Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə7/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   2   3   4   5   6   7   8   9   10   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

5.
 
Qiymətləndirmə 
Bu mərhələdə logistik şəbəkə üzrə hər interval üçün logistik xərclər 
müəyyənləşdirilir. Bütövlükdə şəbəkə üzrə logistik xərclər hesablanır və 
çatdırmanın qiyməti müəyyənləşdirilir. Bu mərhələ optimal həll variantının 
seçilməsi üçün önəmlidir, orada istifadə olunur. Bundan başqa hərəkət tərkibinin 
seçilməsi, aralıq obyektlərin yaradılma xərcləri, avadanlıq xərcləri və s. hesablanır. 
6.
 
Qərarın qəbulu 
Qərarın qəbul olunması – kənar şərtlər nəzərə alınmaqla verilmiş məqsəd 
çərçivəsində optimal alternativin seçilməsidir. Əvvəlki mərhələlərin nəticəsinə 
əsasən logistik zəncirin hər bir mərhələsi və bütövlükdə zəncir üçün qərar qəbul 
edilir. Qərarlar qəbul edilərkən idarəetmənin iyerarxiyaları (təbəqələri, zəncirin hər 
bir qolu) üzrə ayrı qərar qəbul olunur. Onların icrası üçün qüvvədə olan müvafiq 
normativ sənədlər əsasında icra sənədləri hazırlanır. İcra sənədləri texniki, iqtisadi 
və hüquqi aspektləri mütləq özündə əks etdirməlidir. 
7.
 
İcra olunmanın mümkünlüyü 
Qəbul olunmuş qərarlar texniki, iqtisadi və hüquqi cəhətdən əsaslı olmalıdır. 
Bundan başqa onların reallaşması üçün maddi, əmək və iqtisadi resurslar mövcud 
olmalıdır. Çünki, bu göstəricilər müəyyən məhdudiyyətlərə söykənir. Məsələn, 
hərəkət tərkibinin yeniləşməsi ilə bağlı qəbul olunmuş qərarların yerinə yetirilməsi 
üçün müvafiq vəsait lazımdır. 
8.
 
Əks reaksiya 
İstənilən sistemin son mərhələyə çatdıqda alinmış nəticələri qoyulmuş ilkin 
məqsədlə müqayisə edilir. Müqayisə əsasında, əgər qoyulmuş məqsədə çatılmırsa 
onda sistemin başlanğıcına qayıdılır və proses korreksiya (dəyişikliklər) olunur. 
NƏQLİYYAT SİSTEMİ 
NƏQLİYYAT XİDMƏTİ VƏ ONUN KEYFİYYƏTİ 
 
Son 15 – 20 ildə insan cəmiyyətinin həyati tələbləri yeni bir formaya 
keçmişdir. İnsanların almaq istədikləri xidmətlərə yanaşma tərzi dəyişmişdir. 
İnsanların almaq istədikləri xidmətlərə yanaşma tərzi dəyişmişdir. İnsanlar daha 
keyfiyyətli və daha yüksək xidmətlərə meylli olub. Xidmətlərin müxtəlif növləri 



mövcuddur. Lakin bu növlərin müxtəlifliyinə baxmayaraq onların bu və ya digər 
formada qarşılıqlı əlaqəsi mövcuddur. Xidmətlər ilkin olaraq 2 növə bölünə bilər: 
1.
Materialların çevrilməsi və maddi istehsal ilə bağlı olan xidmətlər. 
2.
Qeyri-maddi xidmətlər . 
Qeyri-maddi xidmətlərin maddi istehsalı gözlə görünmür, hiss olunmur, 
ölçülməsi mürəkkəbdir. Müxtəlif xidmət növlərinin (istehsal və ya qeyri-istehsal) 
əlaqələndirilməsi özü də bir xidmət növüdür, bu xidmət sahəsi çox zəruri xidmət 
sahəsidir. Bunlara ilk növbədə: nəqliyyat və rabitə xidmətləri aiddir. Nəqliyyat 
xidmətlərinə müxtəlif baxışlar var və bu baxışlar maddi və ya qeyri-maddi istehsal 
xidmətləri baxımındadır. Bütövlükdə nəqliyyat qeyri-maddi istehsal sahəsidir və 
müasir dünyanın bütün xidmət növlərinin başlıca əlaqələndiricisidir və özü böyük 
xidmət sahəsidir. 
Son dövrlərə qədər əksər nəqliyyat müəssisələri yalnız daşıma əməliyyatlarını 
yerinə yetirirdilər və digər xidmətlər göstərmək haqqında düşünmürdülər. Hazırda 
“nəqliyyat xidməti” anlayışı nəqliyyatın işinin təşkili və planlaşdırılması 
praktikasında geniş istifadə olunur. 
Xidmətlərin inteqrasiya olunması (bir-biri ilə bağlanması) insanların 
tələbatının yüksəlməsi ilə bağlıdır və bu tələbatın vaxtında və keyfiyyətlə təmin 
olunmasına yönəlib. Belə olanda məsələnin həlli üçün klassik idarəetmə baxışları 
yaramır. Ona görə də logistik idarəetmə və ya logistik xidmət anlayışı meydana 
çıxıb. Logistik xidmət insanların bir çox xidmətlərə olan ehtiyacını keyfiyyətlə 
təmin edə bilər. Logistik xidmətin özəyində isə əlaqələndirici xidmət olan 
nəqliyyat xidməti durur. Nəqliyyat xidməti müxtəlif çeşidlidir. Buna keçməzdən 
əvvəl nəqliyyata sistemli yanaşma prizmasından baxaq. Bilirik ki, nəqliyyat böyük 
bir sistem şəklində fəaliyyət göstərir. Nəqliyyat sisteminin özü müxtəlif əlamətə 
görə təsnif olunur. 
1.
Nəqliyyat növlərinə görə 
Şəkil 3 
2.
İnzibati tabeçilik əlamətinə görə 
3.
Ərazi bölgələri üzrə: beynəlxalq, regionlar üzrə, ölkələrarası, şəhərlər üzrə 
və ən sonda müəssisələr üzrə paylanır. 
Nəqliyyat sistemlərinin digər müxtəlif əlamətləri də mövcuddur. 
Nəqliyyatın növünə görə nəqliyyat sisteminə nəzər yetirsək görərik ki, 
müxtəlif nəqliyyat növlərini birləşdirən ümumi xidmət kriterisi daşıma-çatdırma 
prosesidir. Lakin onların xidmətlərinin fərqli xüsusiyyətləri daha böyükdür. 



Məsələn, avtomobil və dəmiryolu nəqliyyatını müqayisə edək. Avtomobil 
nəqliyyatı “qapıdan-qapıya” çatdırma xidmətini, mobil, çevik və qısa zamanda 
göstərə bilir, istehlakçılar üçün əlverişlidir (yararlıdır). 
Lakin bu xüsusiyyətlərin əksəriyyəti dəmiryolu nəqliyyatında yoxdur. 
Müxtəlif nəqliyyat növlərinin fəaliyyətini belə analiz etdikdə onların xüsusi 
xidmət növlərini göstərmək olar. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə