Microsoft Word Logistika muhazir? konspekti 85 seh


Logistik sistemlə bağlı informasiya axınları



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə20/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   16   17   18   19   20   21   22   23   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Logistik sistemlə bağlı informasiya axınları 
aşağıdakı kimi bölünür: 

logistik sistemin və ya onun bəndinin daxilində və ya axında gedən; 

logistik sistemlə xarici mühit arasında gedən. 
İnformasiyanın yaranma vaxtına 
görə axınlar belə bölünür: 

müntəzəm (stasionar); 

dövri; 

operativ. 
İnformasiya axını 
ağıdakı əlamətlərə görə təsnif olunur: 

axının yerinə (mühitinə) görə; 


22 

iqtisadi mühitə görə; 

zaman faktoruna görə. 
Təyinatına görə informasiya axınları 
belə bölünür: 

direktiv (idarəedən); 

normativ-məlumat; 

uçot-analitik; 

köməkçi. 
Müntəzəm axında məlumatların vaxt üzrə reqlamentləşdirilmiş ötürülməsi baş 
verir. Dövri axında informasiyanın ötürülmə vaxtı sərt məhdudlaşdırılır. Operativ 
axın abunəçilərin interaktiv rejimdə əlaqəsini təmin edir. 
Logistik menecment informasiya axınlarının çoxsaylı göstəriciləri və 
xarakteristikaları ilə təmin edilir: 
1)
verilən xəbərlərin terminologiyası, məlumatların növləri və sənədlərlə; 
2)
məlumatların həcmi ilə; 
3)
məlumatların ötürülmə sürəti ilə; 
4)
məlumat kanallarının buraxma qabiliyyəti ilə
5)
maneədən müdafiə ilə. 
İnformasiya axınları məhsula qoyulan tələblər haqqında informasiyanı, hazır 
məhsulun dəyərini, sifariş qaydalarını və hazır məhsulun istehlakçılara çatdırılması 
haqqında informasiyaları daşıyır. 
Satış həcminin proqnozlaşdırılması üçün informasiya mənbələri aşağıdakı 
məlumatları əhatə edir: 
1)
konkret çeşidli məhsulun bazarda əvvəlki satışları haqda informasiya; 
2)
rəqiblərin satışlarının miqdarı; 
3)
bazarın bu bölməsinin bütün satış həcmi; 
4)
hazır məhsula bazar tələbatı; 
5)
əvvəlki satışlar haqda informasiyanın etibarlılığı və dəqiqliyi; 
6)
hazır məhsulun keyfiyyət xarakteristikalarında planlaşdırılan dəyişiklikləri; 
7)
istehlakçının tələbat strukturunda dəyişikliyin iqtisadi istiqamətlərini; 
8)
hazır məhsulun bölgü sistemində qısamüddətli proqnozları; 
9)
yeni bazarların inkişaf proqnozunu. 
Nəqliyyat logistikanın informasiya təminatının əhəmiyyətini logistik sistemin 
başlıca tərkib hissələri olan aşağıdakı üç əsas hissə arasındakı qarşılıqlı əlaqədən 
daha aydın görmək olar: 
1.
Nəqliyyat – daşıma prosesi; 
2.
Logistik operator (menecer); 
3.
İstehlakçı. 
Logistik sistemin optimal idarə olunması üçün bu hissələr arasında 
informasiya məlum olmalıdır, məsələn: 
Nəqliyyat prosesi haqda informasiya − yükün miqdarı, anbar sahələri 
nəqliyyatın növü, sayı və s. 
Logistik operator informasiyası − daşımanın texnoloji üsulları, marşrutu, 
maliyyə xərcləri və s. 


23 
İstehlakçı haqqında informasiya − istehlakçının sayı, tələbatı, alıcılıq 
qabiliyyəti və s. 
Göründüyü kimi hər bir hissənin informasiya həcmi kifayət qədər böyükdür 
və bir-biri ilə əlaqəlidir. Müasir dövrdə dinamik inkişaf fonunda bu 
informasiyalarda sürətli dəyişiklik olur. Belə sürətli dəyişməni klassik üsullarla 
idarə etmək mümkün deyil. Ona görə də logistik sistemdə informasiyanın təminatı 
yeni informasiya texnologiyalarına əsaslanır. Müşayiət edən ayrı-ayrı informasiya 
axınları sənəd dövriyyəsi baxımından çox mürəkkəb və məzmunlu ola bilər. 
Yaranma vaxtına görə informasiya və maddi axın arasında birmənalı 
sinxronluq yoxdur. İnformasiya axını maddi axını, ya qabaqlayır və ya geri qalır. 
Bəzi hallarda maddi axın informasiya axınının nəticəsi olur. Maddi axınının 
yanında bir neçə informasiya axınının olması tipikdir. 
Bu baxımdan logistik informasiya 3 növə bölünə bilər. 
1.
Prosesi qabaqlayan informasiya (prosesdən xeyli əvvəl alınan). Belə 
informasiya proqnozlaşdırma və planlaşdırma üçün önəmlidir. Optimallaşmanın 
əldə olunması bundan çox asılıdır. 
2.
Proseslə yanaşı gedən informasiya − maddi axınla yanaşı gedən 
informasiyadır, məsələn, yükü müşayiət edən sənədlər, anbardakı yükün cari 
miqdarı və s. 
3.
Prosesdən sonrakı informasiya. Əks reaksiyalı informasiya adlanır. Əgər 
yanaşı gedən informasiya yüklə eyni istiqamətdə idisə bu onun əksinədir. Bu 
informasiya logistik sistemdə zəif qovşaqları, buraxılmış səhvləri və s. müəyyən 
etmək və təhlil etmək üçündür. 
Logistikanın informasiya resursları bunlardır: 

məlumatların elektron mübadiləsi (EDİ konsepsiyası), standartlar; 

kompüterlər; 

rabitə və kommunikasiya vasitələri; 

ştrix kodlar. 
Logistikanın informasiya təminatında 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə