NƏTİCƏ
Orta çağlar Azərbycan xalqının, mədəniyyətinin təkamülü
prosesində zənginliyi, ziddiyyətliliyi, bənzərsizliyi ilə fərqlənən
böyük tarixi mərhələ olmuşdur. Eramızın III əsrinə doğru
Azərbaycan mədəni inkişaf səviyyəsi, potensialı baxımından
Şərqin aparıcı ölkələri sırasında idi. Vətənimiz insanın əmələ
gəlməsi, ilkin cəmiyyətlərin, qədim dövlətlərin yaranması
mərkəzlərindən, ocaqlarından biridir. Araşdırma obyektinə
çevrilmiş dövrdə tədricən formalaşmaqda olan Azərbaycan
xalqı Şərq, islam və türk mədəni dəyərlərinin bənzərsiz
örnəklərini
yaratmışdır.
Təqdim olunan monoqrafiyada
Azərbaycan mədəniyyətinin təkamülü prosesi VII əsrin ilk
onilliklərindən, yəni ərəb işğalları, bir çox Yaxın və Orta Şərq
xalqlarının (eləcə də Azərbaycan xalqının), islamlaşması
dövründən izlənilir. Lakin xalqımızın islamaqədərki mədəni
keçmişi vardır. İslam dinini artıq VII əsrin ilk onilliklərindən
qəbul etmiş Azərbaycan əhalisinin (xalqının) mədəni – mənəvi
həyatında, düşüncə tərzində islamaqədərki dini baxışların
(bütpərəstlik,
atəşpərəstlik,
xristianlıq),
adət-ənənələrin
yüzilliklər boyu yaşarı olduğu şübhəsizdir. Azərbaycan tarix-
inin, mədəniyyətinin islamaqədərki təkamül mərhələsinə doğma
münasibətin formalaşdırılmasına, həmin tarixi mərhələnin daha
dərindən araşdırılmasına kəskin ehtiyac vardır.
Azərbaycanın islamlaşması, islam mədəni-tarixi sisteminə
daxil olması, xeyli müddət ərzində vahid dövlət (Ərəb Xilafəti)
daxilində inkişaf etməsi xalqın etnik, mədəni baxımdan
bütövləşməsinə yardım etmiş mühüm amil idi. Halbuki ərəb
işğalına qədərki dövrdə ölkənin cənub və şimal vilayətlərinin
müxtəlif dövlətlər (Atropatena, Albaniya, Sasanilər imperiyası)
tərkibində olması, əhalinin müxtəlif dinlərə tapınması
(bütpərəstlik, atəşpərəstlik, xristianlıq) həmin konsolidasiya
(bütövləşmə) prosesini ləngidirdi. Təqribən XII əsrə qədərki
dövrdə Azərbaycan mədəniyyəti Yaxın və Orta Şərq xalqları
üçün ümumi olan «müsəlman mədəniyyəti» sisteminin daxilində
inkişaf etmiş, həmin mədəniyyət xəzinəsini özünəməxsus, nadir
dəyərlərlə zənginləşdirmişdir. İspaniyadan Hindistanadək bir
386
çox ölkələri və xalqları hərbi və ideoloji (dini) baxımdan tabe
etmiş ərəblər fəth olunmuş böyük ərazidə yaşayan xalqların
(eləcə də Azərbaycan xalqının) VII əsrə qədərki zəngin mədəni,
siyasi, iqtisadi potensialının
təsirinə
məruz
qaldılar.
Mədəniyyətlərin qarşılıqlı təsiri prosesində Azərbaycanın rolu
və mövqeyi mühüm olmuşdur. Ərəb Xilafətinin tənəzzülü və
süqutu, yerlərdə müstəqil siyasi qurumların yaranması və
möhkəmlənməsi prosesi çox uzun çəkdi. Bir imperiya
dağılmamış yeni (Səlcuqilər) imperiya yaranmağa başladı və bu
proses Azərbaycanın (eləcə də bir çox islam Şərqi ölkələrinin)
böyük bölgə daxilində mədəni-tarixi təkamülünü təmin etdi.
Siyasi müstəqilliyini müxtəlif vasitələrlə qoruyub saxlamış
Şirvanşahlar dövləti bu dövrdə Azərbaycan mədəniyyətinin
mühüm inkişaf mərkəzlərindən olmuşdur. Atabəylər (Eldənizlər)
dövləti (1136-1225) nəzərdən keçirilən dövrün güclü siyasi
gərçəkliklərindən idi və Azərbaycanın mədəni baxımdan uğurlu
tərəqqisini təmin etmişdi. Ədəbiyyatda Əfzələddin Xaqani
Şirvani, Nizami Gəncəvi zirvələri, görkəmli Azərbaycan
alimləri, filosofları, memarlıq inciləri və s, bu ziddiyyətli,
böyük tarixi dövrün faktlarındandır. Ərəb işğalından XII əsrin
sonunadək olan uzun, ziddiyyətlərlə zəngin, dövlətlərin və
imperiyaların yaranışı, inkişafı, tənəzzülü və süqutu, daxili
(Azərbaycan miqyaslı) və regional səciyyəli çəkişmələri, etnik
və dini, mədəni və ideoloji səciyyəli prosesləri ilə fərqlənmiş ta-
rixi mərhələdə Azərbaycan mədəniyyəti öz təkamülünün yeni,
keyfiyyətcə daha zəngin səviyyəsinə çatmış, dünya mədəniyyəti
xəzinəsinə elmin, ədəbiyyatın, incəsənətin müxtəlif sahələrində
fərqlənmiş dahilərin bənzərsiz irsini əlavə etmiş, Şərq-islam-
türk mədəniyyəti məcmusunu Azərbaycan özəllikləri ilə
zənginləşdirmişdir. Azərbaycanın antik dövrünün, atəşpərəstlik
və xristianlıq mərhələsinin mədəni dəyərlər sisteminə islami
dəyərlər, ərəb dünyası vasitəsi ilə isə qədim yunan və Roma
mədəni faktları da əlavə olundu. Azərbaycan bu zaman
kəsimində də dünyada baş vermiş mədəni inteqrasiya prosesinin
ən fəal obyekti və subyekti olmuşdur.
387
XIII-XIV əsrlərdə Azərbaycan mədəni həyatı regional
miqyaslı hərbi-siyasi hadisələrin böyük təsiri şəraitindən asılı
idi. Monqol işğalçılarının talan və qarətləri, mədəniyyət ocaqları
olan Azərbaycan şəhərlərinin tənəzzülü XIII əsrin ikinci
yarısının gerçəkliklərindən olmuşdur. 1256-cı ildə Azərbaycanın
ictimai-iqtisadi, siyasi, mədəni potensialına arxalanaraq, bu
ölkəni mərkəz seçərək yeni dövlət (Hülakular-Elxanilər) qurmuş
monqollar dağıdıcılıq fəaliyyətindən yaradıcılıq yoluna əsaslı
dönüş etdilər. Azərbaycanın mədəni həyatında yeni canlanma
məhz bu zamandan başlandı. XIII əsrin sonlarında- XIV əsrin
əvvəllərində monqolların (və onlarla birgə kütləvi surətdə yeni
ərazilərdə məskunlaşmış türk tayfalarının) islam dinini qəbul
etməsindən sonra onların yerli türklərlə bütövləşməsi prosesinin
əsası qoyuldu. Fəth olunmuş Azərbaycana yeni vətən kimi
yanaşan Elxanilər şəhər həyatının, iqtisadiyyatın, ticarətin,
mədəniyyətin inkişaf etdirilməsi qayğısına qalmağa başladılar
və bu hal Elxanilər dövlətinin süqutu zamanınadək davam etdi.
Təbriz şəhərinin yeni mədəni, siyasi, iqtisadi yüksəlişi, onun is-
lam Şərqinin aparıcı mərkəzlərindən birinə çevrilməsi,
memarlıqda, şəhərsalma sahəsində, miniatür rəssamlığında, ta-
rixçilik və salnaməçilik sahəsində, ədəbiyyatda böyük canlanma
Elxanilər hakimiyyəti dövrünün mühüm üğurları olmuşdur.
Nəsirəddin Tusinin elmi fəaliyyəti, Marağa rəsədxanasının Şərq
elminin başlıca ocaqlarından birinə çevrilməsi həmin dövrün
diqqəti cəlb edən faktlarından idi. Hülakular (Elxanilər) dövləti
Azərbaycanda bir əsr (1357-ci ilədək) fəaliyyət göstərdi. Bu
dövlətin yaranması və yüz il ərzində mövcud olması tədricən
Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına təsir
etdi, onun hüdudlarında, əhalisinin etnik tərkibində, dini
görüşlərində, mədəni-mənəvi həyatında, dilində, ədəbiyyatında
nəzərəçarpacaq dəyişikliklər baş verdi. Lakin qeyd olunmalıdır
ki, bu dövlətin varlığının son 20 ili ərzində Çobani əmirlərinin
siyasi idarəçilikdə aparıcı yer tutması, elxanların hakimiyyətinin
zəifləməsi, Qızıl Orda xanlarının Azərbaycana vaxtaşırı hərbi
yürüşləri mədəni həyatın axarına müəyyən mənfi təsirini
göstərdi. Əməli olaraq hakimiyyəti ələ keçirmiş Çobaniləri
Dostları ilə paylaş: |