Microsoft Word Logistika muhazir? konspekti 85 seh


İstehsalın təşkilinin logistik konsepsiyası



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə33/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   29   30   31   32   33   34   35   36   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

İstehsalın təşkilinin logistik konsepsiyası 
aşağıdakı əsas müddəaları özündə 
birləşdirir: 

artıq ehtiyatlardan imtina; 

əsas nəqliyyat-anbar əməliyyatlarının icrası üçün artırılmış vaxtdan imtina; 

alıcıların sifarişi olmayan detalların seriya ilə istehsalından imtina; 

avadanlığın boşdayanmalarının aradan qaldırması; 

zay məhsulun mütləq aradan qaldırması; 

qeyri-rasional zavod daxili daşımaların aradan qaldırması; 

təchizatçıların qarşı duran tərəfdən xeyirxah əməkdaşlara çevrilməsi. 


35 
İstehsalın təşkilinin ənənəvi konsepsiyası 
aşağıdakıları tələb edir: 

əsas avadanlığı heç vaxt dayandırmamaq və necə olursa olsun onun 
istifadəsinin yüksək əmsalını təmin etmək; 

məhsulu mümkün qədər böyük partiyalarla hazırlamaq; 

"hər ehtimala qarşı" maddi resursların maksimal böyük ehtiyatına malik 
olmaq. 
Ənənəvi konsepsiya "satıcı bazarı" üçün, yəni, tələbat təklifdən böyük olan 
iqtisadi situasiya üçün tipikdir. Bu halda avadanlığın maksimal yüklənməsi 
istehsalın təşkili üçün prioritet amil olur. Bununla bərabər partiyanın ölçüsünü 
artırıb maya dəyərini azaltmaq da əhəmiyyətlidir. Bu halda reallaşdırma məsələsi 
ikinci plana keçir. 
Təklif tələbatı ötməyə başlayan kimi, "alıcı bazarı" adlandırılan vəziyyət 
yaranır. Bu andan başlayaraq istehsalın təşkil olunmanın logistik konsepsiyası daha 
əlverişli olur. Reallaşdırma məsələsi prioritet olur. Rəqabət və daim dəyişən tələbat 
şəraitində istehsal müəssisəsi heç bir sifarişdən yayına bilmir. İstehsal edilən 
məhsulun keyfiyyəti birinci yerə çıxır, böyük ehtiyatları yaratmaq məqsədə uyğun 
olmur. Bu zaman istehsal sisteminin çevikliyi çox əhəmiyyətli olur. İstehsal 
sisteminin çevikliyini keyfiyyət və miqdar üzrə bölmək olar. Keyfiyyət çevikliyini 
çevik istehsalın yaradılması ilə, yəni, rəqəmli proqram idarəetməli dəzgahlardan 
istifadə, universal personalın mövcudluğu ilə təmin etmək olar. Miqdar çevikliyi 
avadanlığın və işçi qüvvəsinin ehtiyatının mövcud olması ilə təmin olunur. 
Öz məqsədlərinə çatmaq üçün 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə