Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə17/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   13   14   15   16   17   18   19   20   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

48 



 

 

"



.

.

"

 

 

“Allahdan  başqasını  özlərinə  dost  tutanların  aqibəti  özünə  yuva  qurmuş 



hörümçəyin  məsəlinə  bənzəyir.  Yuvaların  ən  zəifi  isə,  əlbəttə  ki,  hörümçək 

yuvasıdır. Kaş ki, biləydilər! Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə 

yalvarıb sitayiş etdiklərini bilir. O, Qüdrətlidir, Müdrikdir. Biz insanlar üçün 

belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar”. 

(əl-Ənkəbut 41-43).  

 

2. Allahdan Ölümü Diləmək  



 



 

 

 



Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizdən kimsə ona toxunan 

zərərdən  ötrü  ölümü  istəməsin.  Əgər  bunu  etmək  mümkün  deyilsə  onda 

desin:  “

Allahummə  Əhyuni  Mə  Kənətil  Həyətu  Xayran  Li,  Və  Təvəffəni  İzə 

Kənətil  Vəfətu  Xayran  Li  -

  Ya  Rəbbim!  Yaşamaq  mənə  xeyirli  olduğu 

müddətdə məni yaşad, ölümüm mənə xeyirli olduğu zaman ruhumu al (Başqa 

rəvayətdə:  Əgər  yaxşı  kimsədirsə  ümüd  edilir  ki,  yaxşılığı  artırsın,  Pis 

kimsədirsə ümüd edilir ki, qayıdar (tövbə) edər)”

115


.  

 

3. Dünyada İkən Bəlanın Tezləşməsini Diləmək  



 

)

(



 

Ənəs  rəvayət edir ki, Peyğəmbər   xəstəlikdən halsız düşən bir adamın 

yanına  gəldi.  O,  (halsızlıqdan)  yolunmuş  cücəyə  bənzəyirdi.  Peyğəmbər: 

“Allaha  dua  et,  yaxud  Ondan  bir  şey  dilə!”.  (Başqa  rəvayətdə:  Rəbbindən 

afiyət  diləməssənmi?).  Kişi  dedi:  “Allahım!  Mənə  Axirətdə  nə  əzab 

verəcəksənsə,  elə  dünyada  ikən  ver”.  Peyğəmbər:  “



Subhanəllah!

  Sən  buna 

dözə  bilməzsən,  –  yaxud  siz  buna  dözə  bilməzsiniz.  Nə  üçün  demirsən: 

                                                

115

 Buxari 5671, Muxtəsər Müslim 1884, 2680, əl-Albani “Səhih Tərğib” 3370.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

49 



 

“Allahummə  Ətinə  Fid  Dunyə  Həsənətən  Və  Fil  Əxirati  Həsənətən  Və  Qinə 

Azəbən Nər -

 Allahım! Bizə dünyada da yaxşılıq (gözəl nemətlər) ver, axirətdə 

də yaxşılıq (Cənnət) ver və bizi Cəhənnəm əzabından qoru!” Sonra Peyğəmbər 

 onun üçün dua etdi və Allah ona şəfa verdi”

116

.  


 

6. İnsanın Özünə, Ailəsinə, Yaxud Malına Bəd Dua Etməsi  

 





.

 

Ubadə İbn Samit  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Özünüzə (bəd) 



dua  etməyin,  uşaqlarınıza  (bəd)  dua  etməyin,  xidmətçilərinizə  (bəd)  dua 

etməyin,  mallarınıza  (bəd)  dua  etməyin.  Ola  bilər  ki,  Allahdan  istənilənlərin 

qəbul edildiyi bir zamana yetişsin Allah da dilədiyinizi qəbul etsin”

117


.  

 

7. Günahın Baş Verməsi Üçün Dua Etmək  



 

Məsələn: Kiminsə kafir olaraq ölməsini, içkiyə qurşanmasını, zina etməsini, 

yaxud  Allahın  onun  üçün  oğurluğu,  soyğunçuluğu,  fəsadı  və  s. 

asanlaşdırmasını istəmək. 

 

8. Qohumluq Əlaqələrinin Kəsilməsi Üçün Dua Etmək  



 

Məsələn:  Allahdan  ər-arvadın,  qohum-əqrəbanın,  ata-ana  ilə  övladın, 

müsəlmanların və s. aralarının vurulmasını istəmək.  

 

9. Allahın Rəhmətini Başqalarından Əsirgəmək  



 

Məsələn: “Allahım, yalnız mənə ruzi, şəfa, elm və s. ver” demək.  

 

10. Baş Verməsi Mümkün Olmayan, Şəriətin, Yaxud Ağlın Qəbul Etmədiyi 



Nəyisə İstəyərək Dua Etmək  

 

Məsələn:  Dünyada  əbədi  yaşamağını,  peyğəmbərlik  verilməsini,  Allahın 

Qiyamət  gününü  qopartmamasını,  ölülərin  dirilməsini,  Allahı  dünyada  ikən 

görməsini,  müsəlmanın  Cənnətə  girməməsini,  yaxud  kafir  olaraq  ölənin 

                                                

116


 Buxari “Ədəbul Mufrad” 728, Müslim 2688, 7011, 6776, Tirmizi 3487.  

117


 Muxtəsər Müslim 1537, 3009, 7705, Əbu Davud 1532, 1534, əl-Albani “Səhih”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

50 



 

Cənnətə  girməsini  və  s.  istəmək.  Bu  cür  dualar  şəriətdə  qadağan  olunmuş 

dualardandır.  

 

11. Namazda İmamın Yalnız Özü Üçün Dua Etməsi  



 

 

 



Sovban    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Edilməsi  heç  kimsəyə 

halal olmayan üç şey vardır: 1) Bir topluluğa imam olub yalnız özü üçün dua 

edib,  digərlərinə  etməməsi  artıq  cəmaata  xəyanət  etmiş  sayılır.  2)  Kişi  izin 

almadan  digər  (bir  kimsənin)  evinin  içinə  baxmaz.  Əgər  baxarsa  o,  evə 

(icazəsiz) girmiş kimidir. 3) Bir kimsə ehtiyacını (ödəmədikcə) əziyyətlə namaz 

qılmaz”


118

.  


 

12. Duada Həddi Aşmaq  

 

 

Əbi Nuamə rəvayət edir ki, Abdullah İbn Muaffəl  oğlunun: “Allahummə! 



Məni  Cənnətə  daxil  etdiyin  zaman  Səndən  Cənnətinin  sağ  tərəfində  ağ  qəsr 

istəyirəm”  deyə  dua  etdiyini  eşitdi.  Ey  oğlum!  Allahdan  Cənnəti  dilə  və 

Cəhənnəm atəşindən Ona sığın. Çünki mən Peyğəmbəin  belə buyurduğunu 

eşitdim: “Duada həddi aşan bir qövm olacaqdır”

119

.  


 

 

Sad  İbn  Əbu  Vaqqas    oğlunun  belə  dediyini  rəvayət  edir:  “Ey  Rəbbim! 



Səndən  Cənnəti,  nemətlərini,  gözəlliyini,  bunları  və  bunları  istəyirəm. 

                                                

118

 Əbu Davud 90, Tirmizi 357, əl-Albani “Zəif”.  



119

 İbn Məcə 3864, əl-Albani “Səhih”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə