Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə12/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   8   9   10   11   12   13   14   15   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

33 



 

...


.

 

İbn  Abbas    deyir  ki:  “Qafiyə  ilə  dua  etməyi  tərk  et.  Həqiqətən  də,  mən 



Peyğəmbərin    və  səhabələrinin  onu  tərk  etdiklərini  gördüm,  onlar  bundan 

başqa heç bir şeyi tərk etmirdilər”

70

.  


 

30)  Allaha  Hər  Bir  Kiçik  Və  Böyük  İşlərdə  Dua  Edərək,  Ondan  Kömək 

İstəmək  

 

 



Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən  hər  biriniz 

ehtiyaclarını Allahdan istəsin, hətta qopan ayaqqabısının bağını belə”

71

.

 



 

 

31) Duadan Öncə Günahlardan Tövbə Etmək  



 

Həqiqətən  də,  dua  etmyin  ədəblərindən  və  qəbul olmasının səbəblərindən 

biri  də  qulun  duadan  əvvəl  günahlarını  etiraf  edib,  etdiyi  xətalarına 

peşmançılıq  çəkərək  Rəbbinə  səmimi  qəlbdən  tövbə  etməsidir.  Çünki 

günahların çox olması duanın qəbul olmasına mane olur. Yəhya İbn Muaz ər-

Razi  deyir ki: “Dua etdikdə Onun gecikdiyini demə! Çünki sən artıq Onun 

yollarına günahlarınla sədd çəkmisən”

72

.  



 

"

"

 

 

“Qullarım  səndən  Mənim  barəmdə  soruşsalar,  Mən  onlara yaxınam,  Mənə 



yalvaranın  duasını  yalvardığı  vaxt  qəbul  edərəm.  Qoy  onlar  da  Mənim 

çağırışımı  qəbul  edib  Mənə  iman  gətirsinlər  ki,  doğru  yola  yönələ  bilsinlər”. 

(əl-Bəqərə 186).  

 

32) Duanı Dinləyənin Duadan Sonra Amin Deməsi  



 

                                                

70

 Buxari 6337.  



71

 İbn Hibban 866, 894, 895, əl-Albani “Zəif” 1362.  

72

 Beyhəqi 2/54.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

34 



 

Amin  sözünün  mənası  “Allahım,  qəbul  et”  və  ya  “cavab  ver”  deməkdir. 

Duaya amin deyən dua etmiş kimidir. Necə ki, Musa və Harun  Firona bəd 

dua etdikləri zaman Allah buyurdu:  

 

"

"

 

 

“Allah dedi: "Hər ikinizin duası qəbul olundu. Dəvətinizdə möhkəm olun və 



nadanların  yoluna  uymayın!".  (Yunus”  89).

  İbn  Kəsir    deyir  ki:  “Musa   

dua edərkən, Harun  amin deyirdi”

73

.  



 

33) Duanı Aminlə Bitirmək 

 

 

Əbu  Musbih  əl-Məqarai  deyir  ki,  biz  səhabə  olan  sözlərin  ən  gözəlini 



söyləyən  Əbu  Zuheyr  ən-Numeyri  ilə  birlikdə  oturmuşduq.  Bizdən  biri  dua 

etdiyi zaman o, dedi: “Duanı – Aminlə bitir. Həqiqətən Amin səhifənin üzərinə 

vurulan möhür kimidir”. Əbu Zuheyr: “Sizlərə bir şeyi xəbər verim” dedi. Bir 

gecə  Rəsulullah 

 

ilə  bərabər  çıxmışdıq.  Davamlı  və  israrla  dua  edən  bir 



kimsənin  yanına  gəldik.  Peyğəmbər 

 

dayanıb  onu  dinləməyə  başladı  və: 



“Əgər  xətm  verərsə  (Cənnət)  ona  vacib  olar”  deyə  buyurdu.  Bizdən  bir  kişi: 

“Nə ilə xətm verəcək?” deyə soruşdu. O: “Aminlə, əgər Aminlə xətm verərəsə 

(Cənnət)  vacib olar”  deyə cavab  verdi.  Peyğəmbərə 

 

sual  verən  kimsə  getdi 



(və  o  dua  edən)  kimsəyə  yaxınlaşaraq  buyurdu:  “Ey  Filan!  Aminlə  bitir  və 

müjdələn”

74

.  


 

ءاعدلا اهيف باجتسي نكامأو لاوحأو تاقوأ

 

DUANIN QƏBUL OLAN VAXTLARI, YERLƏRİ VƏ 

HALLARI 

 

1. Azan Verilərkən  



                                                

73

 “Təfsirul Quranil Azim” 2/411.  



74

 Əbu Davud 938, 939, əl-Albani “Zəif”.

  



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

35 



 

 

 



Səhl İbn Sad  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İki şey (dua) vardır 

ki, rədd edilməz və ya çox az, nadir hallarda geri qaytarılar: Azan oxunduğu 

zaman  və  döyüş  zamanı  iki  ordunun  bir-biri  ilə  üzləşərək  döyüşdükləri  an 

edilən dua (Başqa rəvayətdə: Yağış zamanı)”

75

.  


 



 

Səhl İbn Sad   rəvayət edir ki: “İki saat vardır ki, o saatlarda göy qapıları 

açılır  və  dua  edən  çox  az  adamın  duası  qəbul  olunmaz:  Azan  oxunarkən  və 

Allah yolunda (olan cihaddakı) səflərdə yer tutarkən”

76

.  


 

2. Azan Və İqamə Arasında Edilən Dua  

 





 

 

Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Allahın  Elçisi    buyurdu:  “Azan  və 



İqamə arasında edilən dua rədd edilməz”

77

.  



 

3. Səcdədə Olarkən Edilən Dua  

 





 

 

İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    (Ruku  və  Səcdədə  Quran 



oxumağı  yasaq  edərək)  buyurdu:  “Mən  rüku  və  səcdədə  Quran  oxumaqdan 

qadağan edildim. Rükuda siz Allahı təzim edin, səcdədə çoxlu dua edin. Belə 

etsəniz cavab almağa layiqsiniz»

78

.  



 

                                                

75

 Əbu Davud, 2540, 2542, Albani “Sahihul Cəmi” 3079.  



76

 Buxari “Ədəbul Mufrad” 661, əl-Albani “Səhih Tərğib” 266.  

77

 Tirmizi 212, 3595, Əbu Davud 521, əl-Albani “Sahihul Cəmi” 3408.  



78

 Müslim 1102, 479, Əbu Davud 876, Nəsəi 1045, Əhməd 1900, əl-Albani “Səhih Kəlimə” 72.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə