Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə11/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   7   8   9   10   11   12   13   14   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

30 



 

“Müşriklərin  Cəhənnəm  sakinləri  olduqları  onlara  bəlli  olduqdan  sonra, 

qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək 

yaraşmaz”. (ət-Tövbə 113).  

 

24) Allahdan Saleh Həyat Yoldaşı Və Saleh Övladlar İstəmək  



 

 .

 



Sovban    rəvayət  edir  ki,  bu  ayə  nazil olduğu  zaman: 

“Qızıl-gümüş yığıb 

onları  Allah  yolunda  sərf  etməyənləri  ağrılı-acılı  bir  əzabla  müjdələ”  (ət-

Tövbə 34) 

mən Peyğəmbər  ilə bərabər səfərlərin birində idim. Bəzi səhabələr: 

“Bu  ayə  nazil  oldu,  bəs  hansı  mal  daha  xeyirlidir  onu  götürək?”  dedilər. 

Peyğəmbər: “Ən xeyirli (mal) zikr edən dil, şükr edən qəlb və imanı artırmağa 

yardımçı olan möminə zövcədir”

61

.  



 

25) Müsəlman Rəhbərlər Üçün Dua Etmək  

 

 

 



Əbu  Ruqayyə  Təmim  b.  Əvus  əd-Dari    rəvayət  edir  ki,  Peyğəmbər   

buyurdu:  «Din  nəsihətdir».  Kimə?  (Ya  Rəsulullah!)  deyə  soruşduq. 

(Peyğəmbər)  buyurdu:  «Allaha,  kitabına,  rəsuluna,  müsəlmanların  rəhbərləri-

nə və bütün müsəlmanlara»

62

. Fudeyl İbn İyad  deyir ki: “Əgər mənim qəbul 



olunası  bir  duam  olsaydı  o  duanı  başçı  üçün  edərdim.  Çünki  başçı  islah  və 

saleh olarsa ölkə və camaat əmin-amanlıqda olar”

63

.  


 

26) Duanı Sakit Və Gizli Etmək  

 

"

"

 

 

“Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları 



sevmir”. (əl-Əraf 55).  

                                                

61

 Tirmizi 3994, İbn Macə 1856, əl-Albani “Səhih Tərğib” 1499.  



62

 Müslim 55.  

63

 Əbu Nueym “Hilyə” 8/91, Lələkəi “Şərhu Usulul Etiqad” 1/197.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

31 



 

 

"



"

 

 

“Səhər-axşam  ürəyində  yalvararaq  və  qorxaraq,  səsini  qaldırmadan 



Rəbbini yad et və qafillərdən olma”. (əl-Əraf 205). 

 

  



 



)



(

.



 

 

Əbu Musa əl-Əşaridən  demişdir: «(Bir gün) Allah Elçisi  ilə bir döyüşdə 



idik.  Biz  yol  gedərkən  hər  dəfə  yüksək  bir  yerə  qalxdıqda  və  hər  hansı  bir 

vadidən  endikdə  yüksək  səslə  (qışqıraraq,  bağıraraq)  təkbir  (



Allahu  Əkbər

edərdik. (Başqa rəvayətdə: 



Lə İləhə İlləllah Vallahu Əkbər

) Allah Elçisi  bizə 

yaxınlaşıb  belə  buyurdu:  «Ey  insanlar!  Özünüzə  yazığınız  gəlsin.  Həqiqətən 

siz nə kar, nə də uzaq olana dua edirsiniz. Siz yalnız hər şeyi Eşidənə, hər şeyi 

Görənə dua edirsiniz». Sonra o: «Ey Abdullah İbn Qeys! (Başqa rəvayətdə: Ey 

Əbu  Musa)  Sənə  Cənnət  xəzinələrindən  olan  bir  kəlimə  öyrədimmi?  (Sənə 

Cənnət  qapılarından  bir  qapını  göstərimmi?)»

64

 Bu:  «



Lə  Həulə  Və  Lə  Quvvətə 

Illə Billəh - 

Qüdrət və güc yalnız Allahdadır! - kəliməsidir»

65

. Həsənul Basri  



deyir  ki:  “...Müsəlmanlar  dua  etməkdə  çox  çalışardılar.  Lakin  onların  səsləri 

eşidilməzdi. Yalnız özləri və Rəbləri arasında bir pıçıltı olardı”.  

 

27) İnsanın Özünə, Yaxud Qeyrilərinə Bəd Dua (Qarğış) Etməməsi  



 

"

"

 

 

“İnsan özünə xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir”. 



(əl-İsra 11).  

 

"



"

 

 

“Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, 



əlbəttə,  onların  əcəli  çatmış  olardı.  Bizimlə  qarşılaşacaqlarına  ümid 

etməyənləri  isə  azğınlıqları  içində  sərgərdan  dolaşan  vəziyyətdə  tərk  edərik”. 

(Yunus  11).

  Mücahid    bu  ayənin  təfsirində  demişdir:  “Şər  dua  insanın 

                                                

64

 Tirmizi 3581, Əhməd 14932, əl-Albani “Səhih”.  



65

 Buxari 2992, 4205, Muslim 2704, 6120, 7037, Əbu Davud 1526, 1528, 1529, 1530,  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

32 



 

tələsərək övladına yaxud həyat yoldaşına qarğış etməsidir. Halbuki, etdiyi bəd 

duanın həyata keçməsini istəməz”

66

.  



 



.

 

 



Ubadə İbn Samit  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Özünüzə (bəd) 

dua  etməyin,  uşaqlarınıza  (bəd)  dua  etməyin,  xidmətçilərinizə  (bəd)  dua 

etməyin,  mallarınıza  (bəd)  dua  etməyin.  Ola  bilər  ki,  Allahdan  istənilənlərin 

qəbul edildiyi bir zamana yetişsin Allah da dilədiyinizi qəbul etsin”

67

.  


 

28) Allahın Geniş Rəhmətini Heç Kəsdən Əsirgəməmək  

 

.

 



Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    namaza  durdu  və  biz  də 

durduq. Bir bədəvi namazın içində belə dedi: “Allahım, mənə və Muhəmmədə 

rəhm  et,  bizdən  başqa  heç  bir  kəsə  rəhm  etmə!”.  Peyğəmbər    salam  verib 

namazı  bitirərək  bədəviyə  dedi:  “Artıq  geniş  olanı  –  Allahın  rəhmətini  - 

daraltdın”

68

.  



 

.

 



Abdullah İbn Amr  rəvayət edir ki, bir kişi dedi: “Allahım! Yalnız Məni və 

Muhəmmədi  bağışla”.  Peyğəmbər:  “Sən  artıq  məğfirəti  çox  insanlardan 

məhrum etdin”

69

.  



 

29) İnsanın Özünü Çətinliyə Salaraq Duasını Qafiyə İlə Deməsi  

 

Dua  edərkən  dua  edənin özünü çətinliyə salaraq  duasını  qafiyə  ilə  deməsi 



məkruh olan əməldir. Çünki bunu nə Peyğəmbər , nə də səhabələri etmişlər.  

 

                                                



66

 İbn Cərir “Cəmiul Bəyan” 9/47, 48.  

67

 Muxtəsər Müslim 1537, 3009, 7705, Əbu Davud 1532, 1534, əl-Albani “Səhih”.  



68

 Buxari 5664, 6010, Əbu Davud 380, 882, Nəsəi 1216, 1217, Əhməd 7802.  

69

 Buxari “Ədəbul Mufrad” 626, əl-Albani “Səhih”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə