Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə21/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   17   18   19   20   21   22   23   24   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

60 



 

Ola  bilsin  ki,  duanın  gec  və  ya  heç  qəbul  olmamasının  səbəbi  dua  edənin 

özündən asılı olsun. Məsələn: Əgər dua edənin yeməyində haram varsa və ya 

duasının qəbulunun qarşısını alan günahlara yol verirsə, yaxud dua əsnasında 

duanı dili və ya qəlbi ilə yox, yalnız etdiyi duanın mahiyyətinə varmadan dili 

ilə edirsə, duasının qəbuluna mane olmuş olar. Belə halda, duasının qəbulunu 

görməyən hər bir iman sahibi öz nəfsini hesaba çəkərək özündə olan naqisliyi 

axtarar,  günahlardan  çəkinərək  tövbə  edər  və  Rəbbinə  tərəf  dönər  ki,  buna 

səbəb  onun  duasının  qəbul  olmaması  olar.  Halbuki,  əgər  duası  tez  qəbul 

olarsa,  özündən  qafil  olaraq  nəfsini  hesaba  çəkməz  və  əksinə  özünü  güclü 

iman sahibi zənn edərək həlak etmiş olar.  

 

7. Ola Bilsin Ki, İnsan Günahları İlə Duasının Qəbuluna Mane Olar  



 

Elə  insan  vardır  ki,  daima  Rəbbindən  narazılıq  edərək  duasının  qəbul 

olmadığından şikayətlənir. Lakin özünə diqqətlə nəzər salsan görərsən ki, dua 

etdiyi  Rəbbinə  heç  bircə  dəfə  də  olsun  boyun  əyərək  namaz  qılmamışdır. 

Əksinə, haramlara qurşanaraq həmişə Ona üsyanda olmuşdur. Beləsi duasının 

qəbul  olmadığından  gileylənməsin!  Əksinə,  Allaha  şükür  etsin  ki,  onun 

sağlamlığını  günahlarına  görə  əlindən  almamışdır  və  unutmasın  ki,  Rəbbinə 

qarşı  üsyanda  davam  edərsə,  başına  gələcək  müsibətlərə  görə  yalnız  özünü 

qınamalıdır.  Ona  görə  də  kimliyindən  asılı  olmayaraq  hər  bir  bəndə  onu 

yaradanı unutmamalı və qafilliyindən tövbə edərək Ona tərəf yönəlməlidir ki, 

bu  da  onun  dualarının  qəbul  olmasına  səbəb  olar.  Əgər  belə  edərsə,  Rəbbini 

razı salar və üzərinə bütün xeyir qapılarının açıq olduğunun yəqinliklə şahidi 

olar.  

 

"



"

 

 

“Qullarım  səndən  Mənim  barəmdə  soruşsalar,  Mən  onlara yaxınam,  Mənə 



yalvaranın  duasını  yalvardığı  vaxt  qəbul  edərəm.  Qoy  onlar  da  Mənim 

çağırışımı  qəbul  edib  Mənə  iman  gətirsinlər  ki,  doğru  yola  yönələ  bilsinlər”. 

(əl-Bəqərə 186).  

 

8. Şeytanla Mübarizə Apararaq Savab Qazanmaq  



 

Şeytan  insanın  açıq-aydın  düşmənidir.  Qulu  Allahın  yolundan  azdırmaq 

üçün hər  cür hiylələrə  əl  atır. Xüsusən  də, insanda  bir  boşluq  görərsə,  həmin 

boşluqdan istifadə edərək vəsvəsə verməyə başlayır. Qul Rəbbinə dua edərsə, 

lakin duası qəbul olmazsa, o zaman Şeytan bu fürsəti əldən verməyərək qulun 



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

61 



 

qəlbinə  Allah  barəsində  pis  zəndə  olması,  yaxud  duanı  tərk  edərək  qəbul 

olmasından ümidini üzməsi üçün müxtəlif fikirlər irəli sürər. Belə halda, əgər 

qul  Şeytanla  mübarizə  apararaq  onun  vəsvəsələrinə  məhəl  qoymadan  Allah 

barədə gözəl zəndə olarsa və ümidini üzməyərək dua etməkdə davam edərsə, 

Şeytanı  qəzəbləndirərək  Rəbbini  razı  salmış  olar.  Çünki  Şeytanla  mübarizə 

aparmaq ən böyük ibadətlərdəndir.  

 

9.  Ola  Bilsin  Ki,  Dua  Qəbul  Olsun,  Lakin  Dua  Edənin  Bundan  Xəbəri 



Olmasın  

 

 جذومن



 نم

ةلوبقملا ةيعدأ

 

نيحلاصلا و ءايبنلأل

 

PEYĞƏMBƏRLƏRİN VƏ SALEH İNSANLARIN QƏBUL 

OLUNMUŞ DUALARINDAN BİR NEÇƏ NÜMUNƏ 

 

1) Adəmin  Duası  



 

"

"

 

 

“Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini 



qəbul etdi Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir”. (əl-Bəqərə 37).  

 

2) İbrahimin  Duası  



 

"

"

 

 

“Bir  zaman  İbrahim  demişdi:  "Ey  Rəbbim!  Bu  şəhəri  əmin-amanlıq  yurdu 



et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır”. (İbrahim 35).  

 

"



"

 

 

“Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, Məkkəni onlar 



üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb 

Allahın nemətini inkarmı edirlər?”. (əl-Ənkəbut 67).  

 

"



"

 

 



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

62 



 

“Kafirlər  dedilər:  "Əgər  biz  səninlə  birlikdə  doğru  yolla  getsək, 

yurdumuzdan qovularıq". Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür 

meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin 

onların çoxu bunu bilmir”. (əl-Qasas 57).  

 

3) Əyyubun  Duası  



 

"

.

"

 

 

“Əyyubu  da  yada  sal!  Bir  zaman  o,  Rəbbinə  yalvarıb  demişdi:  "Mənə, 



həqiqətən  də,  bəla  düçar  olubdur.  Sən  rəhmlilərin  ən  rəhmlisisən!"  Biz  onun 

duasını  qəbul  etdik  və  ona  düçar  olmuş  bəlanı  aradan  qaldırdıq.  Öz 

tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona 

qaytardıq, üstəlik bir o qədər də əlavə etdik”. (əl-Ənbiya 83-84).  

 

4) Zəkəriyyənin  Duası  



 

"

"

 

 

“Elə  oradaca  Zəkəriyya  Rəbbinə  dua  edərək  dedi:  "Ey  Rəbbim!  Öz 



tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən". (Ali 

İmran 38).  

 

"



.

"

 

 

“Zəkəriyyanı  da  yada  sal!  Bir  zaman  o  yalvarıb  demişdi:  "Ey  Rəbbim! 



Məni  tənha  buraxma.  Sən  varislərin  ən  yaxşısısan!".  Biz  onun  duasını  qəbul 

etdik,  ona  Yəhyanı  bəxş  etdik  və  zövcəsini  ona  uşaq  doğmağa  qadir  etdik. 

Həqiqətən,  onlar  yaxşı  işlər  görməyə  tələsər,  ümid  və  qorxu  ilə  Bizə 

yalvarardılar. Onlar Bizə müti qullar idilər”. (əl-Ənbiya 89-90).  

 

4) Sad İbn Əbu Vaqqasın  Duası 



 




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə