Microsoft Word Logistika muhazir? konspekti 85 seh


Logistik resurslara daxildir



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə3/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   2   3   4   5   6   7   8   9   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Logistik resurslara daxildir: 

material resursları; 

informasiya resursları; 

maliyyə resursları. 
Buna görə də logistikada əsasən material, informasiya və maliyyə 
resurslarının hərəkəti idarə olunur. 
Logistikanın əsas məsələləri 
bunlardır: 
Logistikanın yeddi qaydası sxemi 











müəssisənin material axınlarının səmərələşdirilməsi; 

istehlakçının sifarişləri ilə istehsal gücünün maksimal yüklənməsi; 

material axınının bütün mərhələlərində material resurslarına qənaət edilməsi

istehsal və hazır məhsulun reallaşdırılması xərclərinin optimallaşdırılması. 
Logistikanın əsas məqsədi 
− istehlakçıların sifarişlərinin ödənilməsini təmin 
etmək üçün material axınlarının məkan və zaman üzrə səmərəli təşkil edilməsidir

Logistik funksiya 
− konkret məqsədə çatmaq üçün yerinə yetirilən 
əməliyyatların toplusu və ya logistik sistemin (müəssisələr toplusunun) məqsədinə 
çatmaq üçün ümumiləşdirilmiş təsirlərin logistik yığımıdır. 
Logistikanın əsas 
funksiyaları 
bunlardır: 

logistikanın tədarük funksiyası (tədarük logistikası); 

logistikanın istehsal funksiyası (istehsal logistikası); 

logistikanın marketinq funksiyası (marketinq logistikası). 
Logistikanın 
konsepsiyası 
– 
material 
və 
servis 
axınlarının 
optimallaşdırılması hesabına müəssisələrin fəaliyyətinin yüksəldilməsi üçün 
baxışlar sistemidir. Logistikanın konsepsiyası sistemli yanaşma əsasında yerinə 
yetirilir. 
Logistik əməliyyat 
(
təsir) 
− logistik axının dəyişməsinə yönəlmiş təsirlərin 
cəmidir

Logistik əməliyyat logistik axında yük, sərnişin, xidmət, məlumat və 
maliyyə çevrilmələrini yerinə yetirmək (məsələn: qum, sement – beton) üçün 
təsirlərin xüsusiləşmiş toplusudur. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə