Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə3/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   2   3   4   5   6   7   8   9   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 



 

Muhəmməd  Rəşid  Rzanın  bu  jurnalını  oxumağım  mənə  çox  köməyi  olub. 

Hədis  elminə  olan  məhəbbəti  o,  qədər  artır  ki  atasının  (əsas  hissəsi)  Hənəfi 

məzhəbinin  kitablarından  təşkil  edilmiş  kitabxanası  belə  onun  hədis  elminə 

olan təlabatını elm öyrənmək alovunu söndürə bilmirdi (ödəmirdi). Lakin atası 

onun  bu  elmlə  məşğul  olmasına  narazı  idi  və  deyərdi  ki,  bu  elm  müflislərin 

elmidir.  Maddi  çətinlik  gənc  alimə  kitabları  əldə  etməyə  çətinlik  törətdiyinə 

görə o,  Dəməşqin  böyük  kitabxanası olan  «əl-Məktəbətul  əz-Zahriyyə» gedər 

və oradan kitabları götürərdi. Şeyx Albani  hədis elmi ilə o, qədər aludə olur 

ki,  öz  saat  dükanını  bağlayaraq  8-12  saat  və  bəzən  də  daha  çox  vaxtını 

kitabxanada  keçirərdi.  Yalnız  namazdan-namaza  kitabxanadan  çıxardı.  Hətta 

bəzən o, qədər elmə bağlanardı ki, nahar etməyə də getməzdi. Özü ilə gətirdiyi 

bir  tikə  çorək  ilə  kifayətlənərdi.  Kitabxananın  müdriyyəti  onun  elmə  olan 

həvəsini  gördükdən  sonra  onun  üçün  müəyyən  bir  otaq  ayırırlar  və 

kitabxananın  açarlarını  ona  verirlər.  Bu  müddət  ərzində  gənc  alim  fiqhə, 

əqidəyə dair bir çox əsrlər yazır. Bu əsərlərin bəziləri hələ indiyə qədər də nəşr 

edilməmişdir.  Gənc  alim  bu  yolda  çoxlu  çətinliklərlə  qarşılaşır.  Lakin  bütün 

bunlara baxmayaraq səbr və ixlasla bütün bu çətinliklərdən qalib çıxır. Bu işdə 

ona  Dəməşqin  bir  çox  tanınmış  şeyxləri  olan  Baxcatul  Baycar,  imam 

AbdulFəttah  və  Taufiq  əl-Bərzaq  –  Allah  onlardan  razı  olsun  –  ona  nəsihətlər 

verərək bu işdə daha da iradəli və qəti olmağı tövsiyə etmişlər. Bir müddətdən 

sonra  gənc  alim  həftədə  iki  dəfə  dərslər  verməyə  başlayır.  Moizələrlə,  elmi 

çıxışlarla  Suriya,  İordaniya,  Misir,  Qatar,  Kuveyt,  İspaniya,  İngiltərə  və  s. 

dövlətlərə  səfərlər  edir.  Hicri  1381-1383-cü  illər  ərzində  Mədinə  İslam 

Universitetinə  hədis  elmindən  dərs  vermək  üçün  dəvət  alır.  Bu  illər  ərzində 

Universitetin  fəxri  üzvü,  bir  müddətdən  sonra  isə  Universitetin  fəxri 

professoru  adını  alır.  Hədis  elmi  ilə  bağlı  yüzlərlə  əsərləri  və  araşdırmaları 

vardır. Şeyx Albaninin  təhqiq etdiyi kitablardan: «Buxari, Müslim, Tirmizi, 

Əbu  Davud,  Nəsəi,  İbn  Məcə  və  s  Səhih  və  Sünnən  kitabları,  Cəmius  Səğir, 

Mişkətul  Məsabih,  Seyid  Sabiqin  «Fikhus  Sünnə»,  İmam  Nəvəvi  «Riyadus 

salihin», İmam Buxari «Ədəbul Mufrad», İmam Zəhəbi «əl-Uluv» və s məşhur 

kitabların  təhqiqini  etimişdir.  Həmçinin  10-12  cilddən  ibarət  olan  «Səhih 

Hədislər  Silsiləsi»  isimli  kitabında  yalnız  səhih  hədislər  və  eyni  ilə  də  «Zəif 

Hədislər  Silsiləsi» isimli  kitabında  isə yalnız  zəif  hədisləri toplamışdır.  Bütün 

bu  işlərin  nəticəsidir  ki,  hər  bir  müsəlman  onun  təhqiq  etdiyi  kitabları 

oxuduqda  asantlıqla  səhih  hədisi  zəif  və  uydurma  hədislərdən  ayıra  bilir. 

Bundan başqa Şeyx Albaninin  İslamın əsaslarına dair gözəl əsərləri vardır. 

Bunların  içərisində  «Sifətu  Salətu  ən-Nəbiyyə  min  Təkbir  ilə  Təslim» 

(Peyğəmbərin  namaz qılma şəkili), «Mənasikul Həcc vəl Umrah fi Kitabi və 

sunnah və Asari əs-Sələf» (Həcc və Ümrə ehkamları Kitab, Sünnə və Sələflərin 




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 



 

gözü  ilə)  və  s.  Özündən  sonra  bir  çox  görkəmli  İslam  alimlərini  qoyub 

getmişdir.  Bunlardan  Şeyx  Həmdi  AbdulMəcid,  Şeyx  Muhəmməd  Abbasi, 

Ömər  Süleyman  əl-Aşkar,  Şeyx  Muqbil  İbn  Hadi  əl-Vadii,  Şeyx  Muhəmməd 

İbrahim  Şakra,  Şeyx  Ali  Xuşşah,  Şeyx  Məhəmməd  Cəmil  Zinu,  Şeyx 

AbdurRahman  AbdusSaməd,  Şeyx  Səlim  əl-Hilali,  Şeyx  Ali  Həsən 

AbdulHəmid  əl-Hələbi  və  s.  Şeyx  Albani    Hicri  1420-ci  il  22  Dumada  əs-

Səniyyə ayında (miladi tarixi ilə 2 oktyabr 1999-cu ildə) 87 yaşında mübarək və 

xeyirli bir ömür sürərək dünyasını dəyişmişdir. Allah Ona Rəhmət Etsin

İlk  növbədə  Allahdan  bu  işimin  dolğun,  düzgün  şəkildə  toplayıb  başa 

çatdırılmasını  diləyirəm.  Allahdan  əməlimi  onun  üçün  ixlaslı  olmasını, 

məndən  qəbul  edib  onunla  müsəlmanları  faydalandırmasını  diləyirəm.  Əgər 

haradasa  xəta  etmişəmsə  bu  nəfsimdən  və  şeytandandır.  Şeytandan  və 

çarəsizlikdən  Allaha  sığınıram.  Burada  düzəldilməsi  mühüm  olan  yerləri 

tapdıqdan sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətalarımı mənə 

bəyan edəndən Allah razı olsun. Allah onu xeyirlə mükafatlandırsın! Mən ona 

əvvəlcədən öz təşəkkürümü bildirirəm.  

Ayrıca  bu  kitabı  toplamaqda  mənə  kömək  edən,  bu  kitabda  zəhməti  olan, 

öyüd  vermək  və  ya  dua  etmək  məqsədilə  mənə yardım  edən  hər  bir  kəsə  də 

təşəkkür edirəm. Allah onları da xeyirlə mükafatlandırsın!  

Güvəndiyim  Allahdır,  işlərimi  Ona  həvalə  edirəm  və  Ona  arxalanıram. 

Həmd  və  nemət  yalnız  Onadır.  Müvəffəqiyyət  bəxş  edən  və  xətalardan 

qoruyan  da  Odur.  "Məni  yaradan  və  məni  doğru  yola  yönəldən  Odur!  Məni 

yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. 

Məni  öldürəcək,  sonra  dirildəcək  də  Odur  və  Qiyamət  günü  xətamı 

bağışlayacağına  ümid  etdiyim  də  Odur!  Ey  Rəbbim!  Mənə  hikmət  bəxş  et  və 

məni  salehlərə  qovuşdur!  Sonra  gələnlər  arasında  mənə  yaxşı  ad  qismət  et! 

Məni Nəim Cənnətlərinin varislərindən et". (əş-Şuəra 78-85). 

Allahın  salavat  və  salamı  onun  Peyğəmbəri  Muhəmmədə  ,  onun  ailə 

üzvlərinə,  səhabələrinə  və  Qiyamətə  qədər  onun  yolu  ilə  gedən  saleh 

möminlərin üzərinə olsun!  

 

BitirdimMiladi 2011-ci il 18 Sentyabr 

Hicri: 1432-ci il 20 Şəvval 

Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10) 

 



Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə