Microsoft Word Logistika muhazir? konspekti 85 seh


MADDİ RESURSLARIN TƏDARÜK METODLARI



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə28/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   24   25   26   27   28   29   30   31   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

MADDİ RESURSLARIN TƏDARÜK METODLARI 
Tədarükün təşkili vaxtı aşağıdakı 
metodlar 
istifadə edilir. 
Malın bir partiya ilə alınması. 
Metod malların bir dəfəyə (topdansatış 
tədarükü) böyük partiya ilə çatdırılmasını nəzərdə tutur. Onun üstünlükləri: 
sənədlərin rəsmiləşdirilməsinin sadəliyi, bütün partiyanın çatdırılmasına zəmanət, 
yüksək ticarət endirimləri. Çatışmazlıqları − anbar yerlərinə böyük ehtiyac, 
kapitalın dövriyyəsinin ləngidilməsidir. 
Kiçik partiyalarla müntəzəm alınma. 
Bu halda alıcı malların lazımi miqdarını 
sifariş edir, bunlar ona müəyyən dövr ərzində partiyalarla göndərilir. Belə metodun 
üstünlükləri bunlardır: kapitalın dövriyyəsi sürətlənir, çünki mallar ayrı-ayrı 
partiyaların daxil olması ilə ödənir; anbar yerlərinin sahəsinə qənaət edilir
çatdırma sənədləşməsi xərcləri azalır, çünki, sifariş yalnız bütün çatdırma üçün 
rəsmiləşdirilir. Onun çatışmazlıqları: artıq miqdarda mal sifarişinin ehtimalı; 
sifarişlə müəyyən olunmuş malların bütün həcminin ödənmə ehtiyacı. 
Gündəlik (aylıq) qiymət siyahıları üzrə alınma. 
Tədarükün belə metodu ucuz 
və tez sərf edilən mallar alınan hallarda geniş istifadə olunur. Qiymət siyahıları hər 
gün (hər ay) tərtib edilir və aşağıdakı məlumatları əhatə edir: malların tam 
siyahısını; anbarda olan malların miqdarını; malların tələb edilən miqdarını. Bu 
metodun üstünlükləri: kapitalın dövriyyəsinin sürətlənməsi, anbarlaşmaya və 
saxlanmaya xərclərin azalması, çatdırmaların vaxtında yerinə yetirilməsidir. 
Malın tələb olunduqca alınması. 
Bu metod malların müntəzəm 
çatdırılmasına oxşayır, amma aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: 

çatdırılan malların miqdarı müəyyən edilmir, təxminən təyin edilir; 

təchizatçılar hər sifarişin icrasından əvvəl alıcı ilə əlaqəyə girir; 

malın yalnız göndərilmiş miqdarı ödənir; 

müqavilə müddəti başa çatdıqdan sonra sifarişçi, hələ indi göndəriləcək 
malları qəbul etməyə və ödəməyə məcbur deyil. 


31 
Bu metodun üstünlükləri: malların müəyyən miqdarının alınması üzrə sərt 
öhdəliklərin olmaması, kapitalın dövriyyəsinin sürətlənməsi, sənədlərin 
rəsmiləşdirilməsi üzrə minimum iş. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə