Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə18/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   14   15   16   17   18   19   20   21   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

51 



 

Cəhənnəmdən  və  Cəhənnəmin  zəncirlərindən,  buxovundan,  bunlardan  və 

bunlardan  sənə  sığınıram”.  Oğlum,  mən  Peyğəmbəin    belə  buyurduğunu 

eşitdim: “Duada həddi aşan bir qövm olacaqdır. Nə badə onlardan olasan. Heç 

şübhəsiz  ki,  sənə  Cənnət  verilərsə  içində  olan  xeyirlə  birlikdə  verilər. 

Cəhənnəmdən qorunsan orada olan şərlərdən də qorunursan”

120

.  


 

13. Təcrübə, Yaxud Allahı İmtahan Etmək Üçün Dua Etmək  

 

Məsələn:  Təcrübə  üçün  dua  edərək  duasının  qəbul  olub  olmayacağını 

imtahan etmək məqsədi ilə dua etmək.  

 

14. Dua Edərkən Allahı Duanın Mənasına Uyğun Olmayan Ad Və Sifətləri 



İlə Çağırmaq  

 

Məsələn: Ey şiddətli əzab verən, mənə rəhm et, yaxud ey rəhmli olan Allah 

müsəlmanların düşmənlərinə əzab ver və s. kimi dualar etmək.  

 

15. Qışqıraraq Dua Etmək  



 

"

"

 

 

“Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları 



sevmir”. (əl-Əraf 55).  

 

"



"

 

 

“Səhər-axşam  ürəyində  yalvararaq  və  qorxaraq,  səsini  qaldırmadan 



Rəbbini yad et və qafillərdən olma”. (əl-Əraf 205).  

 

16. Dua Edərkən Cəzm Etmək  



 

Məsələn:  Allahım, istəyirsən  məni  bağışla, yaxud  Allahım, istəyirsən  mənə 

ruzi ver, kimi dualar etmək.  

 

 

 



                                                

120


 Əbu Davud 1480, 1482, əl-Albani “Həsən Səhih”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

52 



 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Allaha  dua  etdikdə 

qətiyyətlə  dua  edin.  Sizdən  biriniz:  “İstəyirsənsə,  mənə  (filan  şeyi)  əta  et”- 

deməsin. Çünki Allahı məcbur edən yoxdur”

121

.  


 

17.  Allaha  Dua  Edərkən,  Sanki  Ona  Ehtiyacsız  Olduğunu  Düşünərək  Dua 

Etmək  

 

Belə dua edənlərə çox vaxt vəzifəsinə, yaxud mal-dövlətinə arxayın olanlar 



arasında  rast  gəlmək  olar.  Lakin  unudulmuşdur  ki,  verən  Allah  onu  geri 

almağa da qadirdir. Şübhəsiz ki, belə etmək Allaha qarşı olan təkəbbürlükdən 

meydana  gəlir  ki,  belələrini  Allah  Qurani  Kərimdə  bir  çox  yerdə  məzəmmət 

etmişdir.  

 

18. Dua Edərkən Qəsdən Ağlayaraq Səsi Ucaltmaq  



 

Belə  hallara  çox  vaxt  Ramazan  aylarında  təravih  namazlarında  qunut 

tutularkən rast gəlmək olar. Belə etmək Peyğəmbərimizin  yoluna xilaf, ixlasa 

zidd və riyaya daha yaxındır. Dua edərkən bəyənilən ağlamaq səmimi qəlbdən 

insanın  özündən  asılı  olmayaraq  içərisindən  doğan  ağlamaqdır.  Əgər  belə 

olarsa, ixlasa heç bir ziddiyyəti olmaz.  

 

19. İnsanın Daima Başqalarından Onun Üçün Dua Etmələrini Tələb Edərək 



Qeyrilərinə Bel Bağlaması  

 

Elə  insanlar  vardır  ki, özünü  Allah yanında  günahkar  sanaraq  alimlərdən, 



saleh insanlardan və s. onun üçün dua etmələrini tələb edir. Belə etmək şəriət 

baxımından  icazəli  olsa  belə,  aşağıda  qeyd  edilənlərlə  nəticələnərsə  tərk 

edilməsi  daha  gözəldir.  Çünki  başqalarından  onun  üçün  dua  etməsini  tələb 

etmək bir neçə bəyənilməyən hallara gətirib çıxarır. 1) Belə etmək duanın tərk 

edilməsinə və başqalarına bel bağlamasına səbəb olur. 2) Belə etmək dua tələb 

olunan  şəxsin  özündən  razı  olaraq  özünü  Allahın  övliyası  və  duası  qəbul 

olunanlardan  sanmasına  gətirib  çıxarar  ki,  bu  da  onu  həlaka  aparar.  3)  Belə 

etmək insanın Allaha təvəkkülünün azalmasına səbəbdir.  

 

20. Duanın Qəbul Olmasından Ümidi Kəsmək  



 

                                                

121

 Buxari “Ədəbul Mufrad” 659, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

53 



 

Bir  çox  insanlar  vardır  ki,  sağalması  mümkün  olmayan  ağır  bir  xəstəliyə 

tutulduğu  və  ya  uzun  illər  övladı  olmadığı  zaman  Allahın  ona  şəfa 

verəcəyindən ümidini  üzərək  duanı  tərk  edər.  Belə  etmək heç  də  müsəlmana 

yaraşan  hal  deyildir.  Çünki  anlamaq  lazımdır  ki,  insanı  sonsuz  edən,  yaxud 

dünyaya  övlad  gətirməyi  gecikdirən  Allah,  tezliklə  istədiyi  bəndəsinə  övlad 

bəxş  etməyə  də  qadirdir.  Baxın,  Zəkəriyyə    qoca  və  həyat  yoldaşı  sonsuz 

olduğu halda Allaha səmimi qəlbdən dua edərək ondan övlad tələb edir.  

 

"

.

"

 

 

“Elə  oradaca  Zəkəriyya  Rəbbinə  dua  edərək  dedi:  "Ey  Rəbbim!  Öz 



tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən". O, 

mehrabda  durub  namaz  qılarkən  mələklər  onu  çağırdılar:  "Allah  səni,  Allah 

tərəfindən  olan  Kəlməni  təsdiq  edən,  qövmünün  ağası,  nəfsinə  hakim  və 

əməlisalehlərdən  bir  peyğəmbər  olacaq  Yəhya  ilə  müjdələyir".  (Ali  İmran  38-

39).  

 

İbn  Qeyyum    deyir  ki:  “Allaha  dua  edərək  Ona  sığınmaq  qılınca 



bənzəyir. Qılınca yalnız itilik yox həmçinin onu vuran güclü əl də lazımdır. Nə 

vaxt  ki,  qılınc  sağlam  və  nöqsansız,  onu  vuran  əl  isə  güclü  olar  və  onu 

vurmağa  mane  olan  bir  şey  olmazsa  düşmənə  qələbə  çalmaq  olar.  Əgər 

bunların üçündən biri naqis olarsa təsir də olmaz. Əgər (dua edənin) özü saleh 

olmazsa,  qəlbi ilə  dilini  bir  yerə  cəm  etməzsə  (dua  edərkən fikri  başqa yerdə 

olarsa) yaxud duanın qəbul olmasına mane olan bir şey olarsa (duanın) təsiri 

də olmaz”

122


. İmam Əhməd  "Zühd" kitabında rəvayət edir ki: “Bəni İsrailin 

başına müsibət gəlir. Onlar bir yerə çıxırlar. Allah onların Peyğəmbərinə vəhy 

edərək  buyurur:  “Siz  bu  düzənliyə  nəcis,  murdar  bədəninizlə  çıxmısınız.  Siz 

mənə  qan  tökmüş  əllərinizi  qaldırırsınız.  Bu  əllərinizlə  evlərinizi  haramla 

doldurursunuz.  Mənim  qəzəbimin  sizə  şiddətləndiyi  vaxt  əllərinizi 

qaldırırsınız. Məndən uzaq olun".  

 

 اعدلا لوبق

لدت ام ىلع همدعوأ

 

DUANIN QƏBUL OLUB - OLMAMASI NƏYƏ DƏLALƏT 

EDİR? 

 

                                                



122

 “Cavabul Kəfi” səh: 14.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə