Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə1/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
  1   2   3   4   5   6   7   8   9   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.




LOGİSTİKA ANLAYIŞLARI 
LOGİSTİKANIN ELEMENTLƏRİ 
 
Logistika (logistics) 
– yunan mənşəli söz olub düşünmək, hesablamaq sənəti 
mənasını bildirir. İqtisadiyyatda logistika – başlanğıc mənbədən son istehlakçıya 
qədər material, informasiya və maliyyə axınlarının təşkil edilməsi, idarə edilməsi 
və hərəkətin optimallaşdırması ilə bağlı elmi və praktik fəaliyyətdir. Logistika çox 
qədim bir tarixə malik sahədir. Lakin insan cəmiyyətinə ilk dəfə XVIII əsrdə 
hərbiçilər tərəfindən ön və arxa cəbhənin rasional əlaqəsini təmin etməklə hərbi 
məqsədlərə çatmaq üçün tətbiq edilib. Logistika üzrə ilk elmi işlərin müəllifi 
Fransız hərbi nəzəriyyəçisi və tarixçisi Antuan Anri Comini (1779 – 1869) hesab 
edilir. O, 1804 – 1813-cü illərdə Fransız ordusunda, 1813-cü ildən isə Rus 
ordusunda xidmət edib. Comoini logistikaya ordu hissələrinin praktiki manevr 
sənəti tərifi vermişdi, bu halda, onun fikri ilə logistika yalnız ordu hissələrinin və 
sursatların daşınmasını deyil, həmçinin də planlaşdırmanı, idarəetməni, təchizatı, 
ordu hissələrinin dislokasiya yerinin müəyyən olunmasını, kommunikasiyaların 
çəkilişini və s.-ni əhatə edir. 
İkinci dünya müharibəsinin gedişatında da logistika geniş tətbiq edilib. 
Logistika bir elm kimi keçən əsrin 60-ci illərindən inkişaf etməyə başlayıb, 
lakin bu dövrdə o sistemli xarakter daşımayıb, onun yalnız bir sıra elementləri 
tətbiq olunub. Keçən əsrin ortalarına qədər malın çatdırılma sxemlərinin 
yaradılmasına böyük əhəmiyyət verilmirdi. Bu dövr istehsalın kəmiyyətcə inkişafı 
ilə səciyyələnirdi. Ancaq keçən əsrin ortasında artan rəqabət istehsalda 
üstünlüklərin yaradılması yollarının axtarışı ehtiyacını yaratdı. Bu mərhələdə bölgü 
sisteminə pul yatırımı istehsal sahəsinə kapital qoyuluşuna nəzərən bazarda 
təchizatçının vəziyyətinə daha güclü təsir etdi. Xammalın, detalların və son 
məhsulun hərəkətinin bütün mərhələlərinin izlənməsi material axınlarının idarə 
edilməsinin adət edilmiş sxemlərində buraxılan itkiləri görməyə imkan verdi. 
Logistik təşkil olunmuş zəncirlərdə son nöqtədə malın maya dəyəri, həmin malın 
logistik yanaşma olmadıqdakı dəyərindən aşağı olur. Məhz bu səbəbdən logistikanı 
material axınlarını daha effektiv idarə etmək üçün tətbiq etməyə başladılar. 
Logistikanın aktiv tətbiqinə elmi-texniki inkişaf da kömək etdi, o kompüter 
texnologiyalarını və ani əlaqəni mümkün etdi. Bu material və informasiya 
axınlarını izləməyə, yerdəyişmənin bütün mərhələlərində onları idarə etməyə 
imkan verdi. 
Artıq 80-ci illərdən etibarən logistika Avropada və Amerikada sistemli 
şəkildə formalaşmağa başladı və bu dövrdən etibarən insan həyatının bütün 
sahələrinə, o cümlədən nəqliyyat sahəsinə tətbiq olundu. Hal-hazırda logistikaya 
bir elm kimi müxtəlif baxışlar var. Bu baxışlar tətbiq sahəsinin xüsusiyyətlərindən 
asılıdır. Bütövlükdə logistika idarəetmə ilə bağlı olduğundan, bu aspektdən 
logistika elminin tərifini aşağıdakı kimi vermək olar. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə