Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə5/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   2   3   4   5   6   7   8   9   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

12 



 

7) Dua Edərkən Qəbul Olduğuna Yəqin Olmaq  

 

.

 



 

Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allaha  qəbul 

edildiyini bildiyiniz halda (yəqin olaraq) dua edin...”

19

.  



 

8) Dua Edərkən Qəlbin Ayıq Olması  

 

.

 



Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “...Bilin  ki,  Allah 

(duadan) qafil olan qəlbdən duanı qəbul etməz”

20

.  


 

9) Duanin Şəriətdə İcazəli Olması  

 

Bəyənilir  ki,  edilən  dua  Quran  və  Sünnədən olsun.  Lakin insan  ürəyindən 



keçən  hər  hansı  bir  duanı  istədiyi  şəkildə  edə  bilər.  Bir  şərtlə  ki,  şəriətə  zidd 

olan, yəni Allaha yaxınlaşmaq üçün edilən bidət təvəssüllərdən, şirkdən və s. 

uzaq olsun. 

 

10) Haram İlə Qidalanmaq Və Geyinmək Duanın Qarşısını Alan Ən Böyük 



Amillərdəndir  

 

 



 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  «Həqiqətən  də 

Allah pakdır (və nöqsansızdır) və pak olandan başqasını da qəbul etməz. Allah 

Peyğəmbərlərinə  əmr  etdiyi  şeyin  eynisini  möminlərə  də  əmr  etmişdi.  Allah 

buyurur: 

«Ey  Peyğəmbərlər!  Təmiz  və  halal  nemətlərdən  yeyin  və  yaxşı  işlər 

                                                

19

 Tirmizî 3479, əl-Albani “Həsən”.  



20

 Tirmizî 3479, əl-Albani “Həsən”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

13 



 

görün» (əl-Muminun 51).

 Digər bir ayədə: 

«Ey iman gətirənlər! Sizə verdiyimiz 

ruzilərin  təmiz  və  halalından  yeyin»  (əl-Bəqərə  172).

  Sonra  Peyğəmbər   

birisini  xatırladarq:  «Saçı-saqqalı  bir  birinə  qarışmış,  üst-başı  toza  bulaşmış 

halda  uzun səfər  etmiş,  yediyi  haram, içdiyi haram  və  haram ilə  bəslənən  bu 

kişi əllərini səmaya qaldıraraq ya Rəbbim, ya Rəbbim deyə dua etsə, necə ola 

bilər ki, onun duası qəbul olunsun» deyə buyurdu

21

.  



 

11) Dua Edərkən Səsi Yüksəldərək (Qışqıraraq) Dua Etməmək  

 

"

"

 

 

“Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları 



sevmir”. (əl-Əraf 55).  

 

"



"

 

 



“Səhər-axşam  ürəyində  yalvararaq  və  qorxaraq,  səsini  qaldırmadan 

Rəbbini yad et və qafillərdən olma”. (əl-Əraf 205). 

 

ءاعدلا بادا 



DUANIN ƏDƏBLƏRİ 

 

1) Allaha Zikr Edilən Yerin Təmiz Olması 



 

"

"

 

 

“Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə 



izin verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (ən-Nur 36).  

 

2) Dua Edərkən Dəstnəmazlı Olmaq  



 



 



                                                

21

 Müslim 1015.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

14 



 

 

Uzun bir hədisin son hissəsi: Əbu Musa  demişdir: “Peyğəmbər  Huneyn 



döyüşünü başa çatdırdıqdan sonra Əbu Amirin başçılığı altında Əvtasa qoşun 

göndərdi...  Mən  geri  qayıtdıqda  gəlib  Peyğəmbərin    evinə  daxil  oldum. 

Peyğəmbər  üstü xurma liflərindən toxunmuş və üstünə nazik örtük sərilmiş 

bir  çarpayıda  uzanmışdı.  İplər  onun  kürəyində  və  böyründə  iz  buraxmışdı. 

Mən həm bizim, həm də Əbu Amirin başına gələnləri ona danışdım. (Dedim: 

“Ya  Rəsulullah,  Əbu  Amir)  dedi:  “Peyğəmbərə    deyərsən,  mənim  üçün 

bağışlanma  diləsin”.  Onda  Peyğəmbər    su  gətizdirib  dəstəmaz  aldı,  sonra 

əllərini (göyə) qaldırıb dedi: “Allahım, qulun Əbu Amiri bağışla!” (Peyğəmbər 

  əllərini  elə  qaldırdı  ki,  hətta)  mən  onun  qoltuğunun  ağlığını  gördüm.  O 

davam  edib  dedi:  “Allahım,  Qiyamət  günü  onu  yaratdığın  insanların  bir 

çoxundan  üstün  et!”.  Mən  dedim:  “(Ya  Rəsulullah,)  mənim  üçün  də 

bağışlanma  dilə.”  Peyğəmbər    (dua  edib)  dedi:  “Allahım,  Abdullah  ibn 

Qeysin günahlarını bağışla və Qiyamət günü onu olduqca şərəfli bir məqama 

çatdır!”


22

.  


 

3) Dişləri Sivakla Təmizləmək  

 

Çünki dua dil ilə edilən ibadətdir və ağızın dua edərkən təmizlənməsi gözəl 



ədəblərdəndir. Necə ki, sünnədə namaz və Quran oxunan zaman ağızı misvak 

ilə  təmizləmək  varid  olmuşdur.  Məqsəd  Allahı  zikr  edilən  yerin  təmiz 

olmasıdır.  

 

.



 

Peyğəmbər  Xeybər günü buyurdu: "Bu ağacdan – yəni, (soğan), sarımısaq 

yeyən bizim məscidimizə yaxınlaşmasın”

23

 



 

4) Qibləyə Yönəlmək  

 

 

 



 

                                                

22

 Buxari 3960, 4323, Müslim 2498.  



23

 Buxari 853, Müslim 564.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə