Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə131/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   127   128   129   130   131   132   133   134   ...   143

 

 

391 



ərəb-fars tərkiblərinin xeyli azalması, memarların, kalliqrafların, 

miniatür  rəssamlarının,  əsərlərini klassik, mühafizəkar  üslubda 

yazmaqda davam edən  şairlərin, bir çox  alimlərin  əsasən  ölkə 

xaricində  fəaliyyət  göstərməsi bu dövrün  mədəniyyəti  üçün 

səciyyəvi olmuşdur. Tarix elmində yeni uğurlar qazanılmışdı. 

Mədəniyyətin 

inkişafı 

üçün 


şəraitin 

müxtəlifliyi 

baxımından  fərqlənən XVI və XVII yüzilliklər  xalqımızın 

mədəni-tarixi 

təkamülündə vahid, ziddiyyətli 

İntibah 


mərhələsinin xronoloji hüdudları hesab oluna bilər. İntibahın ən 

başlıca əlaməti uzun, fasiləsiz, zəngin tarixə və mədəniyyətə ma-

lik olan xalqın  mədəni-tarixi  təkamül  prosesində  özünün antik  

/qədim/  irsinə  «qayıdışıdır»,  etnogenetik  inkişaf  prosesində 

xalqın  yeniləşməsidir,  qədim irsin mühüm  əlamətlərinin 

«oyanışıdır». İntibahın  digər  əlamətləri  /mədəniyyət  faktlarının 

dünyəvi səciyyə daşıması, humanizm və s./ də bu mədəni-tarixi 

hadisə  üçün  səciyyəvidir.  İntibah  ziddiyyətli prosesdir. 

Azərbaycan  xalqının etnogenetik təkamülündə  aparıcı rol 

oynamış  türklərin  qədim irsi XV əsrin  sonları– XVI əsrin 

əvvəllərindən  etibarən  yenidən  dirçəlməyə  başladı. Halbuki bu 

dövrə qədər türk irsi /dili, ədəbiyyat faktları, folklor və s./ poten-

sial  imkanlarını tam şəkildə  gerçəkləşdirməmişdi.  Əgər XVI 

əsrə  qədərki tarixi mərhələdə  Azərbaycan  mədəniyyəti  özünü 

Şərq,  müsəlman  kontekstində  təzahür  etdirmişdisə, XVI-XVII 

əsrlərin  Azərbaycan  İntibahı  ümumtürk  kontekstinə  qayıdışla 

səciyyəvi 

olmuşdur. 

Ümumtürk 

İntibahının 

mühüm 

xüsusiyyətlərindən biri Yaxın  və Orta Şərqdə XVI-XVII 



əsrlərdə hakim mövqelər tutaraq, uzunmüddətli  qarşıdurma 

şəraitində olmuş Osmanlı və Səfəvi dövlətlərinin timsalında türk 

siyasi  birliklərinin  sabitləşməsi prosesi idi (türk  mənşəli 

Şeybanilər  və Moqollar dövlətləri  də  dövrün  önəmli siyasi 

qurumlarından olmuşdur). 

XVI  əsrdə iqtisadi sahədə  baş  vermiş  yüksəliş prosesi 

Azərbaycan İntibahının möhkəm maddi əsası olmuşdur. İqtisadi 

yüksəlişə xeyli mənada  şimali  və  cənubi  Azərbaycan 

vilayətlərinin vahid, mərkəzləşmiş 

Səfəvilər 

dövləti 

hüdüdlarında birləşdirilməsi təkan vermişdi. İqtisadi inteqrasiya 




 

 

392 



prosesinin güclənməsi Azərbaycan mədəniyyətinin vahid bir sis-

tem kimi inkişafını təmin edirdi. 

XVI-XVII 

əsrlərdə 

Azərbaycan 

İntibahı 

Səfəvilər 

imperiyası  hüdudlarında  türk dilinin hakim rol oynaması  ilə 

səciyyəvi olmuşdur. Bu dövrdə Azərbaycan dili və ədəbi dilinin 

inkişafında  dönüş  yarandı, yeni dövr  başlandı, XVI əsrin 

sonlarından  başlayaraq  türk  dillərində differensiasiya prosesi 

aydınlaşmağa başladı. 

Ədəbiyyat  sahəsində bu İntibah  türk  dilində    yazılmış 

bədii əsərlərin xeyli artması ilə səciyyəvidir. Şah İsmayıl Xətai, 

Məhəmməd  Füzuli,  Fədai  Təbrizi,  Məhəmməd  Əmani, 

Hemətullah  Kişvəri,  Həqiri  Təbrizi kimi şairlərin  Azərbaycan 

/türk/ ədəbi dilinin inkişafında rolu mühüm olmuşdur. 

XVI-XVII  əsrlərdə  incəsənətin bir çox  sahələrində 

/miniatür  rəssamlığı, dekorativ və  tətbiqi  sənət, plastika

memarlıq, musiqi və s./ islamaqədərki  inamların,  qədim  türk 

irsinə,  dünyagörüşünə  «müraciətin» səciyyəvi  olduğu obyektiv 

fakt idi. 

Azərbaycan  İntibahının  mühüm  təzahürlərindən biri fol-

klorun  güclü  tərəqqisi  və onun klassik, rəsmi  üslublara  mühüm 

təsiri  olmuşdur.  Azərbaycan eposunun çoxşaxəli  qaynaqlarına 

və  əsrlərin  dərinliyinə  gedən,  qədim  kökə  bağlı olan «Şah 

İsmayıl», «Koroğlu», «Aşıq  Qərib», «Abbas  və  Gülgəz», «Əsli 

və Kərəm» dastanları XVI-XVII əsrlərin «məhsuldar dövrünun» 

folklor faktlarıdır. 

XVI-XVII  əsrlərdə vahid, qanunauyğun proses olan 

Azərbaycan  mədəniyyətinin    təkamülündə yeni dövr  başlandı. 

Həmin  dövrdən  etibarən  yeniləşən  Azərbaycan  mədəniyyət sis-

temi XVI əsrə qədərki bütün tarixi dövrlərin mədəni dəyərlərinə 

istinadlanmışdı. 

XVIII  yüzillikdə  Azərbaycan  mədəni  həyatının  bütün 

sahələri qeyri-qənaətbəxş  inkişaf  zəminində  olmuşdur. Lakin 

XVIII  əsr  Azərbaycan  mədəniyyətinin  təkamülü  prosesində 

bənzərsizliyi  ilə  seçilən  mərhələdir.  Artıq bu mərhələdə 

aydınlaşdı ki, mədəniyyətimizin 

əski 


zəmində (feodal 

münasibətləri  şəraitində),  qapalı  şəraitdə  inkişaf  imkanları 




 

 

393 



tükənmişdir. 

Azərbaycan 

cəmiyyətinin, 

mühitinin, 

mədəniyyətinin normal inkişafı üçün yeni zamanın tələbatlarına 

uyğunlaşmaq  zərurəti  yetişmişdir.  Artıq XVIII əsrin  sonlarına 

doğru Osmanlı dövləti əski əzəmətini itirmişdi, yeni inkişaf yo-

luna qədəm qoymuş) Avropa dövlətləri və Rusiya yeni xammal 

mənbələri  və  satış  bazarları  əldə  etmək  uğrunda  kəskin 

mücadiləyə  başlamışdılar. Rusiya və Avropa dövlətləri tarixin 

orta  çağlar  mərhələsində  qapılıb  qalmış,  başlıca olaraq siyasi 

pərakəndəlikdən  əziyyət  çəkən  Şərq  ölkələrini  (eləcə  də 

Azərbaycanı) iqtisadi və  hərbi-siyasi  təcavüz obyekti kimi 

seçmişdilər. 

Coğrafi 

yaxınlıq 

ucbatından XVIII əsrin 

sonlarından  etibarən  Azərbaycan Rusiya imperiyasının  təcavüz 

obyektinə  çevrildi. Yeni (XIX) əsrin  əvvəllərindən  başlayaraq 

vətənimizin  əraziləri  «şimal  imperiyası»nın  tərkibinə ilhaq 

olunmağa  başlandı. Siyasi müstəqillik  imkanlarını  itirmiş 

Azərbaycanın  həm ictimai-iqtisadi, həm  də  mədəni  inkişaf 

istiqamətləri  müəyyən  dərəcədə  dəyişdi. Lakin Azərbaycan 

mədəniyyətinin  çoxəsrlik  təkamül tarixi, xalqın zəngin  mədəni-

mənəvi  potensialı yeni əsrdə  də onun bənzərsizliyini, spesifik-

liyini, etnik (milli) zəmində  təkamülünü  təmin  edən  möhkəm 

təməl idi. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə