Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə115/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   111   112   113   114   115   116   117   118   ...   143

 

 

343 



Bu dövrün Azərbaycan şəhərlərinin vəziyyətini, başlıca təkamül 

yollarını  öyrənmək  üçün XVIII yüzillikdə  ölkənin  şəhərlərində 

olmuş Avropa və rus səyyahlarının,  hərbi-siyasi xadimlərinin, 

«elmi  məqsədlərlə» bölgəyə  göndərilmiş  elçilərin  məlumatları 

ilə  tanış olmaq kifayətdir.

120


  «XVIII əsrin birinci yarısında 

ölkənin  ümumi iqtisadi tənəzzülü  şəhər  təsərrüfatında  öz  əksini 

tapmışdı. Bu, sənətkarlar  tərəfindən  hazırlanan  malların 

keyfiyyətcə  aşağı  səviyyədə  olmasına  gətirib  çıxarırdı.  Məhz 

buna  görə  də  Azərbaycan  şəhərlərindən  əksər hallarda xammal 

ixrac olunurdu».

121

 

XVII  əsrin sonunda – XVIII əsrin  əvvəllərində  ümumi 



iqtisadi  böhran  bütün  Yaxın  Şərqi  bürüdü. Bu regional hadisə 

Azərbaycana da mənfi təsir göstərdi. «Ölkənin iqtisadi geriliyinə 

XVIII  əsrin 20-30-cu illərində  Azərbaycan  ərazisində  aparılan 

Osmanlı-Səfəvi  müharibələri  də az təsir  etməmişdi.  Müharibə 

nəticəsində  Azərbaycanın  Xəzərboyu  əyalətlərində  yerləşən 

şəhərlərindən başqa  demək olar ki, bütün  şəhərləri tranzit 

əhəmiyyətini  itirmişdi».

122


  Ticarət  vergilərinin  çoxluğu  və 

ağırlığı,  ölçü  və  çəki  sistemlərinin  müxtəlifliyi, vahid pul 

sisteminin  olmaması, feodal çəkişmələri,  hərbi  əməliyyatlar 

ölkədə  ticarətin  məhdudlaşmasının  mühüm  səbəblərindən idi. 

«Təsadüfi deyildir ki, XVIII əsrin birinci yarısında  baş  verən 

üsyanlarda  şəhər  əhalisi,  xüsusilə  ticarətlə  məşğul olanlar və 

sənətkarlar yaxından iştirak edirdilər».

123


 

XVIII  yüzilliyin II yarısına  doğru  Azərbaycan ictimai-

iqtisadi, siyasi və bunlara müvafiq olaraq mədəni  təkamül 

prosesində yeni mərhələyə qədəm qoydu. «Azərbaycanın XVIII 

əsrin ikinci yarısındakı tarixi əslində  müstəqil  və  yarımasılı 

dövlət 


qurumlarının 

tarixindən 

ibarətdir… Azərbaycan 

ərazisində ilk müstəqil  xanlıqların  yaranması XVIII əsrin 40-cı 

illərinə aiddir».

124


  Şəki  xanlığı,  Qarabağ  xanlığı, Quba xanlığı, 

Lənkəran  (Talış)  xanlığı,  Bakı  xanlığı,  Gəncə  xanlığı,  Dərbənd 

xanlığı,  Şamaxı  xanlığı,  İrəvan  xanlığı,  Naxçıvan  xanlığı, 

Təbriz, Ərdəbil, Urmiya, Xoy, Maku, Sərab xanlıqları, Cavad və 

Salyan xanlıqları yüzilliyin siyasi həyatında iz qoymuş qurumlar 

idilər. «Xanlıqlar dövrü Azərbaycan tarixində feodal dağınıqlığı 




 

 

344 



və  şiddətli ara çəkişmələri  ilə  səciyyələnir. Hakim feodallar-

xanlar bir-biri ilə mübarizə apararaq ərazilərini genişləndirməyə, 

vergi verməyə qadir olan rəiyyətin sayını artırmağa can atırdılar. 

Müəyyən bir həddən sonra bu, obyektiv surətdə  Azərbaycan 

torpaqlarının  birləşdirilməsi  prosesinə  çevrilirdi. Bu baxımdan 

urmiyalı  Fətəli xan Əfşarın,  şəkili  Hacı  Çələbi xanın,  qarabağlı 

Pənahəli xanın təşəbbüsləri təqdirəlayiq olsa da, heç bir müsbət 

nəticə  verməmişdir».

125

  Azərbaycan  torpaqlarını vahid dövlət 



hüdudlarında  birləşdirməyə can atmış  hökmdarlardan biri də 

Quba  xanı  Fətəli (1736-1758-1789) olmuşdur. Onun hərbi-

siyasi, diplomatik tədbirləri də uğursuzluqla nəticələndi. Rusiya, 

Osmanlı,  İran  müdaxilələri,  Azərbaycan  vilayətlərinin ictimai-

iqtisadi  və siyasi inteqrasiya məqamına  hazır  olmaması 

pərakəndəliyin aradan qaldırılmasına mane olmuş  başlıca 

əngəllər idi. 

XVIII  yüzillikdə  Azərbaycanın iqtisadi həyatı  təsərrüfat 

fəaliyyətinin  əsasən  xanlıqlar  hüdudunda  qapalılığı  ilə 

fərqlənirdi.  Əsrin II yarısında  Azərbaycan  şəhərləri  əsasən qala 

divarları  ilə  əhatə  olunmuşdu.  Düşmənin  qəfil  hücumunun 

qarşısının  alınması  məqsədilə  qalaların  ətrafında  xəndəklər 

qazılır  və  həmin xəndəklər su ilə doldurulurdu. Hər bir paytaxt 

şəhərdə  əsas,  bayır  və  sənətkarlıq  məhəllələri  yerləşirdi. XVIII 

əsrin II yarısında da ən  çox  zərər  Şamaxı  şəhərinə  dəydi. Bu 

şəhər  Azərbaycan  ərazisindən  Osmanlı  qoşunları  çıxarılarkən, 

1734-cü  ildə Nadir xan tərəfindən  yerlə yeksan edilmiş,  əhalisi 

isə  yenicə  salınmış  «Ağsu» adlı  yaşayış  məntəqəsinə 

köçürülmüşdü. Lakin «Yeni  Şamaxı» (Ağsu) da dəfələrlə 

dağıntılara  məruz  qaldı. XVIII əsrin 40-cı  illərindən  başlayaraq 

Şəki  ətrafında  xanlıq  yarandıqdan sonra şəhər  xanlığın,  habelə 

Azərbaycanın siyasi, mədəni  həyatında  nəzərəçarpacaq rol 

oynamağa  başladı.  Şəki  yalnız 1765-ci ildə qala divarları  ilə 

əhatə  olunmuşdur. Burada qala ilk Şəki  xanı  Hacı  Çələbinin 

hakimiyyəti 

dövründə (1743-1755) tikilmişdir. «Qala 

divarlarının  xaricdən  ümumi  uzunluğu 1300 metr, hündürlüyü 

şimaldan 4 metrə,  cənubdan 8 metrə  yaxındır.  Divarın  qalınlığı 

2,2 metrdir. Qalanın  cənub  və  şimaldan iki tağlı  darvazası, 21 



 

 

345 



mühafizə  bürcü vardır».

126


  Bakı,  Gəncə,  Təbriz,  Naxçıvan bu 

dövrün  Azərbaycan  şəhərləri  arasında  xüsusilə  seçilirdilər. Bu 

dövrdə  qədim  şəhərlərin  tənəzzülü  ilə  yanaşı bir sıra yeni 

şəhərlər  də meydana gəlmişdir.  Şuşa, Yeni Şamaxı  (Ağsu)  və 

Quba bu cür  mərkəzlərdən  idilər.  Şuşa  şəhəri,  qalası bu 

baxımdan  diqqəti  xüsusilə  cəlb edir. Şuşa  qalasını  Qarabağ 

xanlığının banisi Pənahəli xan (1748-1760) inşa  etdirmişdir. 

Qala-şəhər  dəniz  səviyyəsindən 1400 metr ucalıqda  yerləşmiş, 

meşələrlə  örtülmüş, bir tərəfdən  uçurumla,  digər  tərəfdən  isə 

sıldırım qayalarla əhatə  olunmuş bir mövqedə  salınmışdı. 

Burada öncə qala divarları, daha sonra isə evlər və imarətlər inşa 

edilmişdi. Qala-şəhər  xanlığın banisinin şərəfinə  «Pənahabad» 

adlandırıldı.

127


  Tezliklə qalaya Qarabağdan  və  Azərbaycanın 

başqa  vilayətlərindən  köçüb sakin olanların  sayı  artmağa 

başladı.  Köçüb  gələnlər  şəhərdə  məhəllə prinsipi əsasında 

yerləşdirildilər. Hər bir məhəllənin məscidi, hamamı, mədrəsəsi 

və digər ictimai təyinatlı obyekti vardı. Qala-şəhərdə xan sarayı 

da  inşa edildi. Şəhərdən  aralıda daha iki istehkam tikildi. 

Mehrəli  xanın  hakimiyyəti  dövründə  (təqribən 1758-1763) 

Şuşadan bir qədər  aralıda  Əsgəran  qalası  inşa olundu. XVIII 

əsrin II yarısında  Şuşa  Azərbaycan  şəhərləri  içərisində  yüksək 

inkişaf  sürəti  ilə  fərqlənirdi.  Şuşa  qalası  inşa  olunduğu  gündən 

1797-ci  ilədək buraya düşmən ordusu bircə  dəfə  də soxula 

bilməmişdi.

128

 

Azərbaycan  şəhərlərinin  əksəriyyətində  sənətkarlığın 



tərəqqisi  üçün  əlverişli  şərait  vardı. Lakin əsrin II yarısında 

ölkənin iqtisadi və siyasi pərakəndəliyi,  aramsız feodal 

müharibələri onlarla şəhərin  xarabalığa  çevrilməsinə, xeyli 

sənətkar  kütləsinin,  şəhər  əhalisinin  yaşayış  yerlərini  tərk 

etməsinə  səbəb  olmuşdur. Yerli hakimlər  doğma  zəmində 

təsərrüfat  potensialını  üzə  çıxarmağa maraq göstərmir,  başqa 

vilayətlərdən  məhsuldar  qüvvələr  cəlb  olunmasına  üstünlük 

verirdilər. 

Aramsız 

müharibələr, siyasi qeyri-sabitlik 

sənətkarlığın da keyfiyyətcə  geriləməsinə  səbəb  olmuşdu. Bir 

çox  şəhərlərin  həyatında  yüksəliş  və  eniş  məqamları bir-birini 

əvəz edirdi. XVIII əsrin II yarısnda  Azərbaycan  şəhərlərinin 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə