Microsoft Word Logistika muhazir? konspekti 85 seh


Logistik sistemlərin əsas tipləri



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə12/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   8   9   10   11   12   13   14   15   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Logistik sistemlərin əsas tipləri 
aşağıdakılardır: 

funksional-ixtisaslaşdırılmış sistemlər; 

inteqrasiya olunmuş sistemlər

mikrologistik sistemlər 

makrologistik sistemlər. 

mezologistik sistemlər; 

qlobal sistemlər. 
Sistemlər 
Sadə 
(bütöv) 
Mürəkkəb 
Olduqca mürəkkəb 
(üzvü bütöv) 
Additiv 
(mexaniki bütöv) 
Emercent 
(sistemli bütöv) 
Şəkil 2. Mürəkkəblik dərəcəsinə görə sistemin təsnifatı 
Makrologistik sistem 
– ölkənin müxtəlif regionlarında olan, dövlətlərarası və 
ya transkontinental səviyyədə fəaliyyət göstərən müxtəlif təşkilatları əhatə edən 
maddi axınların real vaxt miqyasında idarəetmə sistemidir. Yəni belə sistemlər 
dövlətlərarası, respublikalararası, vilayətlərarası əlaqələr kimi dövlət səviyyəsində 
formalaşır. 
Mezologistik sistem 
– bir sahə daxilində tərəfdaşlıq şəraitində işləyən 
müxtəlif təşkilatları əhatə edən maddi axının inteqrasiya olunmuş idarəetmə 
sistemidir. 
Mikrologistik sitem 
– maddi axının bir təşkilatın daxilində təşkil edilmiş 
idarəetmə sistemidir. Mikrologistik sistemlərə müxtəlif müəssisələri, firmaları, 
şirkətləri, həmçinin onların müəyyən bölmələrini aid etmək olar. 
Logistik sistemləri tam əsasla mürəkkəb emercent (gözlənilmədən meydana 
çıxan) sistemlərə aid etmək olar, onların fəaliyyəti və inkişaf prosesləri stoxastik 
(ehtimal edilən) xarakter daşıyır. 
Sistemin əsas xüsusiyyətləri 
bunlardır: 

bütövlük; 

hissəlilik; 

sistemdaxili əlaqələrin mövcudluğu; 


14 

birləşdirici (inteqrasiya) keyfiyyət. 
Logistik sistemdə meyllər və maraqlar baxımından istehlakçılar 3 qrupa 
bölünür


xidmətin yüksək keyfiyyətinə üstünlük verənlər; 

yüksək sürətə, səmərəliliyə və minimum riskə istiqamətlənənlər; 

məhsulun nəqletmə, paylanma və satışı prosesləri xidmətini vasitəçilərə 
həvalə edənlər. 
Sistemin təşkil olunması xarici mühitlə qarşılıqlı təsirin xarakteri və sistemin 
strukturu ilə sıx bağlıdır. Bağlı sistemdə entropiyanın (informasiyanın qeyri- 
müəyyənliyi) fasiləsiz artması baş verir, açıq sistemlərdə sistemin entropiyası arta, 
sabit qala və ya azala bilər. Beləliklə, logistik zəncirlərin daxil olduğu açıq 
sistemlər qapalı sistemlərə nəzərən daha böyük miqyasda idarə edici təsirlərə 
meyllidir. 
Düzülüşə gəlincə, logistik sistemlərin strukturu adətən üfüqidir: burada 
vertikal inzibati əlaqələr mövcud deyil, hər şey üfüqi iqtisadi münasibətlərlə 
qurulur. 
Logistik sistemləri aşağıdakı kimi qruplaşdırmaq olaqr: 
1)
funksional alt sistemlər − istehsal, nəqliyyat, anbar; 
2)
təmin edici alt sistemlər − informasiya, hüquqi, kadr. 
Kütləvi xidmət sistemi kimi logistik sistemlər sistemdaxili və xarici mühitlə 
əlaqələrə malik olur. Logistik əlaqələr: maddi, pul, informasiya şəklində ola bilər. 
Onlar düz və əks olur. 
Logistik sistem 
optimallıq prinsipinə 
uyğun olaraq işləyir, qəbul edilən 
qərarlar bu və ya digər meyarlar üzrə ən yaxşı olmalıdır. Logistikada keyfiyyət və 
ölçü meyarları tətbiq edilir. Keyfiyyət meyarı logistikanın məqsədinə nail olma 
faktını əks etdirir: 
1, əgər məqsədə nail olunubsa; 
F = 
0, əgər məqsədə nail olunmayıbsa. 
Logistik sistemlərin optimallaşdırmasının 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə