Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə20/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   16   17   18   19   20   21   22   23   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

57 



 

“Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha 

məxsusdur.  Gözəl  söz  Ona  tərəf  yüksəlir  və  onu  ucaldan  yaxşı  əməldir.  Pis 

əməllər  işlədib  hiyləgərlik  edənləri  şiddətli  bir  əzab  gözləyir.  Onların 

qurduqları hiylələr də boşa çıxacaqdır”. (əl-Fatir 10).  

 

Vəhb  İbn  Munəbbih    deyir  ki:  “Saleh  əməli  olmadan  dua  edənin  misalı 



ipsiz yayla ox atana bənzəyir”

126


.  

 

5.  Fərz  İbadətləri  Tam  Olaraq  Yerinə  Yetirdikdən  Sonra  Nafilə  İbadətlərlə 



Allaha Yaxınlaşmaq  

 

 



 

Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Uca və Böyük olan 

Allah buyurdu: «Kim mənim dostumla düşmənçilik edərsə, mən ona müharibə 

elan  edərəm.  Qulum,  üzərinə  fərz  qıldığım  şeylərdən  daha  çox  sevdiyim  hər 

hansı  bir  şeylə  mənə  yaxınlaşmaz.  Qulum  nafilələrlə  mənə  yaxınlaşarsa  mən 

onu sevərəm. Elə ki, onu sevdim, artıq onun eşidən qulağı, görən gözü, tutan 

əli,  yürüyən  ayağı  olaram.  Əğər  məndən  bir  şey  istəsə  and  olsun  ki,  ona 

verərəm. Sığınacaq istəsə onu himayəmə alaram»

127

.  


 

6. Yaxşi İşləri Əmr Edərək Pis İşlərdən Çəkindirmək  

 

.

 



Huzeyfə  İbn  Yəmən    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Canım 

əlində  olan  Allaha  and  olsun  ki,  ya  yaxşı  işləri  əmr  edərək  pis  işlərdən 

çəkindirməlisiniz, ya da Allah sizə elə bir əzab göndərər ki, Ona dua edərsiniz, 

lakin duanız qəbul olunmaz”

128

.  


                                                

126


 İbnu Mubarək “Zuhd” 322.  

127


 Buxari  6502  –  Başqa  rəvayətdə:  Ölmək  istəməyən  mömin  qulumun  canını  almaqda  tərəddüt  etdiyim 

qədər  başqa  bir  şeydə tərəddüt etmədim. (Qulum) ölmək istəməz,  Mən  də onu  incitmək  istəmərəm. Lakin 

ölüm qaçınılmazdır. Əhməd 6/256.  

128


 Tirmizi 2169, Əhməd 5/288, əl-Albani “Həsən”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

58 



 

 بابسأ

 يف مكح و

هرخأت وأ ءاعدلا لوبق مدع

 

DUANIN GEC QƏBUL OLMASININ, YAXUD DA HEÇ 

QƏBUL OLMAMASININ SƏBƏB VƏ HİKMƏTLƏRİ 

 

1. Duanın Qəbul Olmaması Allahın Quluna Etdiyi İmtahandır Və Ona Səbr 



Etmək Lazımdır  

Duanın tez qəbul olması imtahan olduğu kimi, gec və ya qəbul olmaması da 

Allahın qulunun səbrini yoxlaması üçün bir imtahandır.  

 

"



"

 

 

“Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana 



çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!”. (əl-Ənbiya 35).  

 

2.  Allahın  Qulu  Üçün  Seçdiyi,  Qulun  Özü  Üçün  Seçdiyindən  Daha 



Xeyirlidir  

 

Allah sonsuz hikmət sahibidir. Yalnız hikmət olaraq verir və yalnız hikmət 



olaraq alır. Lakin ola bilsin ki, insan zahiri baxımdan bunu dərk etməyə. Necə 

ki,  həkim  xəstəni  müalicə  etdiyi  zaman  xəstə  müalicə  əsnasında  müəyyən 

ağrılar duyur və həmin müvəqqəti ağrılara səbr edərək nəhayət Allahın izni ilə 

şəfaya nail olur.  

 

"

"

 

 

“…ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş 



olsun”. (ən-Nisa 19).  

 

"



"

 

 

“Sizin  xoşunuza  gəlməsə  də,  cihad  sizə  vacib  edildi.  Ola  bilsin  ki, 



sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli 

olsun. Allah bilir, siz isə bunu bilmirsiniz”. (əl-Bəqərə 216).  

 

Ümumi olaraq bilmək lazımdır ki, insanın xeyir sanaraq arzuladığı hər bir 



şey ona xeyir gətirmir, əksinə şər də ola bilər.  

 



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

59 



 

3.  Duasının  Qəbul  Olmaması  İlə  İmtahan  Olunan  İnsan,  Allahın  Sevimli 

Qullarının Zümrəsinə Daxil Ola Bilər  

 

.



 

 

Çünki Allahın qulunu imtahan etməsi ona olan sevgisinə dəlalət edir. Ənəs 



  rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Əgər  Allah  bir  quluna  xeyir 

diləyərsə  onun  dünyada  olan  aqibətini  tezləşdirər.  Əgər  Allah  bir  qulu  üçün 

şər diləyərsə onun günahını saxlayar ki, hətta Qiyamət günü haqq hesab etsin. 

Əcrin böyüklüyü imtahanın ağırlığına görədir. Əgər Allah bir qövmü sevərsə, 

o  qövmü  imtahana  çəkər.  Kim  razı  olarsa,  ona  Allahın  razılığı,  kim 

qəzəblənərsə, ona Allahın qəzəbi vardır”

129

.  


 

4. Allah Qulunun Ona Qarşı Razılığını İmtahan Edir  

 

"

"

 

 

“Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin 



başınıza  gəlmədən Cənnətə daxil  olacaqsınız?  Onlara  elə  kasıblıq və  xəstəlik 

üz  vermiş,  elə  sarsılmışdılar  ki,  hətta  Peyğəmbər  və  onunla  birlikdə  olan 

möminlər  də:  "Allahın  köməyi  nə  vaxt  gələcək?"–  dedilər.  Həqiqətən,  Allahın 

köməyi yaxındır”. (əl-Bəqərə 214).  

 

5. Allah İlə Ünsiyyətdə Olaraq Onun Məhəbbətinə Nail Olmaq  



 

İnsan  duanın  bütün  vacibatlarını  və  ədəblərini  yerinə  yetirərək,  daima 

ümidlə,  səmimi  qəlbdən  dua  edərsə,  Allahın  məhəbbətini  qazanmış  olar  ki, 

bunun  da  mükafatı  əbədi  olan  Cənnətdir.  Çünki  Allahın  məhəbbətini 

qazanmaq onun Cənnətini qazanmaq deməkdir.  

 

6.  Duanın  Gec  Və  Ya  Qəbul  Olmaması  Qulun  Öz  Nəfsini  Hesaba 



Çəkməsinə Səbəb Olur  

 

                                                



129

 İbn Məcə 4031, Tirmizi 2396, əl-Albani “Həsən Səhih”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə