Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə16/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   12   13   14   15   16   17   18   19   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

45 



 

Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  belə buyurdu: “Üç dua vardır 

ki, onların müstəcəb olmasına heç bir şəkk-şübhə yoxdur. Valideyinin (Atanın 

övladına) duası, müsafirin duası və məzlumun duası”

108

.  


 

27. Saleh Övladın Ata-Anasına Etdiyi Duası  

 

 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Bu  üç  şey 



müstəsna  olmaqla  Adəm  oğlu  öldükdə  əməli  kəsilir.  Faydalı  elm  qoyub 

getmək  (hansı  ki,  insanlar  ondan  istifadə  edirlər),  Sadaqətul  Cəriyə  (axan) 

xeyirli  sədəqə  (yol  saldırmaq,  su  çəkmək),  sənin  üçün  dua  edən  saleh 

övladlar»

109

.  


 

28. Xəstənin, Yaxud Ölənin Yanında Olarkən Edilən Dua  

 

 

 



.

 



 

Ummu  Sələmə    rəvayət  edir  ki:  «Allah  Elçisi    dedi:  «Xəstənin  ya  da 

ölənin  yanında  olduğunuz  vaxt  xeyir  (xoş,  gözəl  sozlər)  söyləyin,  çünki 

mələklər sizin söylədiklərinizə «Amin» deyərlər...

110

.  


 

29. Gecə Yuxudan Oyanarkən Edilən Dua  

 





 

)

 



 

 

Ubadə  İbn  Samit    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  gecə 



oyanarkən bunları: “

Lə İləhə İlləllahu Vahdəhu Lə Şəriykə Ləhu, Ləhul Mulku 

Və  Ləhul  Həmdu  Və  Huvə  Alə  Kulli  Şeyin  Qadir,  Subhənəllahi, 

Vəlhəmdulilləhi,  Və  Lə  İləhə  İlləllahu,  Vəllahu  Əkbər,  Və  Lə  Həulə  Və  Lə 

Quvvətə İllə Billəhil Aliyyil Azim, Rabbiğfirli  -

 Allahdan başqa ibadətə layiq 

                                                

108


 Əbu Davud 1536, 1538, Tirmizi 3448, İbn Məcə 3862, əl-Albani “Həsən”.  

109


 Müslim 1631, 4310, Əbu Davud 2880.  

110


 Muslim  919,  1527, 2168,  Muxtəsər  Müslim  452,  Əbu  Davud  3117,  3115,  İbn  Hibban  3005,  Əhməd  26497, 

26540.  



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

46 



 

haqq  məbud yoxdur,  O  təkdir,  Onun şəriki  yoxdur! Mülk  Onundur  və  həmd 

Onadır!  O  hər  şeyə  Qadirdir!  Allah  pak  və  müqəddəsdir!  Həmd  Allahadır! 

Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur! Allah ən Böyükdür! Qüdrət 

və  güc  yalnız  Uca  və  Böyük  Allahdadır!  Ey  Rəbbim  məni  bağışla!”  -  desə 

bağışlanar,  dua  etsə  duası  qəbul  edilər  (cavab  verilər).  Dəstəmaz  alıb  namaz 

qılarsa, namazı qəbul olunar»

111


.  

 

30. Yunus  Duasından Sonra Edilən Dua  



 



 

 

Səid İbn Əbu Vaqqas   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Yunusun 



  balığın  qarnında  ikən  etdiyi  dua:  “

Lə  İlahə  İllə  Əntə,  Subhanəkə,  İnniy 

Kuntu Minəz Zalimin –

 

Səndən başqa məbud yoxdur. Sən pak və müqəddəssən! 



Həqiqətən,  mən  zalımlardan  olmuşam!  (əl-Ənbiya  87)”.

  Hər  hansı  bir 

müsəlman  istənilən  bir  anda  bu  duanı  etdiyi  zaman  Allah  ona  dilədiyini 

verər”  (Başqa  rəvayətdə:  Sizə  elə  bir  dua  haqqında  xəbər  verimmi  onu 

etdiyiniz  zaman  hüzn,  kədər  və  dünya  bəlalarından  bir  bəlanı  (Allah) sizdən 

qaldırsın?”. Biz: “Bəli” dedik. O: “Zi Nunun duası” deyə buyurdu)”

112

.  


 

31. Müsibət Və Xoşa Gəlməyən Hadisə Baş Verərkən Bu Duanı Etmək  

 





 

 

 



Ummu Sələmə  rəvayət edir ki: «Allah Elçisi  dedi: «Hər hansı bir qul 

müsibətə  düçar  olduğu  zaman  deyərsə:  “



İnnə  Lilləhi  Və  İnnə  İleyhi  Raciun, 

Allahummə'curni  Fi  Musiybətiy  Və  Əxlif  Liy  Xayran  Minhə  –

  Biz,  Allaha 

məxsusuq  və  Ona  da  qayıdacağıq!  Allahım!  Başıma  gələn  müsibət  sayəsində 

məni  mükafatlandır  və  əvəzinə  ondan  da  xeyirlisini  ver!  –  Allah  ona 

                                                

111


 Muxtəsər  Buxari 576, 1103, 1154, Əbu Davud 5060, 5062, İbn Hibban 2596, Tirmizi 3414, 3743, İbn Macə 

3878, əl-Albani “Səhih Kəlimə” 35.  

112

 Tirmizi 3505, Nəsəi 10491, Əhməd “Musnəd” 1383, 1462, əl-Albani “Sahihul Cəmi” 3383, “Səhihdə” 1746.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

47 



 

müsibətinə  görə  əcr  verər  və  ona  bundan  daha  xeyirlisi  ilə  əvəz  edər.  (Öz-

özümə:  Əbi  Sələmədən  daha xeyirli  kim ola  bilər.  Ailəsi ilə  birlikdə  ilk  hicrət 

edənlərdəndir)  Ummu  Sələmə:  “Əbu  Sələmə   vəfat  etdikdə  Peyğəmbərin   

mənə  əmr  etdiyi  kimi  söylədim  və  Allah  mənə  ondan  da  xeyirli  olanı 

Rəsulullahı verdi”

113

.  


 

32. Allahı Ən Böyük Adı İlə Çağıraraq Dua Etmək  

 

 



-

-



 

 

Ənəs İbn Məlik  rəvayət edir ki, Allah Elçisi  ilə birlikdə oturmuşduq. Bir 



nəfər  namaz  qılırdı.  Həmin  adam  ruku  və  səcdələrini  edib  təşəhhüddə 

təhiyyəti  oxuduqdan  sonra  belə  dua  etdi: 



Allahummə  İnni  Əsəlukə  Biənnə 

Ləkəl  Həmdə,  Lə  İləhə  İllə  Əntəl  Mənnənu,  Bədius  Səməvəti  Vəl  Ard,  Yə  Zəl 

Cələli  Vəl  İkram,  Yə  Həyyu,  Yə  Qayyum,  İnni  Əsəlukə  -

  Allahım!  Səndən 

diləyirəm,  Həmd  Sənədir,  Səndən  başqa  ibadətə  layiq  haqq  İlah  yoxdur, 

Göyləri  və  yerləri  yoxdan  var  edən  Sənsən,  Yə  İkram  və  Cəlal  sahibi,  Yə 

Həyyu, Yə  Qayyumu  Səndən  diləyirəm. Peyğəmbər    səhabələrinə  buyurdu: 

“Nə ilə dua etdiyini bilirsinizmi?” Dedilər: “Allah və Elçisi bilər!” Peyğəmbər 

 buyurdu: “Canım Əlində Olana and olsun ki, o Allaha əzəmətli adı ilə dua 

etdi. Allah belə edilən duanı qəbul edər və bu dua ilə istənildikdə verər”

114

.  


 

ءاعدلا يف ءاطخلأا 

DUA EDƏRKƏN YOL VERİLƏN XƏTALAR 

 

1.  Allahdan  Qeyrisinə  -  Ağaca,  Qəbirə,  Pirə,  Daşa,  Övliyalara,  Vəfat  Etmiş 



Saleh İnsanlara Və s. Dua Edərək Onlardan Kömək İstəmək 

 

"



"

 

 

“Şübhəsiz  ki,  Allah  Ona  şərik  qoşmağı  bağışlamayacaq.  Bundan  başqa 



olan  daha  kiçik  günahları  isə  istədiyi  kimsəyə  bağışlayacaqdır.  Allaha  şərik 

qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür”. (ən-Nisa 116). 

                                                

113

 Muxtəsər Müslim 461, 918, 2165, 2166, Tirmizi 3511, Əbu Davud 3119.  



114

 Nəsəi 1300, 1308, əl-Albani “Səhih”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə