Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə10/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   6   7   8   9   10   11   12   13   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

27 



 

“Biz  onun  duasını  qəbul  etdik,  ona  Yəhyanı  bəxş  etdik  və  zövcəsini  ona 

uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid 

və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər”. (əl-Ənbiya 90).  

 

"



"

 

 

“Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və 



ümid  içində  öz  Rəbbinə  yalvarır  və  onlara  verdiyimiz  ruzilərdən  Allah 

yolunda xərcləyirlər”.(əs-Səcdə 16).  

 

19) Dua Edərkən Əzm Edərək Qətiyyətlə İstəmək  



 

.

 



Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Heç kəs “Allahım, 

istəyirsən məni bağışla”, “Allahım, istərsən mənə rəhm et” deməsin. İstədiyini 

əzm (qətiyyətlə) etsin. Çünki Allahı məcbur edən yoxdur”

55

.  



 

20) Müsəlmanlar Üçün Dua Etmək  

 

 



 

 

Ummu  Darda    rəvayət  edir  ki,  ağam  (Yəni,  ərim  Əbu  Darda)  mənə 



rəvayət  etdi  ki,  Peyğəmbərin    belə  buyurduğunu  eşitdim:  “Bir  kimsə 

müsəlman  qardaşı  üçün  onun  qeybində  (yəni,  yanında  olmadığı  zaman)  dua 

etdiyi  zaman  mələklər  onun  üçün:  “(Amin),  misli  qədəri  sənə  də  verilsin” 

deyərlər


56

.  


 

 

                                                



55

 Buxari 6339, Müslim 2678, Əbu Davud 1483, 1485, İbn Məcə 3854, Tirmizi 3497. 

56

 Müslim 2732, 2783, 7103, Əbu Davud 1534, 1536, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

28 



 

Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    Ümrəyə  getmək  üçün  izin 

istəmişdim.  O:  “Ey  Qardaşım!  Dualarına  bizi  də  ortaq  et,  bizi  unutma”  deyə 

buyurdu


57

.  


 

21) Müsəlman Kişi Və Qadınlar Üçün Bağışlanma Diləmək  

 

"

"

 

 

“Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Sən həm 



öz  günahlarının,  həm  də  mömin  kişilərlə  mömin  qadınların  bağışlanmasını 

dilə.  Allah  gəzib-dolaşdığınız  yeri  də,  gecələyəcəyiniz  məskəni  də  bilir”. 

(Muhəmməd 19).  

 

"



"

 

 

“Ey  Rəbbim!  Məni,  valideynlərimi,  evimə  mömin  kimi  daxil  olanları  və 



bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. 

(Nuh 28).  

 

"



"

 

 

"Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. 



Bizim  qəlbimizdə  iman  gətirənlərə  qarşı  nifrət  və  həsədə  yer  vermə.  Ey 

Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!". (əl-Həşr 10).  

 



.

 



 

Ubadə  İbn  Samit    rəvayət  edir  ki,  Peyğəmbərin    belə  buyurduğunu 

eşitdim:

 

«Kim  mömin  kişilər  və  mömin  qadınlar  üçün  istiğfar  (Allahdan 



bağışlanmalarını) diləyərsə, Allah hər mömin kişi və hər mömin qadın (sayına) 

görə ona savab yazar»

58

.  


 

22) Möminlərə Tənə Və Lənət Etməkdən Uzaq Olmaq  

 

                                                



57

 Tirmizi 3562, İbn Məcə 2894, əl-Albani “Zəif”.  

58

 Şəmiyeyn “Müsnəd” 2155, əl-Albani «Sahihul Cəmius Sağir» 6026, “Səhih Və Daif Cəmius Səğir” 10970. 




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

29 



 

.

)



(

 

 



Abdullah İbn Amr  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Müsəlman o 

kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən salamat qalar”

59

.  


 

 

Əbu  Musa  əl-Əşari    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  bir 



müsəlmana  sədəqə  vermək  vacibdir.  Dedilər:  -  Ey  Allahın  Peyğəmbəri,  əgər 

tapmazsa?  Dedi:  -  Əli  ilə  çalışsın,  özünə  mənfəət  qazansın  və  sonra  sədəqə 

versin.  Dedilər:  -  Əgər  bacarmazsa?  Dedi:  -  Çətinlikdə  olana  kömək  etsin. 

Dedilər:  -  Əgər  bacarmazsa?  Dedi:  -  Yaxşı  işləri  əmr  etsin.  Dedilər:  -  Əgər 

bacarmazsa?  Dedi:  -  Şər  verməkdən  çəkinsin.  Çünki  bu  onun  üçün 

sədəqədir”

60

.  


 

23) Ata - Ana Və Qohum Əqrəbaya Dua Etmək  

 

"

"

 

 

“Sonradan  iman  gətirənlər,  hicrət  edib  sizinlə  bərabər  cihad  edənlər  də 



sizdəndirlər.  Qohumlar  Allahın  Kitabına  görə  bir-birinə  varis  olmağa  daha 

yaxındırlar. Həqiqətən, Allah hər şeyi bilir”. (əl-Ənfal 75).  

 

Əgər valideynlər müsəlmandırlarsa onlara rəhmət və məğfirət diləmək olar. 



Lakin  kafir  və  ya  müşrikdirlərsə,  onlar  üçün  rəhmət  və  məğfirət  diləmək 

olmaz.  

 

"

"

 

 

                                                



59

 Buxari, 9, 10, 6119, 6484, Müslim, 41, 171, Əbu Davud 2481, 2483, Tirmizi 2627, Nəsəi 4996, İbn Hibban 180, 

230, 399.  

60

 Buxari 1445, Müslim 1008  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə