Microsoft Word Logistika muhazir? konspekti 85 seh


TƏDARÜK LOGİSTIKASI, MƏQSƏDİ VƏ FUNKSİYALARI



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə24/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   20   21   22   23   24   25   26   27   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

TƏDARÜK LOGİSTIKASI, MƏQSƏDİ VƏ FUNKSİYALARI 
 
Tədarük (alqı) logistikası 
müəssisələrin maddi resurslarla təmin edilməsi
resursların anbarlarda yerləşdirilməsi, onların saxlanması və istehsala verilməsi 
prosesidir. 
Tədarük logistikasının məqsədi 
maksimal mümkün iqtisadi effektivliklə 
istehsalın ehtiyaclarının materiallarla təmin edilməsidir. Bu məqsəd bir sıra 
məsələlərin həlli ilə əldə edilir, bunları aşağıdakı qaydada qruplaşdırmaq olar: 
1.
Xammalın, materialların və komplektləşdirici məmulatların alınmasının 
əsaslandırılmış müddətlərinə riayət edilmə. 
2.
Çatdırmaların ölçüsünün onlara olan ehtiyaclara dəqiq uyğunluğunun təmin 
edilməsi. 
3.
Xammalın, materialların və komplektləşdirici məmulatların keyfiyyəti üzrə 
tələblərə riayət edilməsi. 
Loqistikada təchizatçılarla münasibət aşağıdakı prinsiplər üzrə qurulmalıdır: 

təchizatçılarla öz müştəriləri kimi davranmaq

işdə maraqların ümumiliyini göstərməyi unutmamaq; 

təchizatçını ona aid məsələlərlə tanış etmək və onun işgüzar 
əməliyyatlarından xəbərdar olmaq; 

təchizatçının problemləri yaranarsa ona kömək etməyə hazır olduğunu 
göstərmək; 

öz üzərinə götürdüyün öhdəliklərə riayət etmək; 

işgüzar praktikada təchizatçının maraqlarını nəzərə almaq. 
Tədarük logistikası 
aşağıdakı 
funksiyaları 
yerinə yetirir: 

maddi resurslara tələbatın proqnozlaşdırılması strategiyasının formalaşması 
və onlara ehtiyacın təyini; 

maddi resursların əldə edilməsi, sifariş edilən materialların və məmulatların 
miqdarının hesablaması; 

potensial təchizatçılardan təkliflərin alınması və qiymətləndirilməsi; 

təchizatçıların seçimi; 

sifariş edilən resursların qiymətinin razılaşdırılması və çatdırılma üzrə 
müqavilələrin bağlanması; 

materialların çatdırılma müddətinə nəzarət; 


28 

maddi resursların keyfiyyətinin girişdə yoxlanması və onların anbarda 
yerləşdirilməsi; 

maddi resursların istehsal bölmələrinə çatdırılması; 

anbarlarda maddi resursların ehtiyatlarının normativ səviyyəsinin 
saxlanılması, ehtiyatların idarə edilməsi və onların istifadəsinə nəzarət. 
Bu funksiyalar müəssisənin maddi-texniki təchizat xidməti tərəfindən 
(tədarük bölməsi), müəssisənin başqa bölmələri (marketinq şöbəsi, istehsal
istehsala hazırlıq xidməti, mühasibat, maliyyə və hüquq bölmələri) ilə sıx qarşılıqlı 
əlaqədə reallaşır: 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə