Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə26/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   22   23   24   25   26   27   28   29   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Analizin məqsədi 
− materialların hər növü üzrə minimal xərclərin təmin 
edilməsidir. Materialların konkret istehlak xüsusiyyətlərinin məhsulun istehsal 
prosesində istifadə ediləcəyi güman edilir. Tədqiqat metodları funksional-dəyər 
analizi və dəyərin qurulmasıdır. 


29 
Təchizat xidməti sifarişlərdə göstərilmiş materialları dəyişmək hüququna 
malik deyil. Bölmənin işçiləri daxil olan sifarişləri təhlil etməli və sifarişlərin 
dəyərinin azalmasına səbəb ola bilən materialların əldə edilməsi variantlarını təklif 
etməlidirlər. 
Materiallara tələbatın təyin olunma metodları. 
Maddi axınların effektiv idarə edilməsinin vacib şərtlərindən biri perspektiv 
tələbatın məlum olmasıdır. 
Materiallara tələbat 
– məhsul buraxılışının verilmiş 
proqramını icra etmək üçün lazım olan xammal-materialın miqdarıdır. 
Materiallara tələbatın aşağıdakı növləri var: 
Brutto tələbat 
– ehtiyatların anbarda və ya istehsal şəklində olmasından asılı 
olmayaraq plan dövrü üçün tələbatdır. 
Ümumi brutto tələbat 
– brutto tələbat + əlavə tələbatdır, o, sınaqların 
keçirilməsini, nümunələrin hazırlanmasını, təmir və avadanlığın saxlanması ilə 
bağlı tələbatın artımını, yarımçıq çatdırma ilə bağlı ehtiyatları əhatə edir. 
Netto tələbat 
– təmiz tələbatdır. Brutto tələbatla mövcud olan ehtiyatın fərqi 
kimi təyin edilir. 
İlkin tələbat 
– istehsalın hazır məmulatlara tələbatdır, bu tələbat bazar tələbatı 
ilə təyin edilir. Ticarət müəssisələrində bu əsas tələbatdır. 
İkinci tələbat 
ilkin tələbat üçün xammala, materiallara, məmulatlara, 
komplektləşdirici məhsullara tələbatdır. 
Üçüncü tələbat 
– ilkin və ikinci tələbat üçün köməkçi materiallara və işlənib 
köhnələn alətlərə tələbatdır. 
Materiallara tələbatın müəyyən edilməsi üçün informasiya təminatı həll 
edilməlidir. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə