Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə24/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   20   21   22   23   24   25   26   27   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

68 



 

Nəsəi    deyir  ki:  "Onun hədisləri  yalanına  görə  rədd  edilir".  İbn  Hibban   

deyir  ki:  "O,  musiqiyə  qulaq  asar  və  müğənnilər  saxlayaradı.  Həmçinin 

yalandan hədislər rəvayət edər və onları səhih (etibarlı) ravilərə isnad edərdi". 

İbn Əbu Hatim  deyir ki: "Öz atamdan bu ravi barəsində soruşdum o: "Rədd 

edilmiş  (munkər)"

151

.  İbnul  Covzi    bu  hədisi  zəif  hesab  etmiş,  həmçinin 



Hafiz  əl-Busayri    "əz-Zəvaid"  deyir  ki:  "Bu  hədis  alimlərin  icması  ilə  Saleh 

İbn  Həsən  səbəbilə  zəifdir".  Həmçinin  bu  hədisin  İbn  Abbasdan    başqa 

rəvayət  yolları  da  vardır:  Lakin  bütün  bu  rəvayətlər  zəifdir.  Onların  raviləri 

arasında İsa İbn Meymun etibarlı ravi sayılmaz

152

. İmam Nəsəi, İbn Hibban  



deyirlər ki: "O, hədislər rəvayət edir ki, hər biri uydurmadır". Həmçinin ravilər 

arasında  AbdulMəlik  İbn  Muhəmməd,  Əbu  Davud    onun  zəif  olduğunu 

söyləmişdir,  Həmçinin  Abdullah  İbn  Yaqub  vardır  ki,  kimliyi  bilinmir. 

Həmçinin Həkim  rəvayət etdiyi hədisin ravilərindən olan Muhəmməd İbn 

Muaya vardır ki, İmam Darakutni   onu yalançı adlandırmışdır. İmam Əbu 

Davud  deyir ki: "Muhəmməd İbn Kəbdən rəvayət edilir ki, hər bir rəvayət 

də zəifdir". Bu hədislərə zəif deyən imamlardan: İbn Nasr, İmam Nəvəvi, İbn 

Teymiyyə

153


.  

Bütün  bu  deyilənlərdən  aydın  oldu  ki,  bu  hədislərin  zəifliyində  heç  bir 

şübhə  yoxdur.  Dua  etdikdən  sonra  əlləri  üzə  sürtməyin  icazəli  olduğunu 

söyləyənlərin  digər  dəlliləri  bəzi  səhabələrin  əməlləridir:  Əbu  Nuaym,  o  da 

Vəhbdən    rəvayət  edir  ki:  "Mən  gördüm  ki,  İbn  Ömər  və İbn əz-Zubeyr   

dua  etdikdən  sonra əlləri ilə üzlərinə sürtərdilər (məsh)  edərdilər  (Onlar  dua 

etdikdə  ovuclarını  üzə  tərəf  çevirərdilər)"

154


.  Hədisin  ravilərindən  olan 

Muhəmməd  İbn  Fuleyh  İbn  Suleyman  əl-Aslam  barəsində  alimlər  fikir 

ayrılığıdadırlar.  Bəziləri  onu  etibarlı  sayarkən,  digərləri  zəif  qəbul  etmişlər. 

İmam  Ukayl    deyir  ki:  "Onun  hədisləri  qəbul  edilməz".  Hədisdə  məşhur 

olan Yəhyə İbn Məin  də onu zəif qəbul etmişdir. Həmçinin ravilərdən olan 

atası  Fuleyh  İbn  Suleyman  əl-Aslamdır.  Oğlundan  fərqli  olaraq  daha  zəif 

ravidir.  Muhəmməd  İbn  Şeybə    deyir  ki:  "Mən  İbn  Mədinidan    onun 

barəsində soruşdum. O: "O, və qardaşı zəif ravilərdir". İmam Ukayl və Curcani 

 onu zəif ravilər kitabında qeyd etmişlər. Hafiz İbn Həcər  "Taqrib" 5443 

deyir ki: "O, sadiqdir, lakin çox xəta edərdi". İbn Həcərin  bu cür yanaşması 

ravinin  zəif  olmasına  dəlildir.  Çox  az  ehtimal  var  ki,  Fuleyh  Vəhbdən  bu 

rəvayəti  eşitsin.  Vəhb  128-ci  ildə  vəfat  etmişdir,  Fuleyh  isə  168-ci  ildə.  Bütün 

                                                

151


 “İlya" 2/351.  

152


 Əbu Davud 1485, Beyhəqi 2/212, Həkim 4/270.  

153


 "Əzkər" 399, "Məcmua" 3/480, "Məcmuul Fətava" 1/188, Beyhəqi "Zəif". 

154


 Buxari "Ədəbul Mufrad" 609, əl-Albani "Zəif".  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

69 



 

bunlara rəğmən hədis səhih sayıla bilməz. Əsrimizin Muhəddisi əl-Albani   

hədisə "Zəif" demişdir.  

O,  ki qaldı  Vitr  və  ya  digər  beş  namazların  birində  Qunut  dualarında  dua 

etdikdən sonra  əlləri  üzə sürtməyə heç şübhəsiz ki,  bu heç  bir  zəif  dəlili  belə 

olmayan  bidət  bir  əməldir.  Səhih  hədislərdə  Əhməd  3/137,  Təbərani  "Sağir" 

1/111, "Səhih" Peyğəmbərin  70 Quran hafizini qətl edən müşriklər əleyhində 

Qunutda  dua  etməsi,  həmçinin  Ömərdən    rəvayət  edilən  hədisdə 

Peyğəmbərin    Ramazan  ayında  Qunutda  etdiyi  dualar  səhih  isnadla  bizə 

çatmışdır.  Lakin  onların  heç  birində  Peyğəmbərin    dua  etdikdən  sonra 

əllərini  üzünə  sürtməsi  rəvayət  edilməmişdir.  Nə  Peyğəmbərdən  ,  nə 

səhabələrdə  belə  bir  şey  rəvayət  edilməmişdir  və  bu  əməl  Bidət  olan  bir 

əməldir. İmam Beyhəqi  deyir ki: "Qunut duaları zamanı (namaz əsnasında) 

əlləri  üzə  məsh  etmək  barədə  Sələflərdən  heç  bir  şey  varid  olmamışdır.  Bu 

barədə bir xəbər gəlmiş olsa da belə namazdan qeyri vaxta olan rəvayətlərdir. 

Bu  da  Peyğəmbərdən    zəif  olaraq  rəvayət  edilmişdir.  Bir  çox  kimsələrdə 

namazdan kənarda dua əsnasında belə edərdilər. O, ki qaldı bu əməlin namaz 

əsnasında  etməyə  nə  Peyğəmbərdən  ,  nə  səhabələrdən  bu  barədə  səhih  bir 

rəvayət  yoxdur.  Sələflərin  yoluna  uyğun  olaraq  bu  kimi  şeyləri  tərk  etmək 

daha  doğru  olardı.  Yəni  –  namaz  əsnasında  Qunut  dualarında  dua  etdikdən 

sonra əlləri (üzə sürtmədən) yana salmaq"

155


.  

Bir  çox  imamlar  istər  namaz  əsnasında,  istərsə  də  namazdan  kənarda  dua 

etdikdən  sonra  əlləri  üzə  məsh  etməyi  qadağan  etmişlər.  İmam  İbn  Nasr   

"Qiyam  əl-Leyl"  deyir  ki,  İmam  Məlikdən    dua  etdikdən  sonra  əlləri  üzə 

sürtmək  barəsində  soruşduq  o:  "Bu  barədə  heç  bir  məlumat  yoxdur"  dedi. 

Həmçinin  İbn  əl-Mubarak    dua  etdikdən  sonra  əlləri  üzə  məsh  etmək 

barəsində  soruşduqda  o:  "Sufyan  əs-Souri    bunu  pisləyərdi"  dedi.  İmam 

İbnul Covzi  "İlya" deyir ki: "Əhməd İbn Hənbəl  deyir ki: Mən bu əməli 

Həsənul  Bəsridən    başqa  edən  bir  kimsə  tanımıram".  İmam  Nəvəvi   

"Məcmua"  deyir  ki:  "Daha  gözəldir  ki,  belə  etməyəsən".  İmam  İzz  İbn 

AbdusSalam  deyir ki: "Cahillərdən başqa heç kəs dua etdikdən sonra əlləri 

üzə məsh etmir"

156

.  


Müxaliflərin  Gətirdikləri  Şübhələrə  Verilən  Cavab:  Dua  etdikdən  sonra 

əlləri  üzə  sürtməyin  müstəhəb  (doğru)  olduğunu  söyləyənlər  bu  hədislərin 

zəif olması ilə razılaşırlar. Lakin onlar qeyd edirlər ki, bu hədislər bir-birilərini 

qüvvətləndirərək həsən dərəcəsinə çatırlar. Bu barədə onlar Hafiz İbn Həcər və 

İbn  Manavi    əsaslanırlar.  Lakin  alimlər  həm  onlara,  həm  də  zəif  hədisləri 

                                                

155

 "Sünən Beyhəqi" 2/212.  



156

 "Fatava əl-İzz" 1/47.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə