Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə126/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   122   123   124   125   126   127   128   129   ...   143

 

 

376 



Onun  tarixə  həsr  olunmuş, orta əsr  Şərq  poeziyasına aid olan 

əsərləri  vardır. Alim 1791-ci ildə orta əsr  şairləri  haqqında 

«Xülasət  ül-əfxar» adlı  təzkirə  yazmışdır. Sufilik bu əsrdə  də 

Azərbaycanda  mövqeyi  olmuş  təlim idi. Dövrün panteist 

fəlsəfəsi sufizmin ideoloqu Mirzə Həsən Zünuzinin (1758-ci ildə 

Xoy şəhərində anadan olmuşdur) yaradıcılıq fəaliyyəti ilə təmsil 

olunur. O, «Bəhr  əl-ümum» və  «Riyaz  ül-cənnət» əsərlərinin 

müəllifidir. Əbdürrəzzaq bəy Dünbulinin (1762-1828) fəaliyyəti 

də  əsasən XVIII əsrə  təsadüf  etmişdir. O, Təbriz  bəylərbəyisi 

Nəcəfqulu xan Dünbulinin  oğlu idi. Bu şəxsin  mənşəcə  kürd 

olduğu məlumdur. O, müəyyən müddət ərzində Abbas Mirzənin 

xidmətində  olmuş,  Fətəli  şahın (1797-1834) göstərişilə farsca 

«Məasiri-sultaniyyə» («Sultan  abidələri») əsərini  yazmışdır. 

Əsərdə XVIII əsrin sonunda-XIX əsrin  əvvəllərində  İranda, 

Azərbaycanda baş vermiş hadisələr təsvir edilmişdir. Qacarların 

hakimiyyət  uğrunda  mübarizəsi,  Ağa  Məhəmməd  şah  Qacarın 

həyatı,  Fətəli  şahın  hakimiyyəti, Abbas Mirzənin  hərbi 

islahatları,  Qarabağ,  Şəki,  Gəncə, Quba, Bakı,  Talış  xanlıqları 

haqqında  məlumatlar da bu əsərdə  vardır. Onun kürd  tayfası 

olan  dünbulilərin  tarixinə aid əsəri  də  mövcuddur.  Tarixçi 

«Məftun» təxəllüsü  ilə  şeirlər  yazmışdır.

185


 O, ensiklopedik 

biliyə malik idi, antik və  Şərq  fəlsəfəsinin  dərin bilicisi, tarixə 

və  fəlsəfəyə, etnoqrafiyaya və  ədəbiyyata dair bir sıra  əsərlərin 

müəllifi kimi tanınmışdı. «Hümayunnamə», «Həqaiq  əl-ənvar», 

«Həqaiq  əl-üdəba», «Məsnəvi» əsərləri  Əbdürrəzzaq  bəy 

Dünbulinin  yaradıcılığının  məhsuludur.  Mirzə Mehdi İlahi 

Təbrizi ictimai və  fəlsəfi fikir tarixində skeptisizmi ilə 

tanınmışdı, dövrünün görkəmli şairi və alimi idi. Molla Vəli Vi-

dadi  ilə Molla Pənah Vaqif XVIII əsrin  fəlsəfi fikir tarixində 

dərin  izlər  qoymuş  mütəfəkkirlər  olmuşlar.  Vaqiflə Vidadinin 

deyişməsi (müşairəsi) onların aləmə (kainata, cəmiyyətə, insana, 

yaradana)  baxışlarının  müxtəlifliyini  aşkara  çıxarmaqla  yanaşı 

mükəmməl 

söz 


ustası, humanist, filosof olduqlarını 

təsdiqləyir.

186

 Bu mütəfəkkirlərlə 



çağdaş olan folklor 

nümunələrində  –  «Aşıq  Qərib» və  «Əsli  və  Kərəm» 

dastanlarında cəmiyyətdəki zorakılıq, zülm, riyakarlıq bədbinlik 



 

 

377 



bəsləmir,  zülmə  qarşı  fəal  mübarizə  hissləri  açıqlanır. 

Zəmanəsinin  hərbi-siyasi  hadisələri  nəticəsində  Azərbaycandan 

uzaqlarda (İraqın  Kərbəla  şəhərində)  formalaşmış Zeynalabdin 

Şirvani  həm  səyyah,  həm alim, həm  də sufiliyin başlıca 

ideyalarının fəal təbliğatçısı idi. Bir çox fəlsəfi problemlər onun 

əsərlərinin  başlıca  araşdırma obyektidir. Alim islam fəlsəfəsi 

hüdudlarında  qapılıb  qalmamış, antik fəlsəfi irsin, qədim  Şərq 

fəlsəfəsinin  uğurlarından da lazımi  səviyyədə  bəhrələnmiş, bu 

fəlsəfi biliklərin fəal təbliğatçısı kimi çıxış etmişdir. 

XVIII 


əsr 

Azərbaycan 

mədəniyyətinin 

təkamülü 

prosesində  bənzərsizliyi  ilə  fərqlənən  mərhələdir.  Artıq bu 

mərhələdə aydınlaşdı ki, mədəniyyətimizin əski zəmində (feodal 

münasibətləri  şəraitində),  qapalı  şəraitdə  inkişaf  imkanları 

tükənmişdir. 

Azərbaycan 

cəmiyyətinin, 

mühitinin, 

mədəniyyətinin normal inkişafı üçün yeni zamanın tələbatlarına 

uyğunlaşmaq  zərurəti  yetişmişdi.  Artıq XVIII əsrin  sonlarına 

doğru  Osmanlı  dövləti  əski  əzəmətini  itirmişdi, iri (kapitalist 

inkişaf yoluna qədəm qoymuş) Avropa dövlətləri və Rusiya yeni 

xammal mənbələri və satış bazarları əldə etmək uğrunda kəskin 

mücadiləyə  başlamışdılar. Rusiya və Avropa dövlətləri tarixin 

orta  çağlar  mərhələsində  qapılıb  qalmış, ictimai-iqtisadi, siyasi 

cəhətdən  geridə  qalmış,  başlıca olaraq siyasi pərakəndəlikdən 

əziyyət çəkən Şərq ölkələrini (eləcə də Azərbaycanı) iqtisadi və 

hərbi-siyasi  təcavüz obyekti kimi seçmişdilər.  Coğrafi  yaxınlıq 

ucbatından XVIII əsrin sonlarından etibarən Azərbaycan Rusiya 

imperiyasının  təcavüz  obyektinə  çevrildi. Yeni (XIX) əsrin 

əvvəllərindən 

başlayaraq 

vətənimizin 

əraziləri 

«şimal 


imperiyası»nın  tərkibinə ilhaq olunmağa  başlandı. Siyasi 

müstəqillik  imkanlarını  itirmiş  Azərbaycanın  həm ictimai-

iqtisadi, həm də mədəni inkişaf istiqamətləri müəyyən dərəcədə 

dəyişdi. Lakin Azərbaycan  mədəniyyətinin  çoxəsrlik  təkamül 

tarixi,  xalqın  zəngin  mədəni-mənəvi  potensialı yeni əsrdə  də 

onun  bənzərsizliyini, spesifikliyini, etnik, milii zəmində 

təkamülünü təmin edəcək möhkəm təməl idi. 

 

 



 

 

378 



 

                                                           

1

 Эволюция восточных обществ: Синтез традиционного и современного



с. 73. 

2

 Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке (1590-1700 го-



ды), с. 38. 

3

  Эфендиев О.А. Азербайджанское государство Сефевидов в XVI веке, 



с. 200. 

4

 Бах: Акдаь М. Ъелали исйанлары (1550-1603). Анкара, 1963. 



5

  Петрушевский И.П. Очерки по истории феодальных отношений в 

Азербайджане и …, с. 326. 

6

 Йеня орада, с. 326. 



7

 Рахмани А.А. Азербайджан в конце XVI, с. 45. 

8

  Бах: Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке (1590-



1700), с. 77-105. 

9

 Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке, с. 38. 



10

 Петрушевский И.П. Азербайджан в XVI-XVII вв. Баку, 1949, с. 277. 

11

 Гейдаров М.Х. Города и городское ремесло, с. 107. 



12

 Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке, с. 85. 

13

 Азярбайъан тарихи цзря гайнаглар, с. 233-234. 



14

 Йеня орада, с. 232. 

15

 Ашурбейли С.Б. Экономические и культурные связи, с. 33. 



16

 Йеня орада, с. 34. 

17

 Гейдаров М.Х. Города и городское ремесло, с. 112. 



18

 Гончаренко Н.В. Духовная культура, с. 221. 

19

 Щаъыйев Т., Вялийев К. Азярбайъан дили тарихи, с. 51-52. 



20

 Азярбайъан ядябиййаты тарихи. 3 ъилддя, I ъилд, с. 444. 

21

  Азярбайъан классик ядябиййаты китабханасы. 20 ъилддя. III ъилд, с. 



23. 

22

 Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке, с. 201. 



23

 Ашурбейли С.Б. Экономические и …, с. 97-98. 

24

 Сяфярли Я. XVII-XVIII ясрляр Азярбайъан епик шеири, с. 68. 



25

 Мящяммядяли Тярбийят. Эюстярилян ясяри, с. 280. 

26

 Йеня орада, с. 284. 



27

 Азярбайъан классик ядябиййаты китабханасы. 20 ъилддя. ВЫ ъилд, с. 

119. 

28

 Мящяммядяли Тярбийят. Эюстярилян ясяри, с. 285. 



29

 Саиб Тябризи. Сечилмиш ясярляри. Бакы, 1980, с. 335. 

30

 Азярбайъан классик ядябиййаты китабханасы. 20 ъилддя. VI ъилд, с. 



119. 

31

 Йеня орада, с. 53. 



32

 Бах: Мясищи. Вярга вя Эцлса. Бакы, 1977. 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə