|
Microsoft Word Logistika muhazir? konspekti 85 sehc) Pareto prinsipinə görəNəqliyyat-logistikası.-mühazirə-konspekti.c) Pareto prinsipinə görə:
−
A sinifli mallar;
−
B sinifli mallar;
−
C sinifli mallar.
Bu təsnifat istehsal təşkilatlarının alqıları üçün verilib. Bu təsnifatdan başqa,
beynəlxalq və dövlət alqılarını qeyd etmək olar. Alqıların bu növləri üçün də alqı
logistikasının ənənəvi metodları tətbiq edilir:
−
beynəlxalq;
−
dövlət.
2.
Beynəlxalq alqılar, bir qayda olaraq, daxili təchizatçıların qiyməti ilə
müqayisədə malın daha aşağı qiyməti səbəbdən baş verir. Beynəlxalq alqılara
həmçinin aşağıdakı amillər imkan yaradır:
−
valyutalar mübadiləsinin sərfəli istiqaməti;
−
yüksək keyfiyyət;
−
daxili bazarda malın yoxluğu;
−
yüksək xidmət keyfiyyəti;
−
xaricdə filialların (şöbələrin) mövcudluğu və s.
Xaricdən malların alınması haqda qərarın qəbulu prosesində bir sıra amilləri
nəzərə almaq lazımdır. Malın təchizatçıdakı qiyməti ilə bərabər, həm də gömrük
sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı çatdırma vaxtının artmasını, nəqliyyat
ləngimələrini nəzərə almaq lazımdır. Bunun nəticəsində alqıya sərf olunan ümumi
xərclər artır.
3.
Dövlət alqıları da, həmçinin istehsal təşkilatlarının alqı logistikası
metodlarına əsalanır, lakin onların öz spesifikası var. Dövlət alqıları zəmanətli
təchizata, alınan məhsulun keyfiyyətinin artırılmasına istiqamətlənir.
Dövlət alqılarının əsas xüsusiyyəti ondadır ki, onlar ciddi qanunvericilik və
büdcə çərçivələrində həyata keçirilir.
TƏCHİZATÇININ SEÇİMİ
Müxtəlif firmaların təchizat xidmətlərinin vacib funksiyası şirkət üçün
təchizatçının seçimi hesab olunur. Təchizatçının seçiminin həyata keçirilməsinin
əsas mərhələləri bunlardır:
1.
Potensial təchizatçıların axtarışı.
Bu halda növbəti metodlar istifadə edilə bilər:
müsabiqənin elan olunması;
reklam
materiallarının, firma kataloqlarının hazırlanması, kütləvi
informasiyaya vasitələrində elanların verilməsi və s.;
sərgilərdə və yarmarkalarda iştirak etmə;
mümkün təchizatçılarla yazışma və şəxsi əlaqələr.
Sadalanan
tədbirlər
nəticəsində
potensial
təchizatçıların
siyahısı
formalaşdırılır, onlar daim yenilənir və yeni adlar əlavə olunur.
|
|
|