Səhih Dua Və Zikirlər Kitabı
146
İnni Əuzu Bikə Min Şərri Mə Amiltu Va Min Şərri Mə Ləm Əaməl –
Allahım!
Etdiyim və etmədiyim əməllərin şərindən Sənə sığınıram”
398
.
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “
Allahummə İnni
Əuzu Bikə Minəl Fəqri Vəl Qilləti Vəzzilləti Və Əuzu Bikə Min Ən Əzlimə Əu
Uzləmə -
Allahım! Fəqirlikdən, (əməldə) azlıqdan, zillətdən Sənə sığınıram,
Zülm etməkdən və zülmə məruz qalmaqdan Sənə sığınıram”
399
.
Cabir rəvayət edir ki, Peyğəmbər buyurdu: “
Allahummə İnni Əsəlukə
İlmən Nəfian Və Əuzu Bikə Min İlmin Lə Yənfəu -
Allahım! Səndən faydalı elm
diləyirəm, faydasız elimdən isə Sənə sığınıram”
400
.
.
Əbu Uməmə rəvayət edir ki, Peyğəmbər uzun bir dua etdi ki, ondan bir
şey əzbərləyəmədirk. Biz: “Ey Allahın Rəsulu! Çoxlu dua etdin, lakin bir şey
əzbərləyə bilmədik” dedik. O: “Onların hamısını özündə cəm edən dua
öyrədimmi? Belə dua edin: “
Allahummə İnni Nəsəlukə Min Xayri Mə Sə-ələkə
Nəbiyyukə Muhəmmədun Və Nəuzu Bikə Min Şərri Mə İstiazə Bikə Minhu
Nəbiyyukə Muhəmmədun Və Əntəl Mustəan Və Aleykəl Bələğ Və Lə Həulə Və
Lə Quvvətə İllə Billəh -
Allahım! Peyğəmbər Muhəmmədin Səndən dilədiyi
hər bir xeyiri diləyirik və Peyğəmbərin Muhəmmədin Sənə sığındığı hər bir
şərdən Sənə sığınırıq. Sən kömək edənsən, O, (gün hökm) Sənindir, Səndən
başqa güc və qüvvət sahibi yoxdur”
401
.
398
Müslim 2716,7070, 7071, İbn Məcə 3839, Əbu Davud 1552, 1550, İbn Hibban 1031, 1032, Əhməd 24684,
24728.
399
İbn Məcə 3842, Əbu Davud 1544, 1546, Nəsəi 5461, 5464, Əhməd 8053, 8039, əl-Albani “Səhih”.
400
İbn Məcə 3843, İbn Hibban 82, əl-Albani “Həsən”.
401
Tirmizi 3521, əl-Albani “Zəif”.
Səhih Dua Və Zikirlər Kitabı
147
Ömər rəvayət edir ki, Peyğəmbər mənə bu duanı öyrətdi:
“
Allahumməcəal Sərirati Xayran Min Aləniyəti Vəcal Aləniyəti Salihətən,
Allahummə İnni Əsəlukə Min Salihi Mə Tutin Nəsə Minəl Məli Vəl Əhli Vəl
Vələdi Ğayrid Dalli Və Lə Mudıll -
Allahım! Daxilimi zahirimdən xeyirli et,
zahirimi isə saleh et. Allahım! Mal, ailə və övlad tərəfdən insanlara bəxş
etdiyin (ən xeyirlisini) saleh olanı, zəlalətə düşən və düşdürən olmayanı
Səndən diləyirəm”
402
.
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “
Allahummə Əslih
Li Diniyə Əlləzi Huvə Ismətu Əmri Və Əslih Li Dunyəyəl Ləti Fihə Məaşi Və
Əslih Li Əxiratil Ləti Məadi Vəcəalil Həyətə Ziyədətən Li Fi Kulli Xayrin
Vəcəalil Məutə Rahətən Li Min Kulli Şərri -
Allahım! İşlərimin isməti olan
dinimi mənim üçün islah et, Yaşayışım olan dünyamı mənim üçün islah et,
Qayıdış yerim olan Axirətimi mənim üçün islah et! Həyatı mənim üçün hər bir
xeyirə ziyadə et! Ölümü mənim üçün bütün şərlərdən rahat et!”
403
.
Əli rəvayət edir ki, Peyğəmbər mənə buyurdu: “De:
Allahummə İhdini
Və Səddidni –
Allahım! Məni doğru yola hidayət et və məni (hər bir şeydə)
doğruya yönəlt”
404
.
402
Tirmizi 3586, əl-Albani “Zəif”.
403
Müslim 7078, 2720, Buxari “Ədəbul Mufrad” 668, əl-Albani “Səhih”.
404
Müslim 7086, 2725, Əbu Davud 4227, 4225.
Səhih Dua Və Zikirlər Kitabı
148
Digər bir rəvayətdə: Peyğəmbər buyurdu: “De:
Allahummə İnni Əsəlukəl
Hudə Vəs Sədədə -
Allahım! Səndən hidayət və düzgünlük istəyirəm”
405
.
)
(
Əbu Musa əl-Əşari atasından rəvayət edir ki, Peyğəmbər bu duaları
edərdi: “
Allahumməğfirli Xətiəti Və Cəhli Və İsrafi Fi Əmri (Kullihi) Və Mə
Əntə Əaləmu Bihi Minni, Allahumməğfirli Ciddi, Və Həzli Və Xətai Və Əmdi
Və Kullu Zəlikə İndi, Allahumməğfirli Mə Qaddəmtu Və Mə Əxxərtu Və Mə
Əsrartu Və Mə Ələntu, Və Mə Əntə Əaləmu Bihi Minni Əntəl Muqəddimu Və
Əntəl Muəxxiru Və Əntə Alə Kulli Şeyin Qadir -
Allahım! Mənim günahımı və
bilməyərəkdən etdiyim xətamı, bütün işlərimdəki israfımı və məndən daha
yaxşı bildiyin (pis) əməllərimi bağışla! Allahım! Bütün xətalarımı, bilərəkdən,
bilməyərəkdən və zarafatla etdiklərimi bağışla. Bunların hamısı məndə vardır.
Allahım! Əvvəl etdiyim və sonra edəcəyim, gizlin saxladığım və üzə
çıxartdığım (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da
Sənsən. Hər şeyə qadir olan da Sənsən”
406
.
Zeyd İbn Ərqam
deyir ki, mən sizə Peyğəmbər dediyini deyirəm, O
buyurdu: “
Allahummə İnni Əuzu Bikə Minəl Aczi Vəl Kəsəli Vəl Cubni Vəl
Buxli Vəl Hərami Və Azəbil Qabri, Allahummə Əti Nəfsi Təqvəhə Və Zəkkəhə
Əntə Xayru Mən Zəkkəhə Əntə Vəliyyuhə Və Məvləhə, Allahummə Inni Əuzu
Bikə Min Ilmin Lə Yənfə Və Min Qalbin Lə Yəxşə Və Min Nəfsin Lə Təşbəa Və
Min Dəavətin Lə Yusstəcəbu Ləhə -
Allahım! acizlikdən, tənbəllikdən,
qorxaqlıqdan, paxıllıqdan, qocalıqdan və qəbir əzabından Sənə sığınıram,
Allahım! Nəfsimi təqvalı et və onu təmizlə, Sən onu təmizə çıxaranların ən
yaxışısısan. Sən onun hamisi və həvədarısan. Allahım! Faydasız elimdən,
təslim olmayan qəlbdən, doymayan nəfisdən və eşidilməyən (qəbul
olunmayan) duadan Sənə sığınıram”
407
.
405
Müslim 7087.
406
Buxari 6398, 6399, 6035, 6036, Müslim 2719, 7076, Buxari “Ədəbul Mufrad” 688, 689, İbn Hibban 957.
407
Müslim 7081, 2722, Nəsəi 5458, 5538.