Microsoft Word Logistika muhazir? konspekti 85 seh


istehsal logistikası aşağıdakı məsələləri



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə34/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   30   31   32   33   34   35   36   37   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

istehsal logistikası aşağıdakı məsələləri 
birləşdirir: 

istehlakçıların sifarişləri və hazır məhsula ehtiyacın proqnozlaşdırılması 
əsasında tələbatın planlaşdırılması və istehsala rəhbərlik

müəssisənin sexləri və başqa istehsal bölmələri üçün istehsal tapşırıqlarının 
plan-qrafiklərinin hazırlaması; 

məhsulun təchizat və satış xidmətləri ilə razılşdırılmış buraxılma 
qrafiklərinin hazırlaması; 

tamamlanmamış istehsalın normativlərinin təyin olunması və onlara riayət 
edilməsinə nəzarət; 

istehsalın operativ idarə edilməsi və istehsal tapşırıqlarının icrasının təşkili; 

hazır məhsulun miqdarına və keyfiyyətinə nəzarət

istehsal yeniliklərinin hazırlanmasında və reallaşdırılmasında iştirak; 

hazır məhsulun istehsalının maya dəyərinə nəzarət. 
İstehsal logistikasının funksiyaları 
İstehsal sisteminin effektiv işi üçün istehsal logistikası aşağıdakı funksiyaları 
yerinə yetirməlidir: 

logistik prosesin iştirakçılarının işinin koordinasiyası, yəni, məqsədlərin və 
məsələlərin formalaşdırılması və logistik prosesin iştirakçılarına 
çatdırılması, bu məqsədlərin bütün istehsal sisteminin ümumi məqsədləri ilə 


36 
uyğunlaşdırılması, logistik zəncirin bütün elementlərinin işinin yekdilliyinin 
təmini; 

istehsalda maddi axınların hərəkətinin təşkili, yəni, müəssisədə maddi 
axınların idarəetmə sisteminin yaradılması, bu maddi axınların 
formalaşdırılması; 

planlaşdırma: 
o
proqnozlaşdırma (elmi-texniki və iqtisadi): 
o
iş proqramının hazırlaması − işlərin icra edilməsinin təqvim qrafikinin 
təyini; 
o
planların təfsilatı − hazırlanmış iş proqramının konkretləşdirməsidir, 
məsələn resursların müəssisənin funksional bölmələri arasında 
bölgüsü; 

maddi axının hərəkətinə nəzarət − müəssisədə məhsulun hərəkətinin 
müşahidə edilməsi, maddi axının hərəkəti haqda informasiyanın toplanması 
və emalı, planlardan kənara çıxmaların təyini, qoyulmuş məsələlərin həll 
edilmə dərəcələri; 

yerinə yetirilən işlərin gedişinin nizamlanması − nəzarət vaxtı aşkar edilmiş 
kənara çıxmaların analizi, bu kənara çıxmaları doğurmuş səbəblərin təyini
bu kənara çıxmaların aradan qaldırması üzrə tədbirlərin hazırlanması, bu 
tədbirlərin həyata keçirilməsi. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə