Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə91/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   87   88   89   90   91   92   93   94   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

267 



 

نيلصملا يدي نيب ماملإا ةبطخ 

İMAMIN NAMAZ QILANLARIN QARŞISINDA XÜTBƏ 

VERMƏSİ 

 



 

 



Ənəs    rəvayət  edir  ki,  namaz  üçün  İqamə  verildikdə  Peyğəmbər    bizə 

tərəf çevrilib  buyurdu:  ”Sıralarınızı  düzəldin, özünüz  də sıx  durun.  Həqiqətən, 

mən sizin arxamda (nə etdiyinizi) görürəm”

740


.  

 

 



İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Səflərinizi düz tutun, 

çiyinlərinizi  birləşdirin,  boşluqları  doldurun,  qardaşlarınızla  yumşaq 

davranın”

741


.  

 

نارقلا ةءارق وأ ةلاصلا ةماقا دنع ِ َّللَّاِب ْذَّو ع ت أ



 

 “NAMAZ” QILARKƏN VƏ YA “QURAN” OXUMAĞA 

BAŞLAYARKƏN ALLAHA SIĞINMAQ 

 

 



 

Osman  İbn  Əbil  As    rəvayət  edir  ki,  Peyğəmbərə    namazda  vəsvəsə 

gəlməsindən  şikayət  etdikdə  dedim:  “Ey  Allahı  Rəsulu!  Şeytan  mənimlə 

namazım  arasına  girir  və  qiraətimdə  çaşqınlıq  yaradır”.  Peyğəmbər:  “O  – 

Xinzəb adında olan şeytandır. Namazda sənə vəsvəsə verdiyini hiss etdikdə  - 

Əuzu Billəhi Minəş Şeytanir Racim - 

Lənətlənmiş şeytandan Allaha sığınıram! 

və  sol  tərəfinə  xəfifcə  üç  dəfə  tüpür”  deyə  buyurdu.  Osma:  “Bunu  etdikdə 

Allah məndən vəsvəsəni apardı” dedi

742

.  


                                                

740


 Buxari 687, 719, Nəsəi 814, 845, İbn Hibban 2173.  

741


 Əbu Davud 666, əl-Albani “Səhih Tərğib” 495.  

742


 Müslim 2203, 5868, əl-Albani “Sifətus Salət” 128.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

268 



 

ةلاصلل ريبكتلا 

NAMAZIN TƏKBİRİ 

 

 



Əbu Hureyra  rəvayət edir ki, (bir dəfə) Peyğəmbər  məscidə daxil oldu, 

(arxasınca)  da  bir  nəfər  (ora)  daxil  olub  namaz  qıldı  və  (namazı  bitirdikdən) 

sonra  Peyğəmbərə    salam  verdi.  Peyğəmbər    onun  salamını  qaytarıb 

buyurdu:  “Qayıt  namazını  qıl,  çünki  sən  namaz  qılmadın”.  O,  qayıdaraq 

əvvəlki  kimi  namaz  qıldı,  sonra  da  Peyğəmbərin    yanına  gəlib  ona  salam 

verdi. Peyğəmbər  onun salamını qaytararaq: “



Aleykəs Səlam

” dedi və (yenə 

ona) buyurdu: “Qayıt namazını qıl, çünki sən namaz qılmadın.” Bu hal üç dəfə 

təkrar oldu. Sonra o adam dedi: “Səni haqq (din) ilə göndərənə and olsun ki, 

mən bundan daha düzgün olanını qıla bilmirəm. Mənə (nə edəcəyimi) öyrət!”. 

O buyurdu: “Namaza duranda “



Allahu Əkbər

” de, sonra Qurandan sənə asan 

gələni oxu, sonra rükuya get (və bunu) rahat-rahat yerinə yetir, sonra  (başını) 

qaldırıb  qamətini  dümdüz  tut,  sonra  səcdəyə  get  (və  bunu)  rahatlıqla  yerinə 

yetir, sonra qalx otur (və) tam rahat ol və namazının qalan rükətlərində də belə 

et  (Başqa  rəvayətdə:  “Bunları  etdiyin  zaman  namazın  tamdır,  bundan  bir şey 

əskiltdiyin  zaman  namazından  əskiltmiş  olarsan.  Namza  durduğun  zaman 

gözəl şəkildə dəstəmaz al”)”

743

.  


 

 

                                                



743

 Buxari 757, 760, 793, 5897, 6251, 6290, 6667, Müslim 397, 911, Əbu Davud 856, Tirmizi 303, Nəsəi 884, 1053, 

1313, İbn Hibban 1890, Əhməd 9633, 9635.  



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

269 



 

Əli  İbn  Yəhyə  İbn  Xalləd  əmisindən  rəvayət  edir  ki,  bir  kişi  məscidə  daxil 

olaraq  namaz  qıldı  və  (Ravi)  öncəki  hədisi  rəvayət  edir.  Sonra  Peyğəmbər   

buyurdu:  “İnsanlardan  heç  birinin  namazı  tam  olmaz  hətta  dəstəmaz 

almayınca”.

 

Sonra 



Təkbir

  gətirib,  Uca  və  Böyük  olan  Allahı  həmd  səna 

etmədikcə,  sonra  Qurandan  sənə  asan  gələni  oxumadıqca,  sonra  Təkbir 

gətirərək  rükuya  gedib,  hətta  (rukuda)  əzalar  rahat  olmayana  qədər,  sonra 



Səmiallahu  Limən  Həmidəh  – 

deyib  qamətini  düzəltmədikcə,  sonra 



Təkbir

 

gətirərək  səcdəyə  gebib,  hətta  (səcdədə)  əzalar  rahat  olmayana  qədər,  sonra 



Təkbir 

gətirərək  başını  (səcdədən)  qaldırıb  və  qamətini  düzəltmədikcə,  sonra 



Təkbir 

gətirərək  səcdəyə  gebib,  hətta  (səcdədə)  əzalar  rahat  olmayana  qədər, 

sonra  başını  qaldırıb 

Təkbir

  gətirimədikcə  heç  bir  insanın  namazı 

tamamlanmış olamz. Bunları etdikdə namazı tamamlanmış olar”

744


.  

 

 



Əli    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  ”Namazın  açarı 

təmizlənməkdir  (dəstəmaz),  onu  haram  edən  Təkbir,  halal  edən  isə  Təslim 

(salamlardır)”

745


.  

 



 

 

Peyğəmbər : “Təkbir etdiyi zaman səsini arxada olanların eşidəcəyi qədər 



qaldırardı”

746


.  Həmçinin  –  xəstə  olduğu  zaman  Əbu  Bəkr    səsini  qaldıraraq 

insanlara  Peyğəmbərin    təkbirini  çatdırırdı.  Peyğəmbər    buyurdu:  “İmam 



Allahu Əkbər

 dediyi zaman siz də: 



Allahu Əkbər

.  


 

ةلاصلا حاتفتسا 

İSTİFTƏH (NAMAZIN AÇILIŞ) DUALARI 

 

 



                                                

744


 Əbu Davud 857, əl-Albani “Səhih”.  

745


 Əbu Davud 61, 618, İbn Məcə 275, 276, Tirmizi 3, 238, Əhməd 1006, əl-Albani “Həsən Səhih”.  

746


 əl-Albani “Sifətus Salətu Nəbiy” 186.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə