Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə23/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   19   20   21   22   23   24   25   26   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

66 



 

məsələdə  Movdu  (uydurma)  isnadlara  arxalanmaq  olmaz.  Zəif  hədisə 

gəldikdə  isə  bu  məsələdə  alimlər  arasında  ayrılıq  vardır.  Bir  qrup  alimlər 

müəyyən  edilmiş  şərtlərə  əməl  edildiyi  təqdirdə  zəif  hədis  ilə  əməl  etməyi 

icazə  vermişlər:  1.  Zəif  hədis  -  Tərhib  Vət  Tərğib  –  qorxutmaq  (günahlardan 

çəkindirmək)  və  ədəbləndirmək  (yaxşı  işlərə  sövq  etmək)  üçün  və  s.  Buna 

bənzər məsələlərdə tətbiq edilə bilər. Lakin ayrıca şəri bir hökm çıxarmaq üçün 

tətbiq edilməməlidir. 2. Zəif hədisin məzmununun (mətninin) Quran və Sünnə 

ilə  səhih  əsası  olmalıdır.  3.  Belə  bir  hədisi  söylədiyin  zaman  onun  zəif 

olduğunu  söyləməyin  vacibliyi  və  Peyğəmbər    belə  bir  şeyi  söyləmədiyinə 

etiqad etmək.  

Digər  qrup  alimlər  –  Yəhyə  İbn  Məin,  Abu  Hətim,  Əbu  Zura,  Buxari, 

Müslim,  Hibban,  Əbu  Bakr  İbn  Arabi,  İbn  Teymiyyə,  İbn  Rəcəb,  əl-Məqdisi, 

Şovkani, Əhməd  Şakir,  əl-Albani, Muqbil

137

 – Allah Onlardan Razı Olsun -  Zəif 



hədis ilə heç bir halda əməl edilmədiyini söyləmişlər. Peyğəmbər   buyurdu: 

«Mənim  adımdan  yalan  uydurmayın.  Hər  kim  söyləmədiyimi  mənə  isnad 

edərsə heç şübhəsiz ki, atəşə girər»

138


. Peyğəmbər  buyurdu: «Hər kim qəsdli 

olaraq  mənim  ağzımdan  yalan  söyləyərsə  atəşdən  yerini  hazırlasın»

139



Peyğəmbər    buyurdu:  «Heç  şübhəsiz  ki,  mənim  ağzımdan  yalan  söyləmək 



başqa  bir  kimsənin  ağzından  yalan  söyləmək  kimi  deyildir.  Hər  kim  qəsdli 

olaraq  mənim  ağzımdan  yalan  söyləyərsə  atəşdən  yerini  hazırlasın»

140

.  Hafiz 



İbn Həcər   Peyğəmbərin : "Özü yalan saydığı halda kim mənim adımdan 

yalan danışarsa o, kimsə yalançıdır  – hədisi barəsində deyir ki: "Peyğəmbərin 

 söyləmədiyi bir şeyi onun adından söyləmək qadağan edildiyi halda bu kimi 

şeylərə  əməl  etmək  barəsində  nə  demək  olar?  Fərq  etməz,  istər  bu  Əhkam 

(etiqadi) məsələlər olsun, istərsə də Fəzilətlər babından olsun. Çünki bunların 

hamısı  Şəriətdir"

141

.  İmam  Şovkani    deyir  ki:  "Əhkam  (etiqad)  ilə  bağlı 



hədislər  ilə,  Fəzilətlər  ilə  bağlı  hədislər  arasında  heç  bir  fərq  yoxdur.  Çünki 

bütün bunlar Şəriətdir. Kim ki, bunlar arasında xeyir naminə fərq qoyursa qoy 

dəlilini  gətirsin"

142


.  Əhməd  Şakir    deyir  ki:  "Zəif  hədisin  zəifliyini 

vurğulamaq  (söyləmək)  vacibdir.  Ondan  ötrü  ki,  hədisi  heç  kəs  səhih  qəbul 

etməsin. Bu da istər əhkam (etiqad) ilə bağlı hədislər olsun, istərsə də fəzilətlər 

ilə  bağlı  hədislər  arasında  heç  bir  fərq  yoxdur.  Peyğəmbərdən    Səhih  və 

Həsən isnad ilə rəvayət olunandan başqası dəlil ola bilməz"

143


.  

                                                

137

 "Daif Tarğibu vət Tarhib" 11/23-25, "Fahtul Latif Fi Hukmul Amali Bi Hədisi Daif" 46-52.  



138

 Müslim “Müqəddimə”.  

139

 Müslim “Müqəddimə”.  



140

 Müslim «Müqəddimə», Buxari 109.  

141

 "Tabiin əl-Acab" 3-4.  



142

 “əl-Favaid əl-Məcmua" 283. 

143

 "Baisul Həsis" 101.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

67 



 

Bu  Zəif  hədisin  Tərğib  Vət  Tərhib  -  ədəbləndirmək  (xeyirə  yönəltmək)  və 

qorxutmaq  (qadağalanrdan  çəkindirmək)  kimi  şəriət  məsələlərində  tətbiq 

edilməsi barəsində idi. O, ki qaldı Zəif hədisin Əqidə (Etiqadi), halal və haram 

və  həmçinin  İbadət  məsələlərində  bu  barədə  alimlər  arasında  heç  bir  fikir 

ayrılığı yoxdur. Şeyxulİslam İbn Teymiyyə  deyir ki: "İmamlardan heç kimsə 

Zəif  hədisə  əsaslanaraq  bir  şeyin  Vacib  və  ya  Müstəhəb  olduğunu 

söyləməmişlər. Lakin kimsə bunun əksini söyləyərsə artıq İcmanın rəyinə zidd 

getmiş olar"

144


.  

Dua  Etdikdən  Sonra  Əlləri  Üzə  Sürtməyin  Müstəhəb  (Doğru)  Olduğunu 

Söyləyənlərin  Dəlilləri:  Buna  iki  hədis  dəlildir.  Lakin  hədislərin  hər  ikisi  də 

zəifdir.  İnşəallah  bu  haqda  daha ətraflı  danışacağıq.  Ömər    rəvayət  edir  ki, 

Peyğəmbər    əllərini  qaldıraraq  Allaha  dua  etdikdən  sonra  onları  (əllərini) 

üzünə  sürtmədikcə  aşağı  salmazdı"

145

.  İmam  Əbu  İsa  ət-Tirmizi    bu  hədisi 



rəvayət  etdikdən  sonra  deyir  ki:  "Bu  səhih,  lakin  Qərib  (bir  ravidən  rəvayət 

edilən)  hədisdir.  Bu  haqda  biz  yalnız  Həmməd  İbn  İsadan  bilirik.  Bu  hədis 

yalnız  ondan  rəvayət  edilmişdir.  Az  hədis  rəvayət  etməsinə  baxmayaraq 

insanlar ondan hədis  rəvayət  edərdilər".  Tirmizinin   sözlərinə  baxmayaraq 

bir çox imamlar bu ravini olduqca zəif saymışlar. Məs: Əbu Hatim  deyir ki: 

"Hədisdə  zəifdir".  Əbu  Davud    deyir  ki:  "O,  zəif  ravidir  və  rədd  edilmiş 

hədislər rəvayət edər". Həmçinin – Həkim, Darakutni, İbn Hibban və s. Bu cür 

sözlər söyləmişlər. İbn Məhkul  deyir ki: "Onlar (Muhəddislər) onu zəif ravi 

hesab etmişlər"

146


. Hətta hədis elmində hədisin səhih olması üçün öz mülayim 

şərtləri ilə seçilən İmam Həkim  də onu zəif ravi saymışdır. Həmçinin onun 

rəyini İmam Zəhəbi  dəstəkləmişdir

147


Həmçinin Hafiz İrakli, Şeyx əl-Albani 

  deyir  ki:  "Rəvayətlərinin  səhih  dərəcəyə  qalxması  üçün  bu  ravi  olduqca 

zəifdir"

148


.  

Başqa  rəvayətdə:  Saib  İbn  Yəzid  atasından  rəvayət  edir  ki,  Peyğəmbər   

əllərini qaldıraraq Allaha dua etdikdən sonra əllərini üzünə sürtərdi"

149


. Həfsə 

İbn Hişam səbəbilə hədis zəifdir. Həmçinin İbn Lyaxia imamlar tərəfindən zəif 

qəbul  edilmişdir.  Digər  Dəlilləri:  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər   

buyurdu: "Duanızı bitirdikdən sonra əllərinizi üzünüzə sürtün (məsh) edin"

150

.  


Bu  hədis  imamlar  tərəfindən  zəif  qəbul  edilmişdir.  İmam  Buxarinin   

söylədiyi  kimi:  "Sənəddə olan  Saleh İbn  Həsən qəbul edilməz  ravidir". İmam 

                                                

144


 "Məcmuul Fətava" 1/251.  

145


 Tirmizi 2/244, 3386, İbn Əsakir 7/12/2.  

146


 İbn Həcər "Təhzib".  

147


 "Mustədrək" 1/536. 

148


 "İrvalul Ğəlil" 2/180.  

149


 Əbu Davud 1492, əl-Albani "Zəif".  

150


 İbn Məcə 1181, 3866, Əbu Davud 1485, İbn Nasr 137, Təbərani 3/98, əl-Albani "Zəif".  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə