Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə123/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   119   120   121   122   123   124   125   126   ...   143

 

 

367 



zamanında baş verir. Ehtimal olunur ki, «Şəhriyar» dastanı Qa-

zax  və  Borçalı  nahiyələrində  yaranmışdır.

164

 Bu dastan 



«məcnunluq  təfəkkürünün  süqut edib, məhəbbətə intibah 

münasibətinin  normalaşdığı  dövrün  məhsuludur  – ehtiva etdiyi 

ictimai-tarixi  münasibətlərin  və  coğrafiyasının  məzmunu 

etibarilə milli təfəkkürün  faktıdır».

165

  şeirlə  deyişmələr  əsər 



mətninin təxminən 40, dialoqlar 50, təhkiyə isə cəmisi 10 faizini 

təşkil edir.

166

 Bu, əsərin  güclü dramaturji potensiyaya malik 



olmasının  göstəricisidir.  «Şəhriyar»ın  dilində kobud ifadələr 

adətən saray mühitində  işlənilir. Bu, gerçəkliyin  inikası idi. 

Səmimilik,  xoş  rəftar,  ülvi insani keyfiyyətlər daha çox saray 

mühitinin deyil, xalq həyatının  fərqləndirici  xüsusiyyətləridir. 

Beləliklə, XVIII əsr 

ərzində 


ədəbiyyat 

Azərbaycan 

mədəniyyətinin  aparıcı  sahəsi kimi inkişaf  etmiş,  ədəbiyyat ta-

riximizin əsaslı keyfiyyət mərhələsini keçirmişdir. 

XVIII  əsrdə  Azərbaycan  dilində  müxtəlif elmi bilik 

sahələrinə aid olan ilk, lakin həcmcə  kiçik  əsərlər meydana 

çıxdı. Məsələn, hesaba aid olan «Üsul asaba» («Yeddiliklər üsu-

lu»),  astronomiyaya aid olan, ilin fəsillərinin  və  aylarının 

xarakteristikasını  təqdim  edən  «Kitabi-ruznamə» əsərləri bu 

qəbildən idi. Kitabda astronomik cədvəllər  vardır  və  həmin 

cədvəllərə izahlar əsərin  giriş  hissəsindədir. «Kitabi-tibbi-

mənafeül nas» («Təbabətə dair faydalı kitab») əsəri təbabət üzrə 

dəyərli  əsərlərdən idi. Bu dövrdə tarix problemləri  üzrə  də 

Azərbaycan  dilində  bəzi  əsərlər meydana gəlmişdi.  Məsələn, 

1711-ci  ildə  «Təvarixi-zamani  Şah Abbas ibn Xudabəndə» 

sərlövhəsi  ilə anonim əsər  yazılmışdı.  Əsər  müəllifinin  başlıca 

diqqət obyekti Şah I Abbasın  müharibələridir.

167


 1733-cü  ildə 

yazılmış «Səfəviyyə padşahları» adlı əsərdə Səfəvilər sülaləsinin 

tarixindən  bəhs olunur. Bu tarixi əsərlərdə  hərbi  anlayışların 

Azərbaycan  dilində  təqdim  olunması, «dilimizin qanun və 

qaydalarının  pozulmaması»

168


  diqqəti  cəlb edir. 1784-cü  ildə 

ərəb dilinin sintaksisinə  həsr  olunmuş kitab yazılmışdı. 

Azərbaycan dilində yazılmış bu kitab mədrəsələrdə təhsil alanlar 

üçün  nəzərdə  tutulmuşdu.  Həmin  dövrdə  üslubiyyata dair əsər 

ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmişdi. XVIII əsrin 



 

 

368 



II  yarısında  əsasən  əlifba prinsipi əsasında  Azərbaycan  dilində 

bir sıra lüğətlər tərtib olunmuşdur. Beləliklə, ədəbiyyatda aparıcı 

olan Azərbaycan dili biliklərin geniş kütlələr arasında yayılması 

üçün əlverişli zəmin hazırlamışdı. 

Dövrün epiqrafik abidələri eyni zamanda xalq sənəti 

nümunələridir. Bu abidələr  sayəsində  tarixçilər  həmin  dövrün 

ictimai-siyasi, dini-ideoloji, mədəni  həyatının  epizodlarını, 

sənətşünaslar  isə xalq sənətinin  bədii-estetik  xüsusiyyətlərini 

araşdırırlar. Memarlıq abidələri, məzar daşları, saxsı, metal, tax-

ta  və s. əşyaların  üzərindəki  müxtəlif  formalı  sənduqələr, 

başdaşı,  sinədaşı,  qoç  və at fiqurlu məzar  daşları,  məscid, ha-

mam, ovdan, karvansara, mədrəsə, qala divarları, istehkamlar və 

ictimai binalar üzərində qoyulmuş yazılı lövhələr (daş kitabələr) 

epiqrafikanın  tədqiqat obyektidir. Həmin  abidələrin  özləri, 

onların bədii keyfiyyətləri isə sənətşünasların araşdırma predme-

tidir.  Mətnlərin  məzmununa  görə XVIII yüzilliyin  kitabələrini 

beş qrupa bölmək  mümkündür:  İnşaat xarakterli (yəni tikinti 

tarixindən  bəhs  edən)  kitabələr (1); mətni  nisbətən  geniş, lakin 

sayı  çox az olan sənədlərin lapidar nüsxələri (2); epitafiyalar-

məzar  daşlarına  qısaca  həkk  olunmuş  yazılar (3); dini mətnlər 

(4); adətən məzar daşları üzərinə həkk olunmuş mənzum parça-

lar (5).


169

  Əhəngdaşı  üzərində  həkk  edilmiş  kitabələr  əsasən 

Bakı, Şamaxı, Qarabağ, Dərbənd, Quba xanlıqlarının ərazisində, 

Qəbələdə tapılmışdır. Şimal-qərb bölgələrində  yaşayıb  yaratmış 

xəttat – həkkaklar çay daşları üzərində işləmişlər. Yerli material 

ustaların  iş  üslubuna ciddi təsir  göstərmişdir. Epiqrafik 

araşdırmalar  sübut edir ki, Nadir şahın  apardığı  amansız 

müharibələr, Nadirə  qədərki zaman ərzində  baş  vermiş  hərbi-

siyasi  çəkişmələr  nəticəsində  «XVIII  əsrin I yarısında 

Azərbaycanda tikinti işləri  əsasən  aparılmamış  və bununla 

əlaqədar  kitabələr  də  yazılmamışdır».

170


 Epiqrafik materiallar 

təsdiq edir ki, əsrin II yarısında tikinti fəaliyyəti  canlanmış, 

Şəki,  Şuşa  və  Naxçıvanda xan sarayları,  Ağdamda  imarətlər, 

Pənahəli xana və onun nəslinə aid olan günbəzlər tikilmiş, Bayat 

və Şahbulaq, Pənahabad (Şuşa) qalaları salınmış, həmin qalalar-

da bazar, karvansara, hamam, məscid  və s. ictimai təyinatlı 




 

 

369 



obyektlər  tikilmişdir. Bu dövrdə Ordubad, Şamaxı,  Dərbənd, 

Quba, Bakı şəhərlərində hərbi istehkamlar, ictimai-mülki binalar 

inşa  olunmuşdur.  Kitabələrdə  memarlıq  obyektlərinin  inşası 

tarixinə,  onların  bərpa  və  təmir  olunması  zamanına,  həmin 

obyektlərin  inşasında rolu olmuş  sənətkarlara, bir çox ictimai-

iqtisadi  və siyasi, inzibati məsələlərə dair materiallar mövcud-

dur. 

Azərbaycanda nisbi siyasi sabitlik (xanlıqların meydana 



gəlməsi  və  təşəkkülü)  bərqərar  olunanadək  memarlıqda canlan-

ma  müşahidə  olunmamışdır.  Aramsız  müharibələr, xarici 

qoşunların  müdaxilələri, feodal ara çəkişmələri  memarlığı 

inkişaf stimulundan məhrum edirdi. XVIII əsrin II yarısında 

memarlıq  üçün  müəyyən  əlverişli  şərait  yarandı.  Azərbaycanın 

şimal-qərb  bölgəsində  və  Şamaxıda bir çox sufi mürşidlərinin, 

ruhani  alimlərin,  müqəddəs hesab olunan şəxslərin  məzar 

daşlarının  aşkar  olunması  təsdiq edir ki, XVIII yüzillikdə 

ölkəmizdə 

«Nəqşbəndiyə», «Ələviyyə» təriqətləri 

geniş 

yayılmışdı. Bu dövrdə xalq memarlıq  ənənələri  memarlıq 



fəaliyyətinin  başlıca  ünsürü idi, lakin əski  zamanların monu-

mental  memarlıq  ənənələri  yenə  də  mühüm  təsirini qoruyub 

saxlamışdı. Azərbaycanda xanlıqlar dövrünün əsas cəhətlərindən 

biri  iqamətgah  və onun müvafiq  istehkamı kimi saray 

komplekslərinin  yaradılması  zərurəti  olmuşdur.  Azərbaycan 

xanları  başlıca  şəhərlərin  ətrafında  və  xanlıqların  ərazilərində 

güclü  müdafiə  qurğuları sisteminin inşasına  xüsusi  diqqət 

yetirirdilər.  Məhəllə  məscidləri bu dövrün  mühüm  ibadət  və 

tədris ocaqları idi. XVIII əsrin Azərbaycan memarlığında aparıcı 

yeri  kiçik  həcmli,  səkkizguşəli  türbələr tuturdu. Əsrin 

şəhərsalma işində iki başlıca meyl nəzərə çarpırdı. Birinci meyl 

xanlar tərəfindən paytaxt kimi Azərbaycanın qədim şəhərlərinin 

seçilməsi idi. Bakı, Naxçıvan və Gəncə bunlara misal ola bilər. 

1734-cü  ildə Nadir xan tərəfindən  dağıdılmasına baxmayaraq, 

Şamaxını bu tip şəhərlərə aid etmək  mümkündür. Lakin XVIII 

yüzillikdə bir sıra  xanlıqların mərkəzləri də meydana çıxdı, bu-

nunla  bağlı  şəhərsalmada  mühüm  tədbirlərin  aparılması 

müşahidə edildi. Quba və Şuşa bu tipli şəhərlərdən idi. 1772-ci 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə