Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə6/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   2   3   4   5   6   7   8   9   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

15 



 

Ömər  rəvayət edir ki: “Bədr günü Peyğəmbər  müşriklərə baxdı. Onlar 

min,  əshabı  isə  üç  yüz  on  doqquz  nəfər.  Peyğəmbər    qibləyə  yönələrək 

əllərini  göyə  qaldırdı  və  Rəbbinə:  “Allahım!  Mənə  vəd  etdiyini  yerinə  yetir! 

Allahım!  Mənə  vəd  etdiyini  mənə  ver!  Allahım!  Əgər  sən  İslam  əhli  olan  bu 

camaatı həlak etsən, Yer üzündə sənə ibadət edən olmaz!” deyə nida etdi

24

.  


 

.

 



İbn  Məsud    rəvayət  edir  ki,  Peyğəmbər    Kəbəyə  yönələrək  Qureyşdən 

olan: Şeybə İbn Rabia, Utbə İbn Rabia, Valid İbn Utbə, Əbu Cəhl İbn Hişəm bir 

neçə  nəfərə  bəd  dua  etdi.  Allah  şahiddir  ki,  mən  onların  hamısını  (Bədr 

döyüşündə)  yerə  sərildiyini  (öldürüldüyünü)  gördüm.  Günəşin  istisi  onların 

(cəsədlərini) dəyişmişdir”

25

.  



 



 

 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  bir  şeyin 



Seyyidi  (ağası)  vardır,  məclislərin  (zikr,  dua,  elm)  ağası  isə  qibləyə 

yönəlməkdir“

26

.  


 



 

 



Əbu  Hureyra    rəvayət  edir  ki,  Tufeyl İbn  Amr  əd-Dövsi  Peyğəmbərin   

yanına gəlib dedi: “Ey Allahın elçisi! Dövs qəbiləsi asilik etmiş və (haqdan) üz 

çevirmişdir.  Onların  əleyhinə  Allaha  dua  et!”.  Peyğəmbər    üzünü  qibləyə 

tutub  əllərini  (göyə)  qaldırdı.  Camaat  elə  zənn  etdi  ki,  Peyğəmbər    onlara 

bəddua edəcək. (O isə əksinə): “

Allahummə İhdi Dousən Vəti Bihim –

 Allahım! 

Dövs qəbiləsini doğru yola yönəlt və onları (haqqa) gətir”- deyə dua etdi

27

.  



 

5) Əlləri Qaldırmaq  

 

                                                



24

 Muxtəsər Müslim 1158, 1760, 1763, 4687.  

25

 Buxari 3960.  



26

 əl-Albani “Səhih Tərğib” 3085.  

27

 Buxari “Ədəbul Mufrad” 611, əl-Albani “Səhihdə” 2941.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

16 



 

Duanın  ən  böyük  ədəblərindən  biri  də,  dua  edərkən  əlləri  qaldırmaqdır. 

Çünki  qul  əllərini  Rəbbinə  tərəf  qaldırmaqla  özünün  Ona  olan  acizliyini 

bildirir.  

 

...


 

 

Əbu Musa 



 

demişdir: “...Onda Peyğəmbər 

 

su gətizdirib dəstəmaz aldı, 



sonra  əllərini  (göyə)  qaldırıb  dedi:  “Allahım,  qulun  Əbu  Amiri  bağışla!” 

(Peyğəmbər 

 

əllərini  elə  qaldırdı  ki,  hətta)  mən  onun  qoltuğunun  ağlığını 



gördüm

28

.  



 



 

 

Salman  (Farisi)    rəvayət  edir  ki,  Rəsulullah   buyurdu:  «Həya  və  Kərim 



sahibi  olan  Rəbbimiz  əllərini  ona  tərəf  qaldıran  qulunun  əllərini  geri  boş 

qaytarmaqdan Həya edir»

29

.  


 

.

 



 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Rahim  və  Kərim  sahibi 

olan  Allah əllərini  Ona  tərəf qaldırmış qulunun  əllərinə  xeyir  qoymadan geri 

qaytarmaz”

30

.  


 

Dua Edərkən Əlləri Qaldırmaq Üç Cür Olur:  

1.  Ümumi  Duanın  Məqamı  -  buna  istəmək  deyilir.  Qaydası:  Əlləri 

çiyinlərinə bərabər, yaxud yaxın tutub ovucunu açaraq bir-birinə birləşdirirsən 

və  əllərinin içini göyə,  üstünü isə  yerə, yaxud, içini  üzünə üstünü isə  qibləyə 

tərəf  tutursan.  Bu  məqamdan  Vitir namazında  qunut  tutarkən, istisqa  (yağış) 

duası  edərkən,  həcc  vaxtı  dua  edərkən  əllərin  qaldırılması  sünnədə  olan  altı 

yerdə dua edərkən, yaxud da, hər hansı bir vaxtda dua etmək istəyərkən edilir.  

 

                                                



28

 Buxari 4323, Müslim 2498.  

29

 Tirmizi 3551, 3556, Əbu Davud 1488, 1490, İbn Məcə 3865, Musnəd 5/438, əl-Albani “Sahihul Cəmi” 1753.  



30

 əl-Albani “Səhih Tərğib” 1636.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

17 



 

 

İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İstəmək (dua) - odur 



ki,  əllərini  çiyinlərinə  bərabər,  yaxud  yaxın  tutaraq  qaldırasan.  İstiğfar 

(bağışlanma  diləmək)  -  odur  ki,  bir  barmağınla  (şəhadət  barmağınla)  işarə 

edəsən. İbtihəl (yalvarmaq) - odur ki, əllərini (qollarınla) birlikdə qaldırasan”

31

.  



 

2.  Bu  Məqama  İstiğfar  –  bağışlanma  diləmək  deyilir.  Qaydası:  Sağ  əlinin 

şəhadət  barmağını  qaldırırsan.  Bu  məqamdan  əsasən  zikr  edərkən,  xütbədə 

dua edərkən, namazda təşəhhüd oxuyarkən, namaz xaricində Təhlil (



Lə  Iləhə 

Illəllah

), Təsbih (



Subhənallah

) deyərkən edilir.  

 

 

Umarə  İbn  Rueybə    rəvayət  edir  ki,  Bişr  İbn  Mərvan  minbər  üzərində 



əllərini qaldırdığını  görür  və  Allah  bu əllərin  xeyirini  kəssin.  Peyğəmbərin   

əli ilə bundan artıq etdiyini görmədim deyərək şəhadət barmağına işarə etdi

32

.  


 

 

Səhl  İbn  Sad    rəvayət  edir  ki,  Peyğəmbər    nə  minbər  üzərində,  nə  də 



başqa  bir  yerdə  əllərini  qaldıraraq  dua  etdiyini  heç  görmədim.  Lakin  işarət 

(şəhadət)  barmağını  qaldırdı,  orta  və  baş  barmağını  isə  birləşdirdiyini 

gördüm”

33

.  



 

 

Sad İbn Əbi Vaqqas   rəvayət edir ki, iki barmağımla dua etdiyim zaman 



Peyğəmbər    mənim  yanımdan  ötürdü  və  o,  şəhadət  barmağını  göstərərək: 

“Təklə, Təklə” deyə buyurdu

34

.  


 

                                                

31

 Əbu Davud 1489, 1491, əl-Albani “Səhih”. 



32

 Müslim 874, 2053.  

33

 Əbu Davud 1105, 1107, əl-Albani “Zəif”.  



34

 Əbu Davud 1499, Tirmizi 3557, əl-Albani “Səhih”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə