Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə125/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   121   122   123   124   125   126   127   128   ...   143

 

 

373 



lirdi. Quba xalçaları daxili və xarici bazarda xüsusilə  şöhrət 

qazanmışdı. Xalçalar həm əhalinin maddi tələbatını ödəyir, həm 

də onun estetik ehtiyaclarına xidmət edirdi. Xalçalara ornamen-

tal (naxış) və süjet səciyyəli bəzəklər vurulurdu. Bu dövrdə süjet 

səciyyəli  xalçalar  nisbətən az olmuş, «həm  də xeyli qaba və 

sxematik bir səpgidə  toxunmuşdur».

180

  Qarabağ, Quba, Gəncə, 



Şamaxı, Qazax, Təbriz, Bakı XVIII əsrdə Azərbaycan xalçaçılıq 

sənətinin  başlıca  mərkəzləri idi. Mənbələr  göstərir ki, XVIII 

yüzillikdə Azərbaycanda xovlu xalçalarla yanaşı xeyli miqdarda

yüksək keyfiyyətli, həyat və məişətdə geniş surətdə istifadə olu-

nan xovsuz xalça (kilim, palaz, vərni,  şəddə, sumax, zili) də 

hazırlanırdı.

181

  Azərbaycan  xalqının  sənət  tarixində  bədii  parça 



istehsalı önəmli yer tutur. XVIII əsrdə Azərbaycan şəhərlərində 

toxunan  parçaların  keyfiyyəti  Səfəvi  dövrünə  nisbətən xeyli 

aşağı  səviyyədə idi, lakin onlar dünya  ticarətində  hələ  də 

mühüm  alış-veriş obyekti olaraq qalırdı.  Təbriz,  Şamaxı, 

Naxçıvan,  Şəki,  Gəncə  şəhərləri  bədii  parça  məmulatının 

hazırlandığı  əsas  mərkəzlər idi. İpəkçilik yerli hakimlərə xeyli 

gəlir  veridiyinə  görə onlar bu sənətin  inkişafına  himayəçilik 

edirdilər.  Səyyah S.Qmelinin verdiyi məmulata  görə,  yalnız 

Məhəmməd Seyid xan Şamaxıda  ipəkçiliyi  bərpa  etmək 

məqsədilə Təbrizdən 100 nəfərə yaxın ustanı dəvət etmişdi. La-

kin qeyd olunmalıdır ki, XVIII əsrdə toxunan müxtəlif  parça 

növlərinin  bəzək  ünsürləri  artıq  əvvəlki  dövrlərlə  müqayisədə 

incəliyini və şairanəliyini itirmişdi. Bu əsrdən başlayaraq ölkədə 

toxunan parçalarda Qərbi Avropa naxış ünsürlərinə təsadüf olu-

nur.  Həmin  yüzillikdə  müxtəlif  məzmuna malik olan sujetli 

parça  naxışları  tamamilə  sıradan  çıxır,  nəbati  və  həndəsi 

naxışlarla  əvəz olunurdu. Parçalar  üzərində  təsadüf olunan 

bəzəklər  əsasən basma və  tikmə  üsulu  ilə icra edilirdi. Bədii 

tikmə  sənəti bu əsrdə  də xalq yaradıcılığının  tərkib  hissəsi idi. 

Tikmə  növləri  arasında  təkəldüz, saya, güləbətin,  pilək,  cülmə, 

muncuqlu, qurama və oturtma (qondarma) xalq arasında daha 

çox  yayılmışdı. Bu tikmə  növləri  arasında  yalnız biri (pilək) 

XVIII əsrin məhsulu hesab olunur. Pilək əsasən müxtəlif ölçülü 

taxta  və  pəncərələr  üçün  hazırlanmış  pərdələrin  üzərində 




 

 

374 



işlənirdi  (dəmir,  gümüş,  bürünc,  qızıl  parçalarından). XVIII 

əsrdə  Azərbaycanda  müxtəlif metallardan məişət  avadanlığı, 

bəzək  əşyaları  hazırlamaq  işi  geniş  yayılmışdı.  Mənbələrdən 

məlum olur ki, həmin  əsrdə  ölkədə  misgərlik daha çox  inkişaf 

etmişdir. 

Əcnəbi 


səyyahların 

əksəriyyəti 

Azərbaycan 

şəhərlərində  misgər  məhəllələrinin  olduğunu  xüsusilə qeyd 

etmişdir.  Şamaxı  xanlığı  tərkibində  olmuş  Lahıc  yaşayış 

məntəqəsi  əhalisinin  əksəriyyəti  misgərliklə  məşğul olurdu. 

Lahıc ustaları ən gözəl işlərini bir çox hallarda Şamaxıya gətirir, 

burada  çalışan  qravürçülərlə  birlikdə  başa  çatdırırdılar. 

Qravürçülər hazır qab-qacaqların üzərində bəzəklər açırdılar. Bu 

zaman Şəki şəhəri də metalişləmə sənətinin mərkəzlərindən idi. 

Zərgərlik bu yüzillikdə  xalqın  sənətkarlıq  fəaliyyətinin  başlıca 

sahələrindən  olmuşdur.  Qadın  bəzəkləri  gəzdirilməsinə  və 

taxılmasına  görə 4 qismə  bölünürdü: boyun, qol, barmaq, baş 

libaslarına  bənd olunan bəzəklər. Boyun bəzəkləri  ən  geniş 

yayılmış  zərgərlik  məmulatı idi (sinəbənd,  boğazaltı,  çiçək, qa-

rabatdaq  və s.). Zərgərlik  nümunələrinin  keçmiş  irslə  üzvi 

bağlılığını bu əsrdə hazırlanmış qadın və kişi kəmərləri xüsusilə 

əyani surətdə təsdiqləyir. Tədqiqatlar göstərir ki əski zamanlarda 

kəmərlə onu gəzdirən  şəxsin  vəzifəsini, var-dövlətini, dini 

əqidəsini,  milliyyətini  və  hətta  yaşını  müəyyənləşdirmək 

mümkün idi. XVIII əsrdə  kəmər daha çox  əməli  səciyyə 

daşımışdır.  İlk  növbədə  sənət  əsəri olan kəməri bu dövrdə  həm 

kişilər,  həm  də  qadınlar  taxırdılar.  Adətə  əsasən  qadınlar enli, 

kişilər  isə nazik kəmərlər  qurşayırdılar.  Kəmərlər fiqurlu və 

bəzəkli,  bürünc,  gümüş  və ya qızıl  hissələrdən  hazırlanırdı. Bu 

əsrdə Azərbaycanda ən geniş yayılmış kəmərlərdən biri «çərkəzi 

kəmər»  idi. Bu kişi  kəmərləri nazik meşindən  hazırlanır, 

yanlarından  ətəyə sallanan qotazları olurdu. XVIII əsrdə 

Azərbaycanda  daşoyma  sənəti  xüsusi  vüsətlə  inkişaf  etmişdi. 

Daşoyma  sənətinin  ən bariz nümunələrinə  məzar  daşlarında 

təsadüf edilir.

182


 Bu cür nümunələr bütün Azərbaycan ərazisində 

yayılmışdır. XVIII əsrin  məzar  daşlarının  bəzəklərində  süjet 

səciyyəli kompozisiyalara təsadüf olunmur. XVIII əsrdən 

etibarən Azərbaycanın daş plastikası tədricən sənət forması kəsb 




 

 

375 



etməyə başlamışdı. «Bu isə abidələrin həm texniki, həm də bədii 

səviyyəsinin 

kəskin 

surətdə 


aşağı 

düşməsinə 

gətirib 

çıxarmışdı».

183

 XVIII yüzillikdə ustalar daşdan at və  qoç 



fiqurları hazırlayır, həmin fiqurların üzərində müxtəlif bəzəklər, 

yazılar həkk edirdilər. Ölkənin qərb, dağlıq bölgələrində bu cür 

fiqurlar daha çox  hazırlanırdı. Bu əsrdə  təsviri  sənət  sahəsində 

müəyyən  uğurlar  qazanılmışdı.  Əvvəlki  əsrlərdən  memarlıq 

abidələrinin dekorativ bəzəyinin  əsasını polixrom kaşı  təşkil 

edirdisə, bu əsrdə onu daha ucuz və  asanlıqla  başa  gələn 

boyakarlıq  sənəti  əvəz  etməyə  başladı.  Boyakarlıq  əsərlərində 

çox zaman müharibə  və ov səhnələri, kef və musiqi məclisləri, 

klassik  irsdən  və folklordan qaynaqlanan süjetlər  və obrazlar, 

konkret tarixi şəxsiyyətlərin portretləri əks olunurdu. Bu zaman 

Azərbaycanda divar rəssamlığı  geniş  yayılmışdı,  özünün 

məzmun  və forma müxtəlifliyi  ilə  fərqlənirdi.  Azərbaycan 

xanları,  dövrün  imkanlı  şəxsləri  sarayların,  imarətlərinin  bədii 

tərtibatı 

gedişində boyakar rəssamların 

sənətindən 

faydalanmışdılar.  Azərbaycan divar rəsmlərinin  əsasını xalq 

yaradıcılığının  ən  geniş  yayılmış  və  mükəmməl  növü olan or-

namental kompozisiyalar təşkil edir. Şəki xan sarayının divar 

rəsmləri XVIII yüzilliyin 

təsviri 

sənətinin 

mükəmməl 

örnəklərindən biridir.

184

 

XVIII  əsrdə  Azərbaycan  şəhərlərinin iqtisadi və  mədəni 



baxımdan 

tənəzzülü, 

ölkənin ictimai-siyasi həyatında 

sənətkarların rolunun zəifləməsi  dövrün  dünyagörüşünün 

təkamül sürətinə, səviyyəsinə mənfi təsir göstərmişdir. Lakin bu 

hal  dövrün  istedadlı, arif, müdrik, bilikli şəxslərinin  keçmişlə

müasir zamanla maraqlanmasının  qarşısını ala bilməzdi. XVIII 

əsrin fəlsəfi fikir tarixində klassik mədəni irsin araşdırılması və 

təbliği davam etməkdə idi. Öncə onu qeyd etmək  lazımdır ki, 

fəlsəfi  görüşlərin,  biliklərin  başlıca  daşıyıcıları,  təbliğatçıları 

həmin  dövrdə  də  Azərbaycanda  və  vətəndən  kənarda  yaşayıb-

yaradan  ədiblər  idilər. 1751-ci ildə anadan olmuş,  vəfatı tarixi 

bəlli olmayan Mirzə  Əbutalib  xanın  yaradıcılığı  diqqəti  cəlb 

edən  faktlardandır. O, Nadir şahın  dövründə Hindistana 

mühacirət  etmiş  azərbaycanlı  ailəsində  dünyaya  göz  açmışdır. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə