Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə32/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   28   29   30   31   32   33   34   35   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

İstehsal logistikası 
maddi nemətlərin və xidmətlərin istehsalı sahəsində maddi 
axınların idarə edilməsidir. 


34 
İstehsal logistikasının məqsədi maddi 
nemətlər yaradan və ya saxlama, 
qablaşdırma, çəkmə, yığma və s. kimi material xidmətlər göstərən müəssisələrin 
daxilində maddi axınların optimallaşdırılmasıdır. 
İstehsal logistikasının əsas xüsusiyyəti 
− 
logistik prosesin iştirakçıları 
arasında mal-pul münasibətlərinin olmamasıdır. Onlar 
ın arasındakı əlaqələr istehsaldaxili əlaqələr adlandırılır. Münasibətlərə uyğun 
olaraq istehsal logistikasının işlədiyi logistik sistemlər − istehsaldaxili logistik 
sistemlər adlanır. 
İstehsal-logistik sistemlərə: sənaye müəssisələrini, anbar tikintisinə malik 
topdansatış müəssisələrini, mərkəzi yük stansiyalarını; mərkəzi dəniz portlarını və 
s.-ni aid etmək olar. 
İstehsaldaxili logistik sistemləri 
makro- və mikrosəviyyələrdə nəzərdən 
keçirmək olar. 
Makrosəviyyədə 
istehsaldaxili logistik sistemlər bütöv şəkildə öz aralarında 
əlaqəsi olan alt sistemlər yığımından ibarətdir. İstehsaldaxili logistik sistemlər 
makrologistik sistemlərin elementləri rolunda çıxış edir. Belə sistemlərə nümunə 
kimi tədarükü, anbarları, nəqliyyatı göstərmək olar. Logistika məhsulun 
çatdırılması, istehsalı və satışı ilə məşğul olan bəndlərin uyğunlaşdırılmış işini 
təmin etməlidir. Onlar bu sistemlərin işinin ritmini verir, maddi axınların mənbəyi 
olur. Makrologistik sistemlərin mühitin dəyişikliklərinə uyğunlaşması onlara daxil 
olan istehsaldaxili mikrologistik sistemlərin buraxılan məhsulun keyfiyyətini və 
miqdarını tez dəyişmə qabiliyyəti ilə əhəmiyyətli dərəcədə təyin edilir. 
Mikrosəviyyədə 
istehsaldaxili logistik sistemlər bir-biri ilə münasibətlərdə və 
əlaqələrdə olan, müəyyən bütövlük yaradan bir sıra alt sistemlər təşkil edir. Yəni, 
istehsal daxili logistik sistemlər makrologistik sistemin elementidir, daha dəqiq isə 
maddi axınların mənbəyidir. Buradan məlum olur ki, istehsaldaxili sistemlər 
iqtisadi vəziyyətə, istehsal nomenklaturasının dəyişməsinə, buraxılan məhsulun 
miqdarına tez uyğunlaşmalıdır. Əks təqdirdə makrologistik sistemə daxil olan bu 
istehsaldaxili sistem effektiv işləyə bilməyəcək. 
Bu alt sistemlər: tədarük, anbarlar, ehtiyatlar, istehsala xidmət, nəqliyyat, 
informasiya, satış və kadrlar maddi axının sistemə daxil olmasını, onun daxilində 
hərəkətini və sistemdən çıxmasını təmin edir. Logistikanın konsepsiyasına uyğun 
olaraq istehsaldaxili logistik sistemlərin qurulması müəssisənin daxilində təchizat, 
istehsal və satış bölmələrinin planlarının və işinin əlaqəli və qarşılıqlı 
korreksiyasını daim təmin etməlidir. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə