388
qonşu dövlətlər müstəqil, tamhüquqlu dövlətin hökmdarları kimi
tanımadılar və 1359-cu ildə Azərbaycan ərazisi Şeyx Üveys
(1360-1374) tərəfindən Cəlairidər dövlətinin tərkibinə daxil
olundu. Bu hökmdarın dövründə Azərbaycanın mədəni
həyatında nəzərəçarpacaq canlanma baş verdi. Cəlairilərin
Azərbaycanda hökmranlığı 1410-cu ilədək davam etdi.
Cəlairilər dövlətinin də başlıca mərkəzi Azərbaycan olmuş, bu
isə ölkənin sabit mədəni tərəqqisini təmin etmişdir. XIII-XIV
əsrlərdə də Şirvanşahlar dövləti regionda bir-biri ilə amansız
çəkişmələrdə olan dövlətlərdən asılı olmamaq uğrunda mübarizə
aparmış, ölkənin şimal vilayətlərinin qismən sabit mədəni
inkişafına müəyyən şərait yaratmışdır. Azərbaycan mədəniyyət
xadimləri bu yüzlliklər ərzində də Yaxın və Orta Şərqin elmi,
mədəni həyatında konkret zaman və məkan hədlərinə sığmayan
əməlləri ilə aparıcı mövqelər, şöhrət qazanmışdılar.
XIV əsrin sonlarına doğru Yaxın və Orta Şərqdə hərbi-
siyasi vəziyyət yenidən əsaslı surətdə dəyişdi və bu dəyişmə re-
gionun (xüsusilə Azərbaycanın) mədəni həyatına təsirini
göstərdi. Qızıl Orda xanlarının, Əmir Teymurun hökmranlıq
iddialarının toqquşduğu başlıca məkan Azərbaycan olmuşdur.
Hərbi yürüşlərin, feodal çəkişmələrinin, qarət və talanların əsas
obyektinə çevrilmiş Azərbaycan elmdə, ədəbiyyatda, fəlsəfədə
rəsmi, mühafizəkar baxışlara əks olan müxalif təlimlərin, dahi
şəxslərin vətəni, fəaliyyət məkanı kimi tanındı. XV əsrin
Azərbaycan mədəni mühiti hürufiliklə, Fəzlullah Nəiminin və
İmadəddin Nəsiminin ədəbi-fəlsəfi fəaliyyəti, Qaraqoyunlu və
Ağqoyunlu dövrünün mədəni yüksəlişi, Şirvanşahların əzəmətli
saray kompleksi və bir çox mədəni dəyərləri ilə diqqəti cəlb
edir. Bu yüzillikdə Azərbaycan torpaqları Qaraqoyunlu,
Ağqoyunlu və Şirvanşahlar dövlətlərinin tərkibində olmuş,
həmin dövlətlərin hərbi-siyasi qüdrəti Azərbaycanın potensialına
əsaslanmışdır. Azərbaycanın bu dövlətlərin mərkəzi, aparıcı
qismi olması mədəniyyətimizin müxtəlif sahələrinin (xüsusilə
ədəbiyyatın, memarlığın, təsviri sənətin) inkişafını təmin
etmişdir. XV əsr Azərbaycan tarixində siyasi sabitliyə doğru
güclənməkdə olan meyllə
əlamətdardır. Bu yüzillik
389
Azərbaycanın siyasi-iqtisadi, mədəni həyatında yeni yüksəliş
dövrüdür. Əbdülqadir Marağayı, Cahanşah Həqiqi, İmadəddin
Nəsimi, Təbriz miniatür məktəbi, bu şəhərdə inşa olunmuş
«Həşt-behişt» saray kompleksi, qızılbaş ideologiyası, islam
Şərqinin mədəniyyət mərkəzlərindən biri kimi Təbriz şəhərinin
yenidən ön mövqeyə keçməsi, Seyid Yəhya Bakuvi bu tarixi
dövrün mühüm Azərbaycan mədəniyyət faktları idi. XV əsrdə
də Azərbaycan qonşu ölkələrin hökmdarlarının (əsasən
Teymurilərin) hərbi yürüşlərinin obyekti olmuş və bu yürüşlər
nəticəsində Azərbaycan mədəniyyət xadimlərinin müəyyən
qismi Herata aparılmış, bu dövlətin paytaxtında yaradıcılıq
imkanlarını gerçəkləşdirmişdir. Əsrin sonlarına doğru bölgədə
yeni hərbi-siyasi situasiya yarandı. Qərbdən (Osmanlı dövləti
istiqamətindən) və Şərqdən (Teymuri müdaxilələri) aramsız
təzyiqlərdən hərbi-siyasi potensialı tükənmiş, daxili çəkişmələr
nəticəsində zəifləmiş Ağqoyunlu hakimiyyəti şiə-qızılbaş
hərəkatının, Səfəvi xanədanının getdikcə güclənən və geniş ic-
timai dəstəyə əsaslanan təzyiqləri qarşısında ideoloji, hərbi siya-
si cəhətdən tərksilah olundu. Azərbaycan yeni – Səfəvilər
dövlətinin mərkəzi oldu. Azərbaycan Səfəvilər dövləti Şərq, is-
lam və xüsusilə türk mədəni irsinin qorunması və inkişaf
etdirilməsi prosesinin mühüm təminatçısına çevrildi.
XVI-XVII
əsrlər
Azərbaycan
xalqının, onun
mədəniyyətinin təkamülü prosesində əsaslı keyfiyyət mərhələsi
kimi qiymətləndirilə bilər. Azərbaycan mədəniyyətinin həmin
yüzilliklərdəki ziddiyyətli inkişafı, bu inkişafın səciyyəvi
xüsusiyyətləri XVI əsrə qədərki çox əsrlik mədəni-tarixi inkişaf
prosesi ilə şərtlənmişdi. Bu dövrün mədəniyyəti habelə XVII
əsrdən sonrakı mədəni-tarixi tərəqqi üçün möhkəm zəmin idi.
Şərq, türk və islam mədəni dəyərlərinin daşıyıcısı olan,
özünəməxsus təkamül yolu keçmiş Azərbaycan xalqının
özgünləşməsi və yeniləşməsi prosesi XV əsrin sonlarından
başlanmışdır. Bu mədəni-tarixi proses XVI-XVII əsrlərdə daha
da güclənmiş və mədəniyyət faktlarında /ədəbiyyat və incəsənət,
dil və ədəbi dil, folklor, fəlsəfə və elm, maarif/ bariz surətdə
aşkara çıxmışdır.
390
Azərbaycan xalqının etnogenetik təkamülündə yeniləşmə
prosesinin uğurlu gedişini XVI əsrdə Səfəvilər dövləti təmin
etmişdir. Bu yüzillikdə bütün Azərbaycan torpaqlarının nisbətən
vahid,
mərkəzləşdirilmiş siyasi qurumda birləşməsi
mədəniyyətin uğurlu inkişafına, xalqın etnik konsolidasiyasına
həlledici təsir göstərmişdir.
Mədəniyyətin tərəqqisi xeyli mənada ölkə daxilində baş
vermiş ictimai-iqtisadi, siyasi proseslərdən, ideoloji amillərin
təsir dairəsindən asılı idi. Ümumdünya əhəmiyyətinə malik olan
Böyük coğrafi kəşflər və XVI əsrin əvvəllərindən XVII əsrin 40-
cı illərinədək baş vermiş Osmanlı-Səfəvi müharibələri (bu
müharibə Nadir şah Əfşarın hakimiyyəti zamanında –1746-cı
ildə başa çatdı) də Azərbaycan mədəniyyətinin inkişafına
mühüm təsir göstərmişdi. Azərbaycanın mədəni potensialının
/ədib, rəssam, xəttat, memar və s./ Yaxın və Orta Şərq regionuna
səpələnməsi bilavasitə Osmanlı-Səfəvi qarşıdurmasının labüd
nəticəsi idi. Lakin neqativ proseslər
məcmusunun
nəzərəçarpacaq
təsiri
labüd olaraq güclü
Azərbaycan
mədəniyyətinin təşəkkülünə səbəb oldu. Güclü potensiala malik
olan Azərbaycan ədəbiyyatı, incəsənəti, elmi, fəlsəfəsi Yaxın və
Orta Şərq mədəniyyətinin inkaşafına da mühüm təsir
göstərmişdir. XVI əsrin Azərbaycan mədəniyyəti dünya mədəni
sisteminə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Məhəmməd
Əmani kimi ədibləri, əzəmətli və mükəmməl Təbriz miniatür
məktəbini, memarlığın, musiqinin, folklorun, xəttatlığın və s.
mühüm uğurlarını əlavə etdi.
XVII yüzillik Azərbaycan mədəniyyətinin inkişafı üçün
əlverişli deyildi. XVI əsrin sonlarından etibarən mədəniyyətin
inkişafı prosesində Səfəvilər dövlətinin rolu azaldı. Obyektiv
(hərbi-siyasi) səbəblər üzündən dövlət paytaxtının 1598-ci ildə
İsfahana köçürülməsi, başlıca Azərbaycan vilayətlərinin
Səfəvilərin nəzarətindən çıxması bu neqativ halın əsasında
dayanırdı. Azərbaycan mədəniyyətinin inkişafı zərurət və tələbat
üzündən daha demokratik zəminə keçdi (yəni xalqın
təşəbbüsünə arxalanırdı). Folklorun, dekorativ-tətbiqi sənət
növlərinin xüsusilə güclü tərəqqisi, Azərbaycan ədəbi dilində
Dostları ilə paylaş: |