Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə4/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   2   3   4   5   6   7   8   9   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Logistik zəncir – 
logistik sistemə daxil olan obyektlərin (müəssisələrin) 
logistik məqsədə uyğun olaraq müəyyən xətt üzrə və müəyyən ardıcıllıqla 
(ardıcıllıq sabit olmalıdır) düzülmüş strukturudur. 
Satıcı 
Alıcı 
Şəkil 1. Logistik zəncir 
Zəncirin bir ucunda, əvvəlində − xammal (satıcı), digər ucunda − sonunda isə 
istehlakçı-alıcı olur. 
Logistik zənciri 3 yerə bölürlər: 
1.
Tədarük (satınalma -topdan alış) logistikası 
2.
İstehsal logistikası 
3.
Paylama (Marketinq) logistikası 
Logistik axın 
− yüklərin (mal, xammal), sərnişinlərin logistik zəncirin 
obyektləri arasında kəmiyyət (miqdar) üzrə axın xarakterini, dəyişmə xarakterini 
göstərən strukturdur. Logistik axın nəqliyyatın logistik əməliyyatlarını qorumaq 
üçün çox önəmlidir. Logistikada əsas idarəolunma obyekti 
logistik axınlardır

Logistik axınların 
aşağıdakı növləri var: 




material axınları; 

maliyyə axınları; 

informasiya axınları; 

servis axınları. 
Logistik material axınlarına 
aşağıdakılar aiddir: 

xammal axını; 

yarımfabrikat axını; 

hazır məhsul axını. 
Logistikada maliyyə axınları material axınlarının əksi istiqamətdə baş verir

Logistik kanal 
− axını sifariş verilən yerdən təyinat yerinə çatdıran 
subyektlər çoxluğunun ardıcıllığıdır. 
Logistik şəbəkə 
− logistik sistemin material, servis, informasiya və maliyyə 
axınları ilə əlaqəli elementlər çoxluğud
u
r

Logistikanın idarəetmə elementləri 
(alətləri) aşağıdakılardır


planlaşdırma; 

nəzarət; 

təşkil etmə; 

informasiya təminatı. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə