Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə13/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   9   10   11   12   13   14   15   16   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

36 



 

4. Fərz Namazlarının Axırında Salamdan Öncə Edilən Dua  

 

 



 

 

Əbu  Umamədən    rəvayət  edilir  ki:  «Allah  Elçisindən    soruşuldu  ki: 



«Hansı  dua  qəbul  olmağa  daha  yaxındır?»  Allah  Elçisi    buyurdu:  «Gecənin 

son  yarısında  və  fərz  namazlarından  sonra  edilən  dualar».  Əbu  Zərr  və  İbn 

Ömər  rəvayət edirlər ki, Peyğəmbər  buyurdu: “Gecənin son yarısı edilən 

dua daha dəyərli və daha ümüd vericidir və ya buna bənzər bir ifadə işlətdi”

79

.  


 

5. Axırıncı Təşəhhüddə Peyğəmbərə  Salavat Gətirdikdən Sonra  

 

)

(



 

İbn Məsud  deyir ki: “Namaz qılırdım. Əbu Bəkr və Ömər  Peyğəmbərlə 

  birlikdə  idilər.  O  vaxtki,  oturub  Allaha  həmd-səna,  Peyğəmbərə    salavat 

gətirdim  və  sonra  özüm  üçün  dua  etdim,  Peyğəmbər:  “İstə,  (istəyin)  verilər, 

istə, (istəyin) verilər” deyə buyurdu

80

.  



 

6. Gecənin Axır Üçdə Birində Edilən Dua  

 



  



 

 

Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  dedi: “Uca və Ulu Rəbbimiz 



hər  gecənin  axır  üçdə  birində  dünya  səmasına  enir  va  buyurur:  “Kim  Mənə 

dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən istəyir ki, Mən də 

ona  istədiyini  verim?!  Kim  Məndən  bağışlanma  diləyir  ki,  Mən  də  onu 

bağışlayım?!“

81

.  


 

7. Cümə Günü Edilən Dua  

 

                                                



79

 Tirmizi 3499, əl-Albani “Həsən”.  

80

 Tirmizi 593, əl-Albani “Təxricul Mişkət” 931.  



81

 Buxari 1077, 1094, 1145, 5846, 5962, 6940, 7056, 7494, Müslim 758, Tirmizi 3498.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

37 



 

 



 

 

Əbu Hureyra  rəvayət edir ki, (bir dəfə) Peyğəmbər  cümə gününü yada 



salıb  buyurdu:  “Bu  gündə  elə  bir saat  var  ki,  müsəlman olan  hər  kim  (həmin 

vaxt)  namaz  qılıb  Uca  Allahdan  bir  şey  istəsə,  Allah  ona  istədiyini  mütləq 

verər”. Sonra o, əli ilə işarə edib həmin vaxtın olduqca az olduğunu göstərdi

82

.  



Cümə  günündə  olan  həmin  anın  hansı  vaxtda  olması  barədə  alimlərin 

müxtəlif rəyləri vardır. Lakin ən güclüsü və dəlilə daha yaxın olanı iki rəydir:  



Birincisi:  İmamın  minbərdə  oturduğu  vaxtla  namazı  qılıb  bitirdiyi  vaxt 

arasında olan andır  

 

 

Əbu  Burdə  İbn  Əbi  Musa  əl-Əşari,  İbn  Ömərin    ona  belə  dediyi  rəvayət 



olunur:  “Atanın  Peyğəmbərdən    Cümə  günündə  olan  o  an  barədə  bir  şey 

söylədiyini  eşitdinmi?”.  Dedi:  “Bəli,  onun  belə  dediyini  eşitdim.  Eşitdim  ki, 

Peyğəmbər  buyurdu: “O (an) imam minbərdə oturduğu vaxtla namaz bitənə 

qədər olan vaxt arasındadır”

83

.  


 

İkincisi: Əsr vaxtından günəş batana qədər olan andır  

 

 



Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Günəşin doğduğu 

günlərin  ən  xeyirlisi  Cümə  günüdür.  Adəm  o,  günü  yaradılmış,  o  günü 

                                                

82

 Buxari 935, Müslim 852, 1970.  



83

 Müslim 2012, 853, Əbu Davud 1049, 1051.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

38 



 

(dünyaya)  endirilmiş,  ö  günü  tövbəsi  qəbul  edilmiş  və  o  gündə  ölmüşdür. 

Qiyamət  də  o,  günü  baş  verəcəkdir.  Cümə  günü  bütün  heyvanlar  şəfəqdən 

gün  doğuncaya  qədər  Qiyamət  qopar  deyə  qorxudan  qulaqlarını  şəkliyərək 

dinləyərlər. Yalnız cinlər və insanlar bundan qafildirlər. O, gündə bir an vardır 

ki,  müsəlman  namaz  qılaraq  və  Allahdan  ehtiyacını  diliyərək  o  ana  təsadüf 

edərsə  Allah  mütləq  ona  (dilədiyini)  verər”.  Əbu  Hureyrə:  “Kəb  (Ahbər)  bu 

(anın)  il  boyu  bir  gündə  olduğunu  söyləyir,  lakin  mən  isə  bu  anın  hər  cümə 

günündə  olduğuna  inanıram.  Kəb  Tövratı  oxuyub:  “Peyğəmbər  doğrunu 

söylədi”  dedi.  Daha  sonra  Abdullah  İbn  Salamla    qarşılaşıb  Kəblə 

oturduğumuzu  xəbər  verdim.  Abdullah  İbn  Salam:  “Mən  onun  hansı  saatda 

olduğunu bilirəm” dedi. Onu mənə söylə - dedim. Cümə gününün son saatıdır 

–  dedi.  Peyğəmbər:  “Müsəlman  bir  kimsə  bu  saatda  namaz  qılmaz”  dediyi 

zaman necə cümə gününün son saatı olur, halbuki bu vaxt namaz qılınmaz – 

dedim.  Peyğəmbər:  “Bir  kimsə  bir  yerdə  namazı  gözləyərək  oturarsa  namazı 

qılana qədər namazda olduğu kimidir” deyə buyurmadımı? (Başqa rəvayətdə: 

Doğru  söylədin,  ya  Rəsulullah,  əksinə,  saatın  bir  anı.  Sonra  dedim:  “O  hansı 

saatdır?”.  Peyğəmbər:  “O  gündüzün  saatlarından  olan  ən  axırıncı  saatdır”. 

Dedim:  “O  vaxt  namaz  vaxtı  deyildir  axı?”.  Peyğəmbər:  “Bəli,  həqiqətən, 

mömin bir qul namaz qılar və yalnız növbəti namazı gözləmək üçün oturarsa, 

o, namazın içində olmuş kimi sayılar”

84

) Mən: “Bəli” buyurdu. Abdullah: “Bu 



saat o, andadır” dedi

85

.  



 



 

 

Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Cümə günü, əsr 



namazından sonra günəş batdığı zaman ümüd edilən o, saatı axtarın”

86

.  



 



 

 

Cabir İbn Abdullah  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Cümə günü 



on  ikidir  (yəni:  Saat).  O,  gündə  elə  bir  an  vardır  ki,  onda  Allahdan  bir  şey 

istəyib  də Allahın istədiyini  vermədiyi heç  bir  müsəlman olmaz.  O,  vaxtı  son 

saatda, əsrdən sonra axtarın”

87

.  



                                                

84

 Əhməd 5/451, əl-Albani “Səhih.  



85

 Əbu Davud 1046, 1048, əl-Albani “Səhih”.  

86

 Tirmizi 489, əl-Albani “Səhih”.  



87

 Əbu Davud 1048, 1050, əl-Albani “Səhih”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə