Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə9/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   5   6   7   8   9   10   11   12   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

24 



 

bilsin ki, Sən Bağışlayansan, Rəhmlisən”. (İbrahim 36).

 Və İsa  bu kəlamını: 



“Əgər  onlara  əzab  versən,  sözsüz  ki,  onlar  Sənin  qullarındır.  Əgər  onları 

bağışlasan,  şübhəsiz  ki,  Sən  Qüdrətlisən,  Müdriksən!".  (əl-Maidə  118).

 

oxuyaraq, əllərini qaldırıb dedi: “Allahım, ümmətim, ümmətim!” və ağlamağa 



başladı.  Allah  hər  şeyi  daha  yaxşı  bildiyi  halda  buyurdu:  “Ey  Cəbrail, 

Muhəmmədin  yanına get və soruş ki, səni ağladan nədir?”. Cəbrail  onun 

yanına  gələrək  soruşur  və  Peyğəmbərin    dediklərini  -  Allaha  bildiyi  halda  -

xəbər verir. Allah: “Ey Cəbrail, Muhəmmədin  yanına gedərək de ki, Biz səni 

ümmətin üçün istədiyin şeydə razı salacağıq və səni pərişan etmərik”

48

.  



 

13) Dua Edənin Çətinlikdə Və Ehtiyaclı Olmasını Allaha Bildirməsi  

 

"

.

"

 

 

“Zəkəriyyanı  da  yada  sal!  Bir  zaman  o  yalvarıb  demişdi:  "Ey  Rəbbim! 



Məni  tənha  buraxma.  Sən  varislərin  ən  yaxşısısan!".  Biz  onun  duasını  qəbul 

etdik,  ona  Yəhyanı  bəxş  etdik  və  zövcəsini  ona  uşaq  doğmağa  qadir  etdik. 

Həqiqətən,  onlar  yaxşı  işlər  görməyə  tələsər,  ümid  və  qorxu  ilə  Bizə 

yalvarardılar. Onlar Bizə müti qullar idilər”. (əl-Ənbiya 89-90).  

 

14) Duanın Qısa, Lakin Çox Mənalı Və Gözəl Kəlmələrlə Olması  



 

Edilən dua uzunçuluqdan, lazımsız və artıq kəlmələrdən uzaq olmalıdır.  

 

 

Aişə    rəvayət  edir  ki,  Allah  Elçisi    Cəvəmiul  (qısa  və  çox  mənalı) 



duaları sevər və bundan qeyrilərini tərk edərdi”

49

.  



 

15) Dua Edənin Ən Birinci Özündən Başlaması  

 

                                                



48

 Muslim 202, 520.  

49

 Əbu Davud 1482, 1484, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

25 



 

 

Ubeyy İbn Kəb   rəvayət edir ki, Peyğəmbər   dua etdiyi zaman ilk  öncə 



özündən başlayardı. (Bir gün) buyurdu: “Allahın rəhməti bizim və (qardaşım) 

Musanın  üzərinə olsun. Əgər (o) yoldaşından gördüyü şeylərə səbr etsəydi 

(Xızırdan    bu  gördükləri  haqqında  sual  verməsəydi  daha  çox  hadisələrin 

şahidi  olardıq).  Lakin  o,  (gördüklərinə  səbr  etməyərək)  buyurdu:  "Əgər 

bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən 

artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın"

50

.  


 

"

"

 

 

“Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. 



Bizim  qəlbimizdə  iman  gətirənlərə  qarşı  nifrət  və  həsədə  yer  vermə.  Ey 

Rəbbimiz!  Həqiqətən  də,  Sən  Şəfqətlisən,  Rəhmlisən!".  (əl-Həşr  10).

  Əgər 


başqası  üçün  dua  etmək  istəyirsə  özünə  dua  etmədən  ona  etdiyi  dua  ilə 

kifayətlənə bilər.  

 

16) Duanı Bir Neçə Dəfə Təkrar Etmək  



 

 

İbn Məsud  rəvayət edir ki, Peyğəmbər   üç dəfə dua və üç dəfə istiğfar 



etməyi xoşlayardı”

51

.  



 

17) Davamlı Olaraq Hər Bir Zaman Dua Etmək  

 





 

 

 



 

Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sıxıntılı və kədərli 

anlarda  duasının  qəbul  olması  kimi  sevindirirsə,  rahatlıq  olan  zamanda 

duasını çoxaltsın”

52

. O, kəslər kimi olmayın ki, onlar yalnız başlarına iş gəldiyi, 



çətin anlarında Allahı xatırlayarlar.  

                                                

50

 Əbu Davud 3984, 3986, əl-Albani “Sahihul Cəmi” 4723. 



51

 Əbu Davud 1524, 1526, əl-Albani “Zəif”.  

52

 Tirmizi 3382, 3710, əl-Albani “Sahihul Cəmi” 6290.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

26 



 

 

"



"

 

 

“İnsana bir  zərər  toxunduqda  Rəbbinə  üz  tutub  təkcə  Ona  yalvarır.  Sonra 



Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur 

və  insanları  Allahın  yolundan  çıxartmaq  məqsədilə  Ona  şəriklər  qoşur.  De: 

"Küfrünlə  bu  dünyada  bir  az  dolan.  Şübhəsiz  ki,  sən  Cəhənnəm 

sakinlərindənsən!". (əz-Zumər 8).  

 

"



"

 

 

“İnsana  nemət  verdiyimiz  zaman  üz  çevirib  haqdan  uzaq  durar.  Ona  bir 



pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar”. (əl-Fussilət 51).  

 

"



.

"

 

 

“İnsana  bir  zərər  toxunduğu  zaman  Bizə  yalvarır.  Sonra  Biz  ona 



Özümüzdən  bir  nemət  verdikdə  deyir:  "Bu  mənə  yalnız  özümdə  olan  biliyə 

görə  verilmişdir!"  Xeyr,  bu,  bir  imtahandır,  lakin  onların  çoxu  bunu  bilmir. 

Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları şeylər onlara heç 

bir fayda vermədi”. (əz-Zumər 49-50).  

 



 

 



 

Peyğəmbər  buyurdu: “Allahı xoş anında (ibadət, dua və s. edərək) tanı ki, 

Allah  da  səni  çətin  anında  tanısın”

53

.  Əbu  Dərda    rəvayət  edir  ki:  “Şən 



günlərində Allaha dua et ki, O da sənin duanı çətin günlərində qəbul etsin”

54

.  



 

18) Sevgi, Qorxu Və Ümid İlə Yalvararaq Dua Etmək  

 

"

"

 

 

                                                



53

 Əhməd 1/293, əl-Albani “Sahihul Cəmi” 2961, “Səhih Və Daif Cəmius Səğir” 5272.  

54

 AbdurRazzaq “Musannəf” 11/180.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə