Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə15/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   11   12   13   14   15   16   17   18   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Nəqliyyat təminatı 
daşıma, yükləmə-boşaltma və saxlama xidmətləri 
göstərilməklə yüklərin və sərnişinlərin məkan və zaman üzrə yerdəyişmə prosesi 
ilə bağlıdır. 
Ekspedisiya təminatı 
istehsalçıdan istehlakçıya malın hərəkəti prosesinin 
tərkib hissəsi olub əlavə iş və əməliyyatları əhatə edir. Bu işlər (ekspedisiya, 
kommersiya-hüquqi və informasiya-konsultativ xidmətlər) görülmədən daşıma 
prosesi göndərmə məntəqəsində başlaya, təyinat məntəqəsində isə davam edə və 
sona çatdırıla bilməz. 
Nəqliyyat logistik sistemdə müxtəlif nəqliyyat növlərinin müxtəlif variantlı 
qarşılıqlı əlaqəsi ola bilər. Bu qarşılıqlı əlaqə hər bir nəqliyyat növünün istismar 
xarakteristikasından, 
iqtisadi-texniki 
xüsusiyyətlərindən, 
daşınan 
yükün 
xarakterindən, daşıma prosesinin göstəricilərindən (müntəzəmlik, məsafə, 
ritmiklik) və s. amillərdən asılıdır. Sadalananları bütövlükdə 3 qrupa bölmək olar: 
1.
Texniki amillər; 
2.
Texnoloji amillər; 
3.
İqtisadi-təşkilati amillər. 
Texniki amillərə 
hərəkət tərkibi, istehsalat texniki bazalar, yükləmə- 
boşaltma qurğuları və digər infrastruktur elementlər daxildir. 
Texnoloji amillərə 
− daşıma, yükləmə-boşaltma və çatdırma ilə bağlı yerinə 
yetirilən bütün işlər aiddir. 
İqtisadi-təşkilati amillər 
− prosesin iqtisadi cəhətdən əlverişli olması ilə bağlı 
olan amillərdir (daşıma, yükləmə-boşaltma, saxlama, nəqliyyatın boş dayanma 
xərcləri). 


18 
Nəqliyyat logistik sistemdə müxtəlif nəqliyyat növlərinin əlaqəsini bu amillər 
baxımından nəzərdən keçirərkən müasir dövr üçün daşımanın mümkün növlərini 
bilmək lazımdır. 
Malların və sərnişinlərin çatdırılmasında iştirak edən nəqliyyat növlərinin 
sayına görə çatdırma sistemləri bir növlü (yunimodal) və çox növlü (multimodal və 
intermodal) bölünür. Şəkil 2.6-da daşımaların texnologiyasının və təşkilinin 
iyerarxik piramidası (strukturu) göstərilib. Bu piramidanın başında intermodal 
daşımalar, aşağıda – multimodal və yunimodal regionlar arası, sonra – 
xüsusiləşdirilmiş nəqliyyat müəssisələri ilə vilayətlər və şəhərlər arası daşımalar, 
nəhayət, ayrı-ayrı iş adamları və istehsal və kommersiya strukturlarının şəxsi 
avtomobilləri ilə yerli daşımalar durur. 
Şəkil 5. Daşımaların iyerarxik strukturu: 1 – intermodal daşımalar; 2 – 
multimodal daşımalar; 3 – yunimodal daşımalar; 4 – xüsusiləşdirilmiş nəqliyyat 
vasitələri ilə vilayətlər və şəhərlər arası daşımalar; 5 – ayrı-ayrı müəssisələr və 
qeyri-nəqliyyat təşkilatları ilə daşımalar 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə