Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə19/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   15   16   17   18   19   20   21   22   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

54 



 

Bilmək lazımdır  ki,  ümumən insanın  duasının  qəbul olması onun  saleh  və 

təqvalı olmasına  dəlalət  edir.  Lakin  bəzən  hikmət  və  ya 

İstidrac

 üçün  bunun 

əksi  də  ola  bilər.  Məs:  Allah  sevmədiyi  bir  bəndəsinin  duasını  qəbul  edərək 

onun  daha  da  haqq  yoldan  azması  üçün  mal-dövlət,  oğul-uşaq  və  s.  bəxş 

edərək ona möhlət verər ki, buna - 

İstidrac

 deyirlər.  

 

"

.

.

.

"

 

 

“Ayələrimizi inkar edib: "Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!"– 



deyən  adamı  gördünmü?  Olmaya,  o,  qeybdən  xəbərdardır,  yoxsa  Mərhəmətli 

Allahdan  vədə  almışdır?  Xeyr!  Biz  onun  dediklərini  yazacaq  və  əzabını  qat-

qat artıracağıq. Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha 

gələcəkdir.(Məryəm 77-80).  

 

Buna misal olaraq Allahın Şeytanın duasını qəbul etməsini göstərmək olar. 



Allah  İblisin  duasını  onu  sevdiyinə  görə  yox,  əksinə  onun  əzabının  daha  da 

artaraq alçaldılması üçün qəbul etmişdir. 

 

"

.

.

"

 

 

İblis  dedi:  "Ey  Rəbbim!  Onların  dirildiləcəkləri  günə  qədər  mənə  möhlət 



ver".  Allah  dedi:  "Sən  möhlət  verilənlərdənsən.  Ancaq  məlum  vaxtın  gününə 

qədər". (əl-Hicr 36-38).  

 

"



"

 

 

“Kafirlər  elə  güman  etməsinlər  ki,  Bizim  onlara  möhlət  verməyimiz 



xeyirlərinədir.  Biz  onlara  ona  görə  möhlət  veririk  ki,  günahlarını  daha  da 

artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.” (Ali İmran 178).  

 

Həmçinin,  onu  da  bilmək  lazımdır  ki,  bəzən  qulun  duasının  qəbul 



olmaması Allahın onu sevmədiyinə dəlalət etmir.  

 

 




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

55 



 

Sad,  atasından    rəvayət  edir  ki,  Peyğəmbər    bir  gün  Əliyə  adlanan 

yerdən  gəldi,  hətta  Bəni  Muaviyə  adlı  məscidin  yanından  ötərkən  ora  daxil 

oldu  və  iki  rükət  namaz  qıldı.  Biz  də  onunla  bərabər  namaz  qıldıq.  Namaz 

əsnasında Rəbbinə uzun dua etdi. Namazı bitirdikdən sonra bizə tərəf dönərək 

buyurdu: “Rəbbimdən üç şey istədim, ikisini qəbul edərək birini qəbul etmədi. 

İstədim  ki,  ümmətimi  quraqlıqla  həlak  etməsin,  istəyimi  qəbul  etdi, 

(həmçinin), istədim ki, ümmətimi (daşqınla, sellə) boğaraq həlak etməsin, (onu 

da)  qəbul  etdi,  (lakin) istədim  ki,  ümmətimin  arasına ixtilaf salmasın  (bir-biri 

ilə ixtilaf etməsinlər), bunu isə qəbul etmədi”

123

.  


 

 

Sovban    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah  yer  üzünü  mənə 



görə cəm etdi və (mənə göstərdi). Onun şərqini də, qərbini də gördüm. Mənim 

ümmətimin  səltənəti  mənim  üçün  ayrılmış  torpağın  sahəsinə  qatılacaqdır. 

Mənə iki xəzinə qırmızı – Sezarın qızılı, və ağ – Xosrovun daş-qaşı verildi. (Hər 

ikisi  də  Ömər    nun  dövründə  alınıb  və  Allah  yolunda  da  paylanılmışdır). 

Allahımdan  ümmətimi  kütləvi  qıtlıqla  həlak  etməməsini,  canlarına  və 

mallarına  qəsd  edən  özlərindən  olmayan  bir  düşmənin  ümmətim  üzərində 

hökmüranlıq  etməməsini  xahiş  etdim.  Allah:  «Ey  Muhəmməd!  Mən  bir  işə 

hökm  verirəmsə,  şübhəsiz  ki,  o  geriyə  dönməz  və  Mən  sənin  ümmətinin  bir 

hissəsi başqa bir hissəsini həlak edənədək və bir hissəsi başqa bir hissəsini əsir 

alanadək onları ümumi bir qıtlıqla həlak etməməyimi, özlərindən olmayan bir 

düşmənin onların  malları  və canları  üzərində  hökmüranlıq  etməməsi istəyini 

yerinə yetirdim. Lap istəyirsə yer üzünün hər tərəfindən olan insanlar yığışıb 

onlara  qarşı  gəlsinlər  və  yaxud  onun  hər  tərəfindən  kim  istəyirsə  bir  yerdə 

toplaşıb gəlsinlər”

124

.  


 

1. Duanın Qəbul Olmasına Güclü Ümid Bəsləmək  

 

"

"

 

 

                                                



123

 Müslim 2890, 7442.  

124

 Müslim 2889, 7440.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

56 



 

“Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: 

"Xeyr,  sizi  öz  nəfsiniz  bu  işə  vadar  etmişdir.  Mənə  gözəl  səbir  gərəkdir. 

Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır". (Yusuf 18).  

 

"



"

 

 

“Yaqub dedi: "Xeyr, sizin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə yaxşı səbir 



gərəkdir.  Ola  bilsin  ki,  Allah  onların hamısını  mənə  qaytarsın. Həqiqətən  də, 

O, Biləndir, Müdrikdir". (Yusuf 83).  

 

2. Tövbə Edib Günahlardan Çəkinmək  



 

"

.

.

"

 

 

"Rəbbinizdən  bağışlanmağınızı  diləyin!  Həqiqətən,  O,  çox  Bağışlayandır! 



O,  sizin  üzərinizə  bol-bol  yağış  göndərər,  var-dövlət  və  oğul-uşaqla  sizin 

imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar”. (Nuh 10-12).  

 

Sələf  alimlərindən  olan  Sufyan    deyilir  ki,  Allaha  dua  et.  Deyir: 



“Günahları tərk etməyin özü dua etməkdir”

125


.  

 

3. Fürsətlərdən İstifadə Etmək  

 

Fürsətlərdən  istifadə  etmək  duanın  qəbul  olan  vaxtlarını,  hallarını  və 



məkanlarını əldən buraxmayaraq dua ilə keçirməklə olur.  

 

4. Çoxlu Saleh Əməllər İşləmək  



 

Saleh  əməllər  duanın  yüksələrək  qəbul  olmasına  kömək  olan  ən  böyük 

səbəblərdən  biridir.  Çünki  dua  etmək  gözəl  sözlərdəndir  və  gözəl  sözün 

Allaha tərəf qalxması üçün saleh əmələ ehtiyacı vardır.  

 

"

"

 

 

                                                



125

 “Cəmiul Ulum Val Hikəm” 1/276.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə