Microsoft Word Logistika muhazir? konspekti 85 seh


Logistik  (o cümlədən nəqliyyat)  xidmətlər



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə8/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   4   5   6   7   8   9   10   11   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Logistik 
(o cümlədən nəqliyyat) 
xidmətlər 
aşağıdakı müddəalar və qaydalara əsaslanır: 
-
hər bir xidmət alıcı üçün unikaldır; 
-
xidmət maddi deyil, son nəticədə göstərilən xidmətdən qavrama və 
informasiyadan başqa heç nə qalmır; 
-
xidmət (və ya onun bir hissəsi) yenidən istifadə oluna bilməz
-
göstərilən xidməti təmir etmək olmaz
-
xidməti ehtiyat üçün toplamaq olmaz; 
-
göstərilmiş xidməti təkrar yerinə yetirmək olmaz
-
yaxşı və keyfiyyətli xidmət, müştərinin yadında qısa müddət qalır, pis 
xidmət uzun müddət yaddan çıxmır. 
Sadalanan bu xüsusiyyətlər nəqliyyat xidmətləri üçün də çox önəmlidir. 
Müasir dövrdə nəqliyyat xidmətlərinə əsasən aşağıdakılar daxildir. 

yüklərin və ya sərnişinlərin daşınması; 

yükləmə − boşaltma işləri (yükləmə, boşaltma, yenidən yükləmə
sərnişinlərin minib-düşməsi, anbar daxili əməliyyatlar); 

yüklərin saxlanması; 

daşıma vasitələrinin hazırlanması; 

daşıma vasitələrinin icarə və ya kirayə (prokat) şəklində verilməsi

yeni nəqliyyat vasitələrinin gətirilməsi və təmir olanların çatdırılması; 

digər xidmətlər. 
Nəqliyyat sahəsi elə fəaliyyət göstərməlidir ki, mümkün qədər az xərclərlə 
müştərilərin tələbatını yerinə yetirsin. Nəqliyyat logistik sistemdə (NLS) yüklərin 
daşınması üzrə müştərilərə 
nəqliyyat xidməti aşağıdakı mərhələləri əhatə edir


yüklərin fiziki xüsusiyyətlərinə uyğun qablaşdırılması; 

qablaşdırmanın markalanması − üzərinə müvafiq işarələrin, ştrix-kodların və 
xüsusi işarələrin vurulması; 

unifikasiya olunmuş (eyniləşdirilmiş) nəqliyyat taralarından istifadə, yük 
vahidlərinin formalaşdırılması, paketləmə və konteynerləmə; 

daşımanın və nəqliyyat vasitələrinin optimal (rasional, qəbul oluna bilən) 
növünün seçilməsi; 

nəqliyyat vasitəsinin yükgötürməsindən maksimum istifadə; 

yükləmə-boşaltma işlərinin aparılması zamanı texnoloji proseslərə əməl 
edilməsi; 

yerləşmənin təşkili, anbar və terminallarda əmtəənin uçotu və ehtiyatı 
zamanı müasir texnologiyalardan istifadə edilməsi; 

müasir informasiya texnologiyalarının və kompüter təminatının tətbiqi. 




Nəqliyyat müəssisələrinin əsas fəaliyyəti ilə bağlı 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə