Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə6/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   2   3   4   5   6   7   8   9   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

3.
 
Alternativ həll yollarının axtarılması 
Alternativ 
– 
qoyulmuş məqsədə digər, mövcud üsullardan fərqli üsulla 
çatmaqdır. Alternativ axtarış 
– 
qoyulmuş məqsədə uyğun həll üsullarının tapılması, 
formalaşdırılması və analizidir. 
Yerinə yetirilə bilən bütün alternativlər buraxıla bilən qiymətlər oblastını 
təşkil edir. Məqsədə çatmaq üçün bir neçə həll variantları hazırlanır və bu 
variantlar ayrı-ayrılıqda təhlil. Hazırlanmış hər bir həll variantı qoyulmuş məqsədi 
müxtəlif aspektlərdən (burada kriteri kimi yekun qiymətlər, sosial, iqtisadi və s. 
göstəricilər ola bilər) müqayisə edir və ən optimal və ya əlverişli variant seçilir.. 
Optimal variantın seçilməsi 
Məsələn: A və B məntəqələri arasında zəncir sxematik olaraq göstərilmişdir, 
yəni 1, 2, 3, 4 və s. variantlar vardır. Bunlardan iqtisadi, siyasi, təhlükəsizlik nəzərə 
alınmaqla məsələn, 3 variantı ən optimaldir. 


 
 
Şəkil 2 
4.
 
Proqnozlaşdırma 
Proqnoz – gələcəkdə hadisələrin (nəticələrin və göstəricilərin) müşahidələr və 
nəzəri müddəalara əsaslanan baş vermə ehtimalıdır. Proqnozlaşdırma – proqnoz 
məlumatlarının əldə edilmə prosesidir. 
Logistik zəncir qurularkən mütləq logistik axın (yük və ya sərnişin axını) və 
onun uzun müddət stabil olması vacib şərtdir. Bunun üçün axının tədqiq olunması 
və onun xarakterinin öyrənilməsi vacib şərtdir. İstənilən logistik sistem dinamik 



(dəyişən, inkişaf edən) olduğundan axının inkişaf dinamikasında öyrənilməlidir. 
Başqa sözlə logistik axının müəyyən dövrləri üçün (yaxın, orta, uzaq dövr), onun 
inkişafı haqqında məlumata malik olmaq vacibdir. Bu məlumatın əldə olunma 
prosesi proqnozlaşma adlanır. 
Proqnozlaşma logistik sistemin informasiya təminatının əsas hissələrindən 
biridir. Praktikada proqnozlaşmanın üç növü var: 
1.
qısa müddətli; 
2.
orta müddətli; 
3.
uzun müddətli (30 – 40 il). 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə