hər  kimin  hicrəti  əldə  edəcəyi  bir  dünyalıq  (mal-dövlət)  və ya  nigahlanacağı 

bir  qadın  üçündürsə,  onun  hicrəti  nə  ücün  hicrət  etmiş  isə  elə  onun 

üçündür!»

135

.  Hədisi  İsə  -  əməllərin  batini  tərəfini  ölçmək  üçün  bir  meyardır 



(ölçü  vahididir).  Həmçinin  Allah  üçün  edilməyən  istənilən  bir  əməl,  sahibi 

üçün heç bir fayda (savab) gətirmədiyi kimi, Allah və Rəsulunun əmri olmdan 

edilən  bir  əməl  də  sahibinə  geri  rədd  olunacaqdır.  Allah  və  Rəsulunun  izn 

vermədiyi  istənilən  (söz  və  əməl)  din  adı  ilə  bir  kimsə  ortaya  çıxarmağa 

çalışarsa  o,  dindən  deyildir  (heç  bir  əlaqəsi  yoxdur).  Peyğəmbərin  :  «Kim 

bizim  bu  işimizdə  (dinimizdə)  ondan  olmayan  (bir  əməl)  edərsə"  –  sözü 

insanın etdiyi dini əməllərinin hər birinin şəriətə uyğun olmasına dəlildir"

136


.  

Bu  hədisə  əsaslanaraq  Alimlər  bir  neçə  mühüm  qaydalar  irəli  sürüblər: 



Qayda: 1). Allahın dinində əsas (təməl) ondan ibarətir ki, istənilən əməl hansı 

ki,  Allah  və  Rəsulu  əmr  etməyib  qadağandır.  Yəni  ibadətin  əsli  haramdır. 

Quran və Sünnədən dəlil olmadıqca ibadət etmək olmaz. Məs: Bir nəfər 3 rükət 

sübh  namazını  qılır.  Sən  ona  deyirsən  ki,  olmaz  belə  etmək.  O,  da  deyir  ki, 

sübut et. Sən nə edəcəksən? Gedib dəlil axtaracaqsan? Xeyr, o dəlil gətirməlidir 

ki, bu şəriətdə var.  2). O, ki qaldı məişətdə (yaşayışa) aid olan yemək, içmək, 

geyim,  maşın,  ev  və  s. əsl odur  ki, halaldır onun  qadağan olunmasına  Quran 

və  Sünnədən  dəlil  gəlməyənicə.  Yəni  nə  istəyirsən  ye,  iç,  geyin  və  s.  Allahın 

qadağan etdiklərindən başqa.  

Belə ki, istənilən bir ibadətin qanunauyğun və doğru olması üçün Quran və 

Sünnədən onu təsdiq edən bir dəlil olmalıdır. Məlumdur ki, İslam ümmətində 

bidətlərin  meydana  gəlməsinə  başlıca  səbəb  müsəlmanların  uydurma  və  zəif 

hədislərə  əsaslanmaları  olmuşdur.  Bu  yerdə  istərdim  ki,  hədis  alimlərinin 

uydurma  və  zəif  hədis  barəsində  sözlərini  qeyd  edim.  Bütün  alimlər 

həmfikirdilər  ki,  Movdu  (uydurma)  hədis  şəriətdə  dəlil  ola  bilməz.  Heç  bir 

                                                

133

 Buxari 2697, Müslüm 1718.  



134

 Hicrət  –  tərk  etmək  deməkdir.  Küfr  ölkəsindən  İslam  yurduna  köçmək.  Həmçinin  Allahın  qadağalarını 

tərk etmək-də hicrət adlanır. 

135


 Buxari 1, Müslim 1907.  

136


 "Cəmiul Ulumul Vəl Hikəm".  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə